Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1908/2024 21.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin X3 vərəsəsi Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 vərəsəsi Cavabdeh xx.xx.2023-cü il tarixli BPM**********36 saylı Kredit müqaviləsinə əsasən nağd kredit üzrə 6906.45 manat əsas, 7.50 manat faiz borcu olmaqla, cəmi 6913.95 manat borc, xx.xx.2023-cü il tarixli BPM**********36 saylı Tam Kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 271.19 manat əsas borc, 19.54 manat faiz borcu olmaqla, cəmi 290.73 manat kart kredit borcunun, ümumilikdə 7204.68 (yeddi min iki yüz dörd manat altımış səkkiz qəpik) manat və ödənilmiş 92.05 (doxsan iki manat beş qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutularaq "xxxx" ASC-nə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, "xxxx" ASC ilə X5 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli BPM**********36 saylı Kredit müqaviləsinə əsasən ona illik 21% olmaqla 48 ay müddətinə 7800 manat nağd kredit və xx.xx.2023-cü il tarixli BPM**********36 saylı Tam kart müqaviləsinə əsasən illik 24% olmaqla 36 ay müddətinə 300 manat məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2023-cü il tarixdə borclu X5 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində tərəflərn arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********36 saylı Kredit müqaviləsinə əsasən nağd kredit üzrə 6906.45 manat əsas, 7.50 manat faiz borcu olmaqla cəmi 6913.95 manat borc, xx.xx.2023-cü il tarixli BPM**********36 saylı Tam Kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 271.19 manat əsas borc, 19.54 manat faiz borcu olmaqla cəmi 290.73 manat kart kredit borcu olmaqla ümumilikdə 7204.68 manat borc yaranmışdır. Cəlilabad rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, AZ-İİ № 371839 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Cəlilabad rayon 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli 2V-760 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X2 qalmış mirasla bağlı Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X1 vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı Bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin, həmçinin cavabdehin məhkəmə iclasında borcu etiraf etməsinin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, mərhum arvadının hər hansı kredit müqaviləsi bağlamasından və iddia tələbində göstərilən miqdarda kredit vəsaiti götürməsindən məlumatsız olmuşdur, mərhum arvadı sağlığında ona bu barədə məlumat verməmişdir. Bildirmişdir ki, özü də həmin bankdan kredit götürüb və aylıq ödənişlərini edir, arvadının da götürməsini isə bilməmişdir, lakin əgər belədirsə, həmin krediti də etiraf edir və ödəməyə razıdır. Özü rayonda mədəniyyət müəssisəsində işləyir və bütün halları, yəni ona miras qalmış əmlakın yalnız arvadının əmək haqqısı olduğunu da nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli BPM**********36 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilat tərəfindən X4 illik 21% olmaqla 48 ay müddətinə 7800 manat nağd kredit verilmişdir. İşdə olan iddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli BPM**********36 saylı Tam kart müqaviləsindən görünür ki, iddiaçı təşkilat tərəfindən X4 illik 24% olmaqla 36 ay müddətinə 300 manat məbləğində kart kredit limiti ayrılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, 118 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixinə X3 xx.xx.2023-cü il tarixli kredit kartı üzrə "xxxx" ASC-nə 271.19 manat əsas borc, 19.54 manat faiz borcu olmaqla cəmi 290.73 manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli, 119 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə X3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-nə 6.906,45 manat əsas borc, 7.50 manat faiz borcu olmaqla cəmi 6913.95 manat borcu vardır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ № 371839 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-760 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Cavabdeh qanun üzrə vərəsəlik qaydasında qalmış 1507.91 (bir min beş yüz yeddi manat doxsan bir qəpik) manat məbləğində miras əmlak vardır. İşdə olan iddiaçı təşkilat tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı təşkilat cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, iddiaçı təşkilat hazırkı iddianın verilməsi ilə əlaqədar 92.05 (doxsan iki manat beş qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli BPM**********36 saylı Kredit müqaviləsinə əsasən ona illik 21% olmaqla 48 ay müddətinə 7800 manat nağd kredit verilmişdir və xx.xx.2023-cü il tarixli BPM**********36 saylı Tam kart müqaviləsinə əsasən isə illik 24% olmaqla 36 ay müddətinə 300 manat məbləğində kart kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan razılaşdırılmış müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2023-cü il tarixdə borclu X5 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********36 saylı Kredit müqaviləsinə əsasən nağd kredit üzrə 6906.45 manat əsas, 7.50 manat faiz borcu olmaqla cəmi 6913.95 manat borc, xx.xx.2023-cü il tarixli BPM**********36 saylı Tam Kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 271.19 manat əsas borc, 19.54 manat faiz borcu olmaqla cəmi 290.73 manat kart kredit borcu olmaqla ümumilikdə 7204.68 manat borcu yaranmışdır. Cəlilabad rayon 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli 2V-760 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə X2 qalmış mirası amlakı, yəni 1507.91 (bir min beş yüz yeddi manat doxsan bir) manat pul vəsaitini Cavabdeh qanun üzrə vərəsəlik hüququ əsasında əldə etmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə cavabdehə xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq onun tərəfindən heç bir ödəniş edilməmişdir. Bu səbəbdən də iddiaçı Bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından universal hüquqi varisliyi qaydasında iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehin ona olan borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsdinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-760 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X2 Cavabdeh qanun üzrə vərəsəlik hüququ əsasında qalmış 1507.91 (bir min beş yüz yeddi manat doxsan bir) manat pul vəsaiti miras əmlak şəklində cavabdehə keçmişdir. Vərəsənin məsuliyyətinin həddinin ona miras qalmış əmlak həcmində olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh ona miras qalmış əmlak həddində məsuliyyət daşımalıdır və buna görə də iddia qismən təmin edilərək Cavabdeh 1507.91 (bir min beş yüz yeddi manat doxsan bir qəpik) manat pul alınıb iddiaçı Banka ödənilməlidir. Cavabdehin borcu etiraf etməsinin məhkəmə tərəfindən nəzərə alınması və bu səbəbdən də iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edən iddiaçının nümayəndəsinin mövqeyi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin məhkəmə iclasında borcu etiraf etməsi Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsində nəzərdə tutulmuş iddianın etirafından mahiyyətcə tam fərqlidir. MPM-də nəzərdə tutulmuş etiraf ilk növbədə məhz hüquq münasibətlərinin iştirakçısı olmuş şəxsin özü tərəfindən və ya həmin şəxsin bu barədə xüsusi səlahiyyət verilmiş nümayəndəsi tərəfindən edildikdə məhkəmə tərəfindən qəbul edilə bilər. Cavabdeh isə mübahisəli kredit müqaviləsi münasibətlərinin iştirakçısı olmamışdır, həmçinin həmin münasibətlərin iştirakçısı olmuş mərhum arvadının bu barədə ona verilmiş xüsusi bir səlahiyyəti yoxdur. Cavabdeh bildirmişdir ki, o, həmin hüquq münasibətlərindən ümumiyyətlə xəbərsizdir, amma əgər arvadı o münasibətin iştirakçısı olub və kredit götürübsə, o da iddianı etiraf edir. Məhkəmə hesab edir ki, cavabdehin etirafı onun öz üzərində mənəvi yük hiss etməsi, arvadının götürdüyü öhdəliyi bir ər olaraq onun ödəməli olması ilə bağlı edilmiş ailə-mənəvi dəyərlərə dayanan bir etiraf olmuşdur. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Göründüyü kimi, cavabdehin etirafı həm də qanuna ziddir, yəni vərəsənin miras qalmış əmlak həddində öhdəlik daşıması ilə bağlı vərəsəlik qanunvericiliyinin tələbinə və mahiyyətinə zidd bir etirafdır. Məhkəmə iddiaçının nümayəndəsinin borcun miras qalmış əmlakdan çox olması ilə bağlı sübutetmə yükünün Mülki Məcəllənin 1307-ci maddəsinə görə cavabdehin üzərində olması ilə bağlı iddiasına münasibətdə bildirir ki, borcun miras qalmış əmlakdan çox olması ilə bağlı cavabdehin sübutetmə yükünü iddiaçı cavabdehin qanun üzrə vərəsə tanınması və miras əmlakın həcmi haqqında şəhadətnaməni təqdim etməklə özü icra etmişdir və cavabdeh həmin yükdən azad edilmişdir. Məhkəmə qeyd edir ki, artıq sübut edilmiş halla bağlı sübutetmə yükü hər hansı tərəfin üzərinə qoyula bilməz. Cavabdeh isə izahatında yalnız həmin şəhadətnamədə göstərilən əmlakın, yəni 1507.91 (bir min beş yüz yeddi manat doxsan bir qəpik) manat məbləğində pul vəsaitinin ona miras qaldığını bildirmişdir, ölmüş borclu ilə sonuncunun sağ olduğu dövrdə bir evdə qalmaları və həmin əmlakın da yarısına ölmüş borclunun ümumi birgə mülkiyyət hüququnun olması ilə bağlı iddiaçının arqumentləri ilə bağlı isə müəyyən edilmişdir ki, həmin ev cavabdehə ölmüş anasından miras qalmışdır, ev ona vərəsəlik qaydasında ötürülmüşdür və həmin fərdi yaşayış evinə mülkiyyət hüququnu 28 dekabr 2023-cü ildə əldə etmişdir ki, həmin əmlak vərəsəlik qaydasında cavabdehə keçdiyinə görə mübahisəsiz olaraq ümumi birgə mülkiyyət predmeti ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 92.05 (doxsan iki manat beş qəpik) manat dövlət rüsumunun da 35.07 (otuz beş manat yeddi qəpik) manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək Cavabdeh 1507.91 (bir min beş yüz yeddi manat doxsan bir qəpik) manat pul və 35.07 (otuz beş manat yeddi qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nə ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1507.91 (bir min beş yüz yeddi manat doxsan bir qəpik) manat pul alınaraq "xxxx" ASC-nə verilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş 92.05 (doxsan iki manat beş qəpik) manat dövlət rüsumunun 35.07 (otuz beş manat yeddi qəpik) manat hissəsi Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1908/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1908/2024
21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver