Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2273/2025 08.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı MM QBKT-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MM QBKT Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh **********1116 saylı müqavilə üzrə 845.10 manat əsas borc, cəmi 845.10 (səkkiz yüz qırx beş manat on qəpik) manat borcun, **********1129 saylı müqavilə üzrə 874.49 manat əsas borc, cəmi 878.49 (səkkiz yüz yetmiş səkkiz manat qırx doqquz qəpik) manat borcun və 37.24 (otuz yeddi manat iyirmi dörd qəpik) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MM QBKT tərəfindən Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********1116 saylı, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 6-cımaddəsinə uyğun olaraq Güzəştli Kredit (Restruktruzasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən Kredit alanın vaxtı keçmiş əsas borcunun bu müqavilə imzalanan tarixə 906 manat qalıq məbləği illik 1% dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixli **********1129 saylı, Güzəştli Kredit (Restruktruzasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən Kredit alanın vaxtı keçmiş əsas borcunun bu müqavilə imzalanan tarixə 938.40 manat qalıq məbləği illik 1% dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Borcalan kredit müqavilələri üzə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçı cəmiyyətə hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh yaranmış borcu ödəməkdən yayınmışdır. İddiaçı təşkilat qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli **********1116 saylı Güzəştli Kredit (Restruktruzasiya) Müqaviləsindən görünür ki, iddiaçı "xxxx" MMM QBKT tərəfindən Cavabdeh vaxtı keçmiş 906 manat əsas borcu bu müqavilə imzalanan tarixə illik 1% dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə restrukturizasiya edilmişdir. İşdə olan iddiaçı "xxxx" MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********1129 saylı Güzəştli Kredit (Restruktruzasiya) Müqaviləsindən görünür ki, İddiaçı MMM QBKT tərəfindən Cavabdeh vaxtı keçmiş 938.4 manat əsas borcu bu müqavilə imzalanan tarixə illik 1% dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit restrukturizasiya edilmişdir. İşdə olan maliyyə arayışlarından görünür ki, Cavabdeh iddiaçı təşkilata **********1116 saylı müqavilə üzrə cəmi 845.10 (səkkiz yüz qırx beş manat on qəpik) manat borcu, **********1129 saylı müqavilə üzrə cəmi 878.49 (səkkiz yüz yetmiş səkkiz manat qırx doqquz qəpik) manat kredit borcu vardır. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 37.24 (otuz yeddi manat iyirmi dörd qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsin əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. İş materiallarından göründüyü kimi cavabdehlər kredit müqaviləsi üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı təşkilata hazırkı borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh **********1116 saylı müqavilə üzrə 845.10 (səkkiz yüz qırx beş manat on qəpik) manat borc, **********1129 saylı müqavilə üzrə 878.49 (səkkiz yüz yetmiş səkkiz manat qırx doqquz qəpik) manat borc, cəmi 1723.59 manat (min yeddi yüz iyirmi üç manat əlli doqquz qəpik) borc və 37.02 (otuz yeddi manat iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMM QBKT-na ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-2273/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2273/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver