Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1907/2024 27.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli BPM**********43 saylı kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" ASCnin xeyrinə 8678.88 manat əsas, 22.44 manat faiz borcu, cəmi 8701.32 (səkkiz min yeddi yüz bir manat otuz iki qəpik) manat və kart kredit limiti üzrə 248.68 manat əsas, 98.92 manat faiz borcu, cəmi 347.6 (üç yüz qırx yeddi manat altmış qəpik) manat olmaqla, ümumilikdə 9048.92 (doqquz min qırx səkkiz manat doxsan iki qəpik) manatın, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 110.49 (bir yüz on manat qırx doqquz qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gələməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə X10 oğlu arasında bağlanılmış xx.xx.2020-ci tarixli BPM**********43 saylı X13 müqaviləsinə əsasən ona (X10 oğluna) illik 20 % olmaqla 48 ay müddətinə 8800 manat nağd kredit və illik 24 % olmaqla, 36 ay müddətinə 500 AZN məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir.Lakin xx.xx.2020ci il tarixdə borclu X10 oğlu vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. X9 Hidayət oğlunun "ABB” ASC-yə xx.xx.2020-ci il tarixli BPM**********43 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 8678.88 manat əsas, 22.44 manat faiz borcu, cəmi 8701.32 (səkkiz min yeddi yüz bir manat otuz iki qəpik) manat və kart kredit limiti üzrə 248.68 manat əsas, 98.92 manat faiz borcu, cəmi 347.6 (üç yüz qırx yeddi manat altmış qəpik) manat olmaqla, ümumilikdə 9048.92 (doqquz min qırx səkkiz manat doxsan iki qəpik) manat borcu yaranmışdır. Cəlilabad rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli AZ-lİ № 075516 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X10 oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixli 2V-287 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X10 oğlundan qalmış mirasa Cavabdeh, X7, X6 və Amanov Hidayət Əfqan oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X10 oğlununun vərəsələri Cavabdeh, X7, X6 və Amanov Hidayət Əfqan oğluna xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli BPM**********43 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 8678.88 manat əsas, 22.44 manat faiz borcu, cəmi 8701.32 (səkkiz min yeddi yüz bir manat otuz iki qəpik) manat və kart kredit limiti üzrə 248.68 manat əsas, 98.92 manat faiz borcu, cəmi 347.6 (üç yüz qırx yeddi manat altmış qəpik) manat olmaqla, ümumilikdə 9048.92 (doqquz min qırx səkkiz manat doxsan iki qəpik) manatın, ödənilmiş 110.49 (bir yüz on manat qırx doqquz qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ASC ilə X10 oğlu arasında bağlanmış xx.xx.2020-ci tarixli, BPM**********43 saylı X13 müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən X10 oğluna illik 20 % olmaqla 48 ay müddətinə 8800 manat nağd kredit və illik 24 % olmaqla, 36 ay müddətinə 500 AZN məbləğində kart kredit limiti verilmişdir. Borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci tarixli, BPM**********43 saylı Çərçivə Müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, X10 oğlu kredit borcunu xx.xx.2020-ci il tarixdən 12 fevral 2024-cü il tarixədək hər ay 267.8 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan AZ-İİ № 075516 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 oğlu 12 aprel 2024-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 148 № ilə qeyd edilmişdir. İş materiallarında olan 11 may 2023-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə “Elektron notariat” X1 çıxarışdan görünür ki, mərhum X10 oğlundan qalmış mirasa Cavabdeh, X5, X3 və Amanov Hidayət Əfqan oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, Cavabdeh yetkinlik yaşına çatmayan X4, X2 və Amanov Hidayət Əfqan oğlunun qanuni nümayəndələri kimi tanınmışdır . İş materiallarında olan 128 saylı, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X10 oğlunun xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməmiş 8678,88 manat əsas, 22,44 manat faiz borcu vardır. İş materiallarında olan 117 saylı, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X10 oğlunun xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməmiş 248.68 manat əsas, 98.92 manat faiz borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün 110.49 (bir yüz on manat qırx doqquz qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsin əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verildikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini almış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2018-ci il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısınıda birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, "xxxx" ASC ilə X10 oğlu arasında bağlanılmış xx.xx.2020-ci tarixli BPM**********43 saylı X13 müqaviləsinə əsasən cavabdeh X10 oğluna illik 20 % olmaqla 48 ay müddətinə 8800 manat nağd kredit və illik 24 % olmaqla, 36 ay müddətinə 500 AZN məbləğində kart kredit limiti verilmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 oğlu xx.xx.2020-ci ildə ölmüşdür. Cavabdeh mərhum X10 oğlunun vərəsəsi və yetkinlik yaşına çatmayan X4, X2 və Amanov Hidayət Əfqan oğlunun qanuni nümayəndəsi kimi tanınmışdır. Odur ki, iddiaçının göstərilən məbləğdə borcun Cavabdeh tutulması tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 110.49 (bir yüz on manat qırx doqquz qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidməti haqqı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli BPM**********43 saylı kredit müqaviləyə əsasən 8678.88 manat əsas, 22.44 manat faiz borcu, cəmi 8701.32 (səkkiz min yeddi yüz bir manat otuz iki qəpik) manat və kart kredit limiti üzrə 248.68 manat əsas, 98.92 manat faiz borcu, cəmi 347.6 (üç yüz qırx yeddi manat altmış qəpik) manat olmaqla, ümumilikdə 9048.92 (doqquz min qırx səkkiz manat doxsan iki qəpik) manat, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 110.49 (bir yüz on manat qırx doqquz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №e-2(073)-1907/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1907/2024
27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver