Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № e-2(073)-1951/2023 24.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, X1 ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcu tələbinə dair mülki işə, Cəlilabad şəhərində, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh2 arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli, GK-MK-1854/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 2682,71 manat əsas borc, 14,18 manat cərimə borcu olmaqla, cəmi 2696,89 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46,97 manat cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh2 arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli, GK-MK-1854/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 2682,71 manat əsas borc, 14,18 manat cərimə borcu olmaqla, cəmi 2696,89 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46,97 manat cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair mülki iş, iş üzrə iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanılsın və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1951/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(073)-1951/2023
24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver