Məhkəmə qərarları › İş №e-2(073)-203/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-203/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-203/2025 14.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X11 Cəmiyyətinin cavabdehlər Cavabdeh və X9 qarşı iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KM/801/5201771/050423 nömrəli kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 1716,47 (bir min yeddi yüz on altı manat 47 qəpik) manat, faiz üzrə 306,67 (üç yüz altı manat 67 qəpik) manat, cərimə üzrə 80,56 (səksən manat 56 qəpik) manat olmaqla, ümumilikdə 2103,37 (İki min yüz üç manat 37 qəpik) manat məbləğində vəsaitin və 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh və X6 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi, həmçinin tutmanın girov qoyulmuş 1 ədəd kondisioner, 1 ədəd qab dolabı, 1 ədəd divan-qoltuq dəsti, 1 ədəd qızdırıcı soba, 1 ədəd masa və stul dəsti, 1 ədəd mətbəx mebeli və 1 ədəd soyuducuya yönəldilməsi, girov predmeti olan əmlakın açıq hərracda satılması və ilkin satış dəyərinin 2750 manat həcmində müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: İddiaçı "xxxx" Bank Olmayan Kredit X11 Cəmiyyəti cavabdehlər Cavabdeh və X9 qarşı kiçik mübahisələrə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KM/801/5201771/050423 nömrəli kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 1716,47 (bir min yeddi yüz on altı manat 47 qəpik) manat, faiz üzrə 306,67 (üç yüz altı manat 67 qəpik) manat, cərimə üzrə 80,56 (səksən manat 56 qəpik) manat olmaqla, ümumilikdə 2103,37 (İki min yüz üç manat 37 qəpik) manat məbləğində vəsaitin və 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh və X6 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi, həmçinin tutmanın girov qoyulmuş 1 ədəd kondisioner, 1 ədəd qab dolabı, 1 ədəd divanqoltuq dəsti, 1 ədəd qızdırıcı soba, 1 ədəd masa və stul dəsti, 1 ədəd mətbəx mebeli və 1 ədəd soyuducuya yönəldilməsi, girov predmeti olan əmlakın açıq hərracda satılması və ilkin satış dəyərinin 2750 manat həcmində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X5 iddia tələbinə etiraz edərək, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2985/2024 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" BOKT ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Bank Olmayan Kredit X11 Cəmiyyəti iddia tələbini əsaslandıraraq ərizəsində göstərmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KM/801/5201771/050423 nömrəli kredit müqavilələsinə əsasən borcluya 18 ay müddətinə illik 22 % dərəcəsi olmaqla 2500 manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 1-ci bəndi). Kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməli idi. Lakin borclu Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də borclu Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh 30 avqust 2024-cü il tarixli arayışa əsasən "xxxx" ASC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 1716,47 manat, faiz üzrə 306,67 manat, cərimə üzrə 80,56 manat olmaqla, ümumilikdə 2103,37 manat təşkiledir. Kredit müqaviləsinin təminatı kimi X10 ilə xx.xx.2023-cü il tarixli, ZM/801/5201771/050423 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin Kredit müqaviləsinin təminatı kimi Cavabdeh ilə xx.xx.2023-cü il tarixli, GM/801/5201771/050423 nömrəli daşınar əmlakın girov müqaviləsi bağlanmışdır. Cavabdeh ilə müqavilə üzrə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həlledilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KM/801/5201771/050423 nömrəli kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 1716,47 manat, faiz üzrə 306,67 manat, cərimə üzrə 80,56 manat olmaqla, ümumilikdə 2103,37 manat məbləğində vəsaitin və 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh və X6 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi, həmçinin tutmanın girov qoyulmuş 1 ədəd kondisioner, 1 ədəd qab dolabı, 1 ədəd divan-qoltuq dəsti, 1 ədəd qızdırıcı soba, 1 ədəd masa və stul dəsti, 1 ədəd mətbəx mebeli və 1 ədəd soyuducuya yönəldilməsi, girov predmeti olan əmlakın açıq hərracda satılması və ilkin satış dəyərinin 2750 manat həcmində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq mülki iş üzrə digər cavabdehlər Cavabdeh və X10 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehlərin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" Bank Olmayan Kredit X11 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2023-cü il tarixli, KM/801/5201771/050423 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilatın Xaçmaz filialı tərəfindən Cavabdeh illik 22 faiz dərəcəsi ilə, 18 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2023cü il tarixli, KM/801/5201771/050423 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh 08 may 2023-cü il tarixdən 06 oktyabr 2026-cı il tarixə qədər hər ay ödənişləri ödəniş qrafikində nəzərdə tutulmuş qaydada faizləri ilə birlikdə ödəməklə, cəmi 2958,82 manat vəsaiti iddiaçı təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı "xxxx" BOKT ASC ilə X10 arasında bağlanmış 06 aprel 2023-cü il tarixli, ZM/801/5201771/050423 saylı zaminlik müqaviləsindən görünür ki, zamin X10 06 aprel 2023-cü il tarixli, KM/801/5201771/050423 saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2023-cü il tarixli, GM/801/5201771/050423 saylı girov müqaviləsindən görünür ki, 06 aprel 2023-cü il tarixli, KM/801/5201771/050423 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus 1 ədəd kondisioner 500 manat, 1 ədəd qab dolabı 400 manat, 1 ədəd divan-qoltuq dəsti 300 manat, 2 ədəd qızdırıcı sobası cəmi 400 manat, 1 ədəd masa və stul dəsti 250 manat, 1 ədəd mətbəx mebeli 400 manat və 1 ədəd soyuducu 500 manat dəyərində qiymətləndirilməklə, iddiaçı təşkilat qarşısında girov qoyulmuşdur. İşdə olan 07 aprel 2023-cü il tarixli, OD3 saylı ödəniş tapşırığından görünür ki, 06 aprel 2023-cü il tarixli, KM/801/5201771/050423 saylı kredit müqaviləsində verilməsi nəzərdə tutulmuş 2450 manat məbləğində kredit iddiaçı "xxxx" BOKT ASC tərəfindən "xxxx" QSC-nin Cəlilabad filialı vasitəsi ilə 07 aprel 2023-cü il tarixdə Cavabdeh "xxxx" ASC-dəki hesabına köçürülmüşdür. İşdə olan 30 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06 aprel 2023-cü il tarixli, KM/801/5201771/050423 saylı kredit müqaviləsi üzrə 30 avqust 2024-cü il tarixə iddiaçı təşkilata əsas məbləğ üzrə 1716,47 manat, faiz üzrə 306,67 manat, cərimə üzrə 80,56 manat olmaqla, ümumilikdə 2103,37 manat məbləğində borcu yaranmışdır. İşdə olan iddiaçı təşkilat tərəfindən cavabdehlərə göndərilmiş bildirişdən görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdehlər heç bir ödəniş etməmişlər. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KM/801/5201771/050423 nömrəli kredit müqavilələsinə əsasən borcluya 18 ay müddətinə illik 22 % dərəcəsi olmaqla 2500 manat (iki min beş yüz manat) məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 1-ci bəndi). Kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməli idi. Lakin borclu Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də borclu Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehydın oğlunun 30 avqust 2024-cü il tarixliarayışa əsasən "xxxx" ASC-yə olan borcunun məbləğəisas məbləğ üzrə 1716,47 manat, faiz üzrə 306,67 manat, cərimə üzrə 80,56 manat olmaqla, ümumilikdə 2103,37 manat təşkiledir. Kredit müqaviləsinin təminatı kimi X10 ilə xx.xx.2023-cü il tarixli, ZM/801/5201771/050423 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin Kredit müqaviləsinin təminatı kimi Cavabdeh ilə xx.xx.2023-cü il tarixli, GM/801/5201771/050423 nömrəli daşınar əmlakın girov müqaviləsi bağlanmışdır. Cavabdeh ilə müqavilə üzrə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həlledilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh X3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış kredit müqaviləsi ləğv edilməli, yaranmış əsas kredit borcu və ona hesablanmış faiz cavabdehlərdən tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdeh X9 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiacının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı banka hazırkı borc yaranmışdır. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə məhkəmə iddianın tutmanın girov qoyulmuş 1 ədəd kondisioner, 1 ədəd qab dolabı, 1 ədəd divan-qoltuq dəsti, 1 ədəd qızdırıcı soba, 1 ədəd masa və stul dəsti, 1 ədəd mətbəx mebeli və 1 ədəd soyuducuya yönəldilməsi, girov predmeti olan əmlakın açıq hərracda satılması və ilkin satış dəyərinin 2750 manat həcmində müəyyən edilməsi tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.6-cı maddəsinə əsasən əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 269.8-ci maddəsinə əsasən bu Məcəllənin 266.6-cı maddəsində müəyyənləşdirilmiş prinsipə əsasən, girov saxlayanın (ipoteka saxlayanın) hüququ var ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın itirilməsi və ya zədələnməsi üçün, onun kimin xeyrinə sığortalanmasından asılı olmayaraq, sığorta ödənişindən təminat alsın, bu şərtlə ki, itki və ya zədələnmə girov saxlayanın (ipoteka saxlayanın) cavabdeh olduğu səbəblərdən baş verməsin. Həmin Məcəllənin 269.9-ci maddəsinə əsasən girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir. Həmin Məcəllənin 269.10-ci girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Həmin Məcəllənin 269.11-ci maddəsinə əsasən girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 280.1-ci maddəsinə görə girov müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istintad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehlər X1, X2 və X4 müştərək qaydada iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KM/801/5201771/050423 nömrəli kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 1716,47 manat, faiz üzrə 306,67 manat, cərimə üzrə 80,56 manat olmaqla, ümumilikdə 2103,37 manat alınaraq "xxxx" Bank Olmayan Kredit X11 Cəmiyyətinə ödənilməli, tələb girov predmeti olan 1 ədəd kondisioner, 1 ədəd qab dolabı, 1 ədəd divan-qoltuq dəsti, 1 ədəd qızdırıcı soba, 1 ədəd masa və stul dəsti, 1 ədəd mətbəx mebeli və 1 ədəd soyuducudan ibarət əmlaklara yönəldilməli, girov predmeti olan 1 ədəd kondisioner, 1 ədəd qab dolabı, 1 ədəd divan-qoltuq dəsti, 1 ədəd qızdırıcı soba, 1 ədəd masa və stul dəsti, 1 ədəd mətbəx mebeli və 1 ədəd soyuducuya1 ədəd kondisioner, 1 ədəd qab dolabı, 1 ədəd divan-qoltuq dəsti, 1 ədəd qızdırıcı soba, 1 ədəd masa və stul dəsti, 1 ədəd mətbəx mebeli və 1 ədəd soyuducu açıq hərracda satılmalı, Girov predmeti olan 1 ədəd kondisioner, 1 ədəd qab dolabı, 1 ədəd divan-qoltuq dəsti, 1 ədəd qızdırıcı soba, 1 ədəd masa və stul dəsti, 1 ədəd mətbəx mebeli və 1 ədəd soyuducunun ilkin satış dəyəri 2750 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı təşkilat hazırkı ərizənin verilməsi ilə əlaqədar 42 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 42 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada alınıb iddiaçı təşkilata ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X6 müştərək qaydada 4120,13 (dörd min bir yüz iyirmi manat on üç qəpik) manat əsas borc, 473,40 (dörd yüz yetmiş üç manat qırx qəpik) faiz borcu, 60 (altmış) manat dəbbə pulu olmaqla, cəmi 4653,53 (dörd min altı yüz əlli üç manat əlli üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 (qırx iki) manat alınaraq "xxxx" Bank Olmayan Kredit X11 Cəmiyyətinin hesabına ödənilsin. Tələb girov predmeti olan 1 ədəd kondisioner, 1 ədəd qab dolabı, 1 ədəd divanqoltuq dəsti, 1 ədəd qızdırıcı soba, 1 ədəd masa və stul dəsti, 1 ədəd mətbəx mebeli və 1 ədəd soyuducudan ibarət əmlaklara yönəldilsin. Girov predmeti olan 1 ədəd kondisioner, 1 ədəd qab dolabı, 1 ədəd divan-qoltuq dəsti, 1 ədəd qızdırıcı soba, 1 ədəd masa və stul dəsti, 1 ədəd mətbəx mebeli və 1 ədəd soyuducuya1 ədəd kondisioner, 1 ədəd qab dolabı, 1 ədəd divan-qoltuq dəsti, 1 ədəd qızdırıcı soba, 1 ədəd masa və stul dəsti, 1 ədəd mətbəx mebeli və 1 ədəd soyuducu açıq hərracda satılsın. Girov predmeti olan 1 ədəd kondisioner, 1 ədəd qab dolabı, 1 ədəd divan-qoltuq dəsti, 1 ədəd qızdırıcı soba, 1 ədəd masa və stul dəsti, 1 ədəd mətbəx mebeli və 1 ədəd soyuducunun ilkin satış dəyəri 2750 manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar