Məhkəmə qərarları › İş №e-2(073)-1841/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1841/2024

12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1841/2024 12.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada 08 fevral 2020-ci il tarixli, 09/1594/DİK saylı kredit müqaviləsi üzrə 1743.15 manat əsas borc, 342.59 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 232.80 manat faiz borcu olmaqla, cəmi 2318.54 manat borcun və 43.19 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC-in Cavabdeh1 və X1 qarşı müştərək qaydada 08 fevral 2020-ci il tarixli, 09/1594/DİK saylı kredit müqaviləsi üzrə 1743.15 manat əsas borc, 342.59 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 232.80 manat faiz borcu olmaqla, cəmi 2318.54 manat borcun və 43.19 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə iddianın tələbinə dair əsaslandırılmış etirazının təqdim edilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC-nin Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış 08 fevral 2020-ci il tarixli, 09/1594/DİK saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 22 faiz olmaqla 2500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinə əsasən müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməsi barədə öhdəlik götürsə də, o, götürdüyü öhdəliyi yerinə götürməmişdir. Nəticədə Cavabdeh1nın iddiaçı banka 13 noyabr 2023-cü il tarixə 1743.15 manat əsas borc, 342.59 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 232.80 manat faiz borcu olmaqla, cəmi 2318.54 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmışdır. Qeyd edilənləri nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 fevral 2020-ci il tarixli, 09/1594/DİK kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh Elvin Lalayevə 18 ay müddətinə illik 22 faiz olmaqla 2500 manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı təşkilatla Cavabdeh2 arasında bağlanmış 08 fevral 2020-ci il tarixli, 09/1594/DİK saylı zaminlik müqaviləsindən görünür ki, zamin 08 fevral 2020-ci il tarixli, 09/1594/DİK saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan 08 fevral 2020-ci il tarixli, 09/1594/DİK nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarxdən xx.xx.2021-ci il tarixə kimi hər ay 164.32 manat, sonuncu ay isə 164.37 manat ödəməklə iddiaçı bankdan aldığı krediti faizləri ilə birlikdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1nın İddiaçı ASC-nin 1743.15 manat əsas borc, 342.59 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 232.80 manat faiz borcu olmaqla, cəmi 2318.54 manat borcu vardır. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli AsanPay elektron ödəniş sistemindən görünür ki, iddiaçı bank hazırkı iddianın verilməsi ilə əlaqədar 43.19 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 08 fevral 2020-ci il tarixli, 09/1594/DİK nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 23 faiz olmaqla 2000 manat məbləğində kredit verilmişdir. 08 fevral 2020-ci il tarixli, 09/1594/DİK kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikinə əsasən xx.xx.2019-cu il tarxdən xx.xx.2021ci il tarixə kimi hər ay 104.75 manat, sonuncu ay isə 113.16 manat ödəməklə iddiaçı bankdan aldığı krediti faizləri ilə birlikdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 əvvəllər müəyyən ödənişlər etsə də, sonradan banka ödəniş edilməmişdir. Nəticədə Cavabdeh1nın iddiaçı banka 13 noyabr 2023-cü il tarixə 1743.15 manat əsas borcun, 342.59 manat faiz borcunun, 232.80 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış məbləğin, cəmi 2318.54 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə eyni zamanda iddianın Cavabdeh1 tələb olunan kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 232.80 manat borcun tutulması hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) Cavabdeh1 münasibətdə hesablanmış 232.80 manat faiz borcu azaldılmalıdır. Odur ki, məhkəmə iddiaçı bank tərəfindən hesablanmış 232.80 manat cərimənin azaldılaraq 100 manat müəyyən edilməsini həm kreditorun, həm də cavabdehlərin mənafelərinə uyğun hesab edir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 43.19 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 08 fevral 2020-ci il tarixli, 09/1594/DİK saylı kredit müqaviləsi üzrə 1743.15 manat əsas borc, 342.59 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 100 manat faiz borcu olmaqla, cəmi 2185.74 manat borcun və 43.19 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar