Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2037/2025 18.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ”Xalq” X4 Cəmiyyətinin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********85514 №-li Kredit müqaviləsi üzrə qalıq borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ”Xalq” X4 Cəmiyyəti Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********85514 №-li Kredit müqaviləsi üzrə qalıq borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli **********85514 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 51,44 ABŞ dolları məbləğində xx.xx.2016-cı tarixdən xx.xx.2017-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 12 % dərəcəsi ilə hesablanmış adi faiz borcu, 719,91 ABŞ dolları məbləğində xx.xx.2017ci tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış zərərin (əldən çıxmış faydanın) əvəzi və 14,11 ABŞ dolları məbləğində xx.xx.2016-cı tarixdən xx.xx.2017-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış penya, cəmi 785,46 (yeddi yüz səksən beş ABŞ dolları qırx altısent) ABŞ dolları məbləğində pul vəsaitinin və 33.46 (otuz üç manat qırx altıqəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********85514 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, illik 24 % (iyirmi dörd faiz) olmaqla, 3200 (üç min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra Borc alanla İddiaçı arasında xx.xx.2014-cü il tarixli **********85514 №-li Kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə 01 №-li Əlavə saziş bağlanmışdır. Sazişə əsasən kreditin qaytarılması müddəti 3 (üç) ay uzadılaraq 39 (otuz doqquz) ay müəyyən edilmiş, kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 24 %-dən illik 12 %-dək azaldılmışdır. Həmçinin, Kredit müqaviləsinin 5.2-ci bəndinə dəyişiklik edərək, Borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, Borc alan Banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 39 %dən illik15 %-dək dərəcəsi ilə hesablanan penya ödənilməsinə razılığa gəlmişdilər. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə Bank ilə X2 arasında xx.xx.2014-cü il tarixli **********85514/ZM №-li Zaminlik müqaviləsi (həmin Müqaviləyə xx.xx.2016-cı il tarixli 01 saylı Əlavə saziş nəzərə alınmaqla) bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Cavabdeh və Zamin tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə İddiaçı“Kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada Borc alandan və Zamindən tutulması haqqında" iddia tələbi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2017-ci il tarixli 2(073)- 222/2017 №-li qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmişdir. Belə ki, Qətnamə ilə Cavabdeh və X1 birgə qaydada 1 953,47 ABŞ dolları məbləğində əsas borcun, 125,67 ABŞ dolları məbləğində faiz borcunun, 33,95 ABŞ dolları məbləğində cərimənin, cəmi 2 113,09 ABŞ dollarının borcun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsinin və 30 manat dövlət rüsumunun alınıb Banka verilməsi qət edilmişdir. Lakin buna baxmayaraq, Cavabdehin Kredit müqaviləsi üzrə İddiaçı qarşısında xx.xx.2016-cı il tarixdən Qətnamənin qəbuledildiyi xx.xx.2017-ci il tarixədək hesablanmış və ödənilməmiş 51,44 ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əlavə sazişinin 1.3-cü bəndinə və Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş aşağıda qeyd olunan hüquqi mövqeyinə əsasən Cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə penya ödəməlidir ki, xx.xx.2016-cı il tarixdən Qətnamənin qəbul edildiyi xx.xx.2017-ci il tarixədək hesablanmış qeyd edilən məbləğ 14,11 ABŞ dolları təşkil edir. Qeyd olunanlara əsasən xx.xx.2017-ci il tarixdən əsas borcun ödənildiyi xx.xx.2025-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra xx.xx.2017-ci il il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üçün müvafiq məbləğ 719.91 ABŞ dolları təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Bankın nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, cavabdehdən borcun tutulması haqqında qətnamə xx.xx.2017-ci ildə qəbul edilməsinə baxmayaraq borc xx.xx.2025-ci il tarixdə ödənilmişdir. KM-in müvafiq 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmiş hüquqi mövqeni və formalaşmış hüquqi praktikanı nəzərə alaraq cavabdeh tərəfindən ödənişin gecikdirildiyi müddət üçün illik 5 faiz zərərin əvəzinin ödənilməsinə dair tələbləri əsaslıdır. İddianın təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı xxxx ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********85514 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı Bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 3 200 (üç min iki yüz) ABŞ dolları kredit verilmişdir. İşdə olan iddiaçı Bankla Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli, 01 saylı Əlavə sazişdən və ödəniş cədvəlindən görünür ki, kreditin qaytarılması müddəti 3 (üç) ay uzadılaraq 39 (otuz doqquz) ay müəyyən edilmiş, kreditdən istifadəyə görə faiz dərəcəsi illik 24 (iyirmi dörd) faizdən illik 12 (on iki) faizədək azaldılmış və Cavabdeh xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək hər ay 100.13 ABŞ dolları, sonuncu ay isə 126.51 ABŞ dolları ödəməklə aldığı krediti ona hesablanmış faizləri ilə birlikdə iddiaçı Banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(073)-222/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı "xxxx" ASC-nin iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh və X1 birgə qaydada 1953.47 (bir min doqquz yüz əlli üç dollar qırx yeddi sent) ABŞ dolları əsas borcun, 125.67 (bir yüz iyirmi beş dollar altmış yeddi sent) ABŞ dolları faiz borcunun, 33.95 (otuz üç dollar doxsan beş sent) ABŞ dolları cərimənin, cəmi 2 113.09 (iki min bir yüz on üç dollar doqquz sent) ABŞ dolları borcun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı xxxxna verilməsi qət olunmuşdur. İşdə olan bank hesabından çıxarışdan görünür ki, məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş borc məbləği xx.xx.2025-ci ildə tam olaraq iddiaçıya ödənilmişdir. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, iddiaçı Bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, hazırkı iddianın verilməsi ilə əlaqədar iddiaçı Bank tərəfindən 33.36 (otuz üç manat otuz altı) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********85514 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, illik 24 % (iyirmi dörd faiz) olmaqla, 3200 (üç min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra Borc alanla İddiaçı arasında xx.xx.2014-cü il tarixli **********85514 №-li Kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə 01 №-li Əlavə saziş bağlanmışdır. Sazişə əsasən kreditin qaytarılması müddəti 3 (üç) ay uzadılaraq 39 (otuz doqquz) ay müəyyən edilmiş, kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 24 %-dən illik 12 %-dək azaldılmışdır. Həmçinin, Kredit müqaviləsinin 5.2-ci bəndinə dəyişiklik edilərək, Borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, Borc alan Banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik15 %-dək dərəcəsi ilə hesablanan penya ödənilməsinə razılığa gəlmişdirlər. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə Bank ilə X2 arasında xx.xx.2014-cü il tarixli **********85514/ZM №-li Zaminlik müqaviləsi (həmin Müqaviləyə xx.xx.2016-cı il tarixli 01 saylı Əlavə saziş nəzərə alınmaqla) bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Cavabdeh və Zamin tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə İddiaçı “Kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada Borc alandan və Zamindən tutulması haqqında" iddia tələbi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2017-ci il tarixli 2(073)-222/2017 №-li qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmişdir. Belə ki, Qətnamə ilə Cavabdeh və X1 birgə qaydada 1 953,47 ABŞ dolları məbləğində əsas borcun, 125,67 ABŞ dolları məbləğində faiz borcunun, 33,95 ABŞ dolları məbləğində cərimənin, cəmi 2 113,09 ABŞ dollarının borcun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsinin və 30 manat dövlət rüsumunun alınıb Banka verilməsi qət edilmişdir. Lakin buna baxmayaraq, Cavabdehin Kredit müqaviləsi üzrə İddiaçı qarşısında xx.xx.2016-cı il tarixdən Qətnamənin qəbul edildiyi xx.xx.2017-ci il tarixədək hesablanmış və ödənilməmiş 51,44 ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əlavə sazişinin 1.3-cü bəndinə və Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş aşağıda qeyd olunan hüquqi mövqeyinə əsasən Cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə penya ödəməlidir ki, xx.xx.2016-cı il tarixdən Qətnamənin qəbul edildiyi xx.xx.2017-ci il tarixədək hesablanmış qeyd edilən məbləğ 14,11 ABŞ dolları təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə xx.xx.2017-ci il tarixdən əsas borcun ödənildiyi xx.xx.2025-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra xx.xx.2017-ci il il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üçün müvafiq məbləğ 719.91 ABŞ dolları təşkil edir. Cavabdeh öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********85514 saylı kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzası və Bankın (filialının) möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və tərəflərin bu müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri tam icra edənədək qüvvədədir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən bu müqaviləyə borc alan tərəfindən əsas borc, faizlər və digər tələblər üzrə öhdəliklərin Banka tam icra olunduğu andan xitam verilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbayacan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarındakı mövqeyinə görə MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, işdə olan iddiaçı xxxx ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********85514 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli, 01 saylı əlavə sazişin 5.2-ci bəndindən görünür ki, borcalan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borcalan Banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 15 (on beş) faiz dərəcəsi ilə hesablanan penya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Borc öhdəliyinin vaxtında icra edilməməsi nəticəsində əldən çıxmış faydanın əvəzi olaraq illik beş faiz tələb edilməsi ilə bağlı yaranmış məbləğin hesablanması isə adi riyazi hesablamaya əsaslanmaqla hər hansı xüsusi bilik tələb etmədiyindən məhkəmə bu hissədə ekspertiza təyin edilməsini prosessual qənaət prinisipini də rəhbər tutmaqla məqsədəuyğun hesab etməmiş, iddiaçı tərəfindən hesablanmış məbləği əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 51,44 ABŞ dolları faiz borcu, əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış zərərin (əldən çıxmış faydanın) əvəzi olaraq 719,91 ABŞ dolları və 14,11 ABŞ dolları cərimə, cəmi 785,46 (yeddi yüz səksən beş dollar qırx altı sent) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi rəhbər tutulmaqla Azərbaycan manatına olan qarşılığı və 33.46 (otuz üç manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı ASC "xxxx" Bankına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-2037/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2037/2025
18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver