Məhkəmə qərarları › İş №e-2(073)-1901/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1901/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1901/2024 22.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X7 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X7 qarşı borcun ödənilməsi barədə iddia verərək, X3 vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X5 xx.xx.2019-cu il tarixli BPM**********59 saylı kredit müqaviləsinə əsasən 1758.71 (bir min yeddi yüz əlli səkkiz manat yetmiş bir qəpik) manat əsas, 0.01 faiz borcu olmaqla, cəmi 1758.72 (bir min yeddi yüz əlli səkkiz manat yetmiş iki qəpik) manat pul vəsaitinin və xx.xx.2019-cu il tarixli BPM**********82 saylı kredit müqaviləsinə əsasən 560.59 (beş yüz altmış manat əlli doqquz qəpik) manat əsas borc, 0.32 manat faiz borcu olmaqla, cəmi 560.91 (beş yüz altmış manat doxsan bir qəpik) olmaqla, ümumilikdə 2319.63 (iki min üç yüz on doqquz manat altmış üç qəpik) manat borcun və 43.20 (qırx üç manat iyirmi qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" ASC ilə X6 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli BPM**********59 saylı kredit müqaviləsinə əsasən ona illik 20 %-lə, 32 ay müddətinə 2000 manat nağd kredit və xx.xx.2019-cu il tarixli BPM**********82 saylı kredit müqaviləsinə əsasən ona illik 20 %-lə 25 ay müddətinə 600 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələri ilə müəyyən edilmiş kredit məbləğlərini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2020-ci il tarixdə borclu X6 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********59 saylı kredit müqaviləsinə əsasən 1758.71 manat əsas, 0.01 manat faiz borcu olmaqla,cəmi 1758.72 manat borc, xx.xx.2019-cu il tarixli BPM**********82 saylı kredit müqaviləsinə əsasən 560.59 manat əsas, 0.32 faiz borcu olmaqla, cəmi 560.91 manat borcu olmaqla, ümumilikdə cəmi 2319.62 manat borcu yaranmışdır. Cəlilabad rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli AZ-İİ № 060721 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cəlilabad rayon 1 saylı Notariat ofisinin xx.xx.2023cü il tarixli 2V-321 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X2 qalmış mirasa Cavabdeh1, Cavabdeh3, X8 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə borclu X3 vərəsələri Cavabdeh1, Cavabdeh3, X8 və Cavabdeh2 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddiaçı Bank qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli, BPM**********59 saylı kredit müqaviləsindən görünür ki, iddaçı Bank tərəfindən cavabdeh X4 illik 20 %-lə, 32 ay müddətinə 2000 (iki min) manat nağd kredit manat kredit vəsaiti verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli BPM**********82 saylı kredit müqaviləsinə əsasən ona illik 20 %-lə 25 ay müddətinə 600 (altı yüz) manat nağd kredit vəsaiti verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan AZ-İİ № 060721 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 321 nömrəli “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh3, X8 və Cavabdeh2 ölmüş şəxs (miras qoyan şəxs) X3 qanun üzrə vərəsələridir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 43.20 (qırx üç manat iyirmi qəpik) manat dövlət rüsumu haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 43.20 (qırx üç manat iyirmi qəpik) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. X3 vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X5 xx.xx.2019-cu il tarixli BPM**********59 saylı kredit müqaviləsinə əsasən 1758.71 (bir min yeddi yüz əlli səkkiz manat yetmiş bir qəpik) manat əsas, 0.01 manat faiz borcu olmaqla, cəmi 1758.72 (bir min yeddi yüz əlli səkkiz manat yetmiş iki qəpik) manat pul vəsaitinin və xx.xx.2019-cu il tarixli BPM**********82 saylı kredit müqaviləsinə əsasən 560.59 (beş yüz altmış manat əlli doqquz qəpik) manat əsas borc, 0.32 manat faiz borcu olmaqla, cəmi 560.91 (beş yüz altmış manat doxsan bir qəpik) olmaqla, ümumilikdə 2319.63 (iki min üç yüz on doqquz manat altmış üç qəpik) manat borcun və 43.20 (qırx üç manat iyirmi qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar