Məhkəmə qərarları › İş №e-2(073)-1962/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1962/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1962/2025 18.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı Ləvğ prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun ödənilməsiı tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4071.72 manat əsas, 96.17 manat faiz, 4558.35 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 610.47 manat faiz borcu, cəmi 9336.71 (doqquz min üç yüz otuz altı manat yetmiş bir qəpik) manat borc və iş üzrə ödənilmiş 113.37 (bir yüz on üç manat otuz yeddi qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "Dəmirbank” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh1 arasında bağlanmış 66022540 nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən kreditin təminatı olaraq Cavabdeh2 il Bank arasında 66022540 nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit və Zaminlik müqavilələri üzrə Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlər bağlanmışdır. X2 əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 8831.96 manat, illik 17% olmaqla, kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər, müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina etmişlər. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 9336.71 (doqquz min üç yüz otuz altı manat yetmiş bir qəpik) manat manat faiz borcu təşkil edir. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan «DəmirBank” ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən etiraf edərək izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə onun arasında bağlanmış 66022540 nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 8000 manat məbləğində kredit verilmişdir. Ona kredit verilərkən kreditin təminatı olaraq 66022540 nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit və Zaminlik müqavilələri üzrə onunla və Cavabdeh2 ilə Bank arasında 01 nömrəli xx.xx.2017ci il tarixli Əlavə Sazişlər bağlanmışdır. Borcunu müəyyən müddət ödəmiş, sonradan bank ləğv olunduğu üçün ödənişin hara ediləcəyini bilməmişdir, bununla bağlı banka yaxınlaşdıqda isə nümayəndələr ona narahat olmamağı, özləri ödənişin hara edilməli olması ilə bağlı məlumat verəcəklərini bildirmişlər. Həmin vaxtdan qalıq borc qalmaqdadır. Hesablanmış cərimə məbləğinin yüksək olduğunu bildirmiş və cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 66022540 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişdən görünür ki, Cavabdeh1 Kreditor qarşısındakı kredit borcu restrukturizasiya edilərək borc qalığı 8831.96 manat, illik faiz dərəcəsi 17% müəyyən edilmiş, kreditin qaytarılma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 66022540 nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişdən görünür ki, Cavabdeh2 iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış 66022540 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 saylı əlavə saziş üzrə öhdəliklərini tamamilə icra etməsi üçün öhdəlik götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, 66022540 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı Banka xx.xx.2025-ci il tarixinə borcu 4071.72 manat əsas, 96.17 manat faiz, 4558.35 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 610.47 manat faiz borcu, cəmi 9336.71 (doqquz min üç yüz otuz altı manat yetmiş bir qəpik) manatdan ibarətdir. İşdə olan bildirişdən görünür ki, iddiaçı təşkilat cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh1 arasında bağlanmış 66022540 nömrəli xx.xx.2014cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən kreditin təminatı olaraq Cavabdeh2 il Bank arasında 66022540 nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit və Zaminlik müqavilələri üzrə Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlər bağlanmışdır. X2 əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 8831.96 manat, illik 17% olmaqla, kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər, müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina etmişlər. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri kredit müqaviləsindən yaranmış öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə, eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının digər cavabdeh X1 münasibətdə iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 66022540 nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişin 1.2-ci bəndindən görünür ki, restruktruzasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci ilədəkdir. Həmin Sazişin 2.3-cü bəndindən görünür ki, bu əlavə Saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istisna olmaqla Müqavilənin digər bəndləri dəyişdirilmədən öz qüvvəsində qalır. Qeyd olunan müqavilələrin bağlanılma tarixindən və əsas öhdəlik olan kredit öhdəliyinin icra müddətindən göründüyü kimi, habelə Cavabdeh2 münasibətdə iddia tələbinə kəsici müddətlər haqqında müddəalara tətbiq edilməli olmasını nəzərə alaraq iddiaçı Bank Cavabdeh2 qarşı iddia irəli sürmək hüququnu xx.xx.2023-cü ildən sonra itirmişdir. Məhkəmə iddanın cərimə ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borcluları əlverişsiz vəziyyətə salır. Borclular əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədikləri halda əlavə olaraq onlara qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yolverilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditorun da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə cərimənin azaldılaraq 100 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də borcluların mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsində qeyd edilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəlləsinin 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia kredit müqaviləsinin müddəti bitikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz tələbinə dair hissədə də əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, hazırki iş üzrə ödənilmiş dövlət rüsumunun 68.78 (altmış səkkiz manat yetmiş səkkiz qəpik) manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 4071.72 manat əsas, 96.17 faiz borcu, 100 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 610.47 manat faiz borcu olmaqla, cəmi 4878.36 (dörd min səkkiz yüz yetmiş səkkiz manat otuz altı qəpik) manat borc və 68.78 (altmış səkkiz manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu alınıb iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar