Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-229/2025 12.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cəmi borcu 4337,70 (dörd min üç yüz otuz yeddi dollar yetmiş sent) ABŞ dolları-bundan 1109,98 (bir min yüz doqquz dollar döxsan səkkiz sent) ABŞ dolları əsas, 769,81 (yeddi yüz altmış doqquz dollar səksən bir sent) ABŞ dolları faiz, 2312,41 (iki min üç yüz on iki dollar qərx bir sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 145,50 (yüz qırx beş dollar əlli sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 93,75 (doxsan üç manat, 75 qəpik) manat dövlət rüsumunun cavabdehlər Almaslı (Almasov) Kazım (Mirkazım) Mürsəl oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi tələbinə dair mülki işə Cəlilabad rayon məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddaçı LPO İddiaçı acıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 4337,70 (dörd min üç yüz otuz yeddi dollar yetmiş sent) ABŞ dolları-bundan 1109,98 (bir min yüz doqquz dollar doxsan səkkiz sent) ABŞ dolları əsas, 769,81 (yeddi yüz altmış doqquz dollar səksən bir sent) ABŞ dolları faiz, 2312,41 (iki min üç yüz on iki dollar qərx bir sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 145,50 (yüz qırx beş dollar əlli sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 93,75 (doxsan üç manat yetmiş beş qəpik) manat dövlət rüsumunun cavabdehlər Almaslı (Almasov) Kazım (Mirkazım) Mürsəl oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə cavabdeh Almaslı (Almasov) Kazım (Mirkazım) Mürsəl oğlu arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Dövriyyə və əsas vəsaitin artırılması məqsədi ilə 24 ay müddətinə illik 32% dərəcəsi ilə 5700 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “Dövriyyə və əsas vəsaitin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Almaslı (Almasov) Kazım (Mirkazım) Mürsəl oğlu” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Cavabdeh Almaslı (Almasov) Kazım (Mirkazım) Mürsəl oğluna kredit verilərkən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə Bank arasında ZM-190004060 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqaviləyə əsasən kredit borcalana “Dövriyyə və əsas vəsaitin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Almaslı (Almasov) Kazım (Mirkazım) Mürsəl oğlu” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 456-RE saylı, xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyinin kredit müddəti xx.xx.2017-ci ilə qədər uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyinin qalığı restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kredit qalığı 5302,05 (beş min üç yüz iki dollar beş sent) ABŞ dolları hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə cavabdeh Almaslı (Almasov) Kazım (Mirkazım) Mürsəl oğlunun kredit üzrə cəmi borcu 4337,70 (dörd min üç yüz otuz yeddi dollar yetmiş sent) ABŞ dolları təşkil edir. Bundan 1109,98 (bir min yüz doqquz dollar doxsan səkkiz sent) ABŞ dolları əsas, 769,81 (yeddi yüz altmış doqquz dollar səksən bir sent) ABŞ dolları faiz, 2312,41 (iki min üç yüz on iki dollar qərx bir sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 145,50 (yüz qırx beş dollar əlli sent) ABŞ dolları faiz borcu təşkil edir. Dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər yaranmış borcun ödənilməsini təmin etməmişlər. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 iddianı etiraf etməyərək, verdiyi izahatında bildirmişdir ki, iddaçı “DəmirBank ASC-nin ona və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehdən 1109,98 ABŞ dolları əsas borcun, 769,81 ABŞ dolları faiz borcun, 2312,41 ABŞ dolları cərimə borcun, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 145,50 ABŞ dolları faiz borcu olmaqla cəmi 4337,70 ABŞ dolları və iş üzrə ödənilmiş 93,75 manat dövlət rüsumunun cavabdehlər Almaslı (Almasov) Kazım (Mirkazım) Mürsəl oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq, ləğv prosesində olan “Dəmirbank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmaqla verildiyindən rədd edilməlidir. Belə ki, onunla bağlanmış kedit müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmaqla 24 ay müddətinə bağlanmış və həmin kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2016-cı ildə başa çatmışdır. Bundan əlavə o, məhkəmə hazırlıq iclasının təyin olunması barədə bildirişi almamış, zamini Cavabdeh3 Ağaxn oğlu isə xx.xx.2024-cü il tarixdə almış və ona məlumat vermişdir. Onun hüquqi savadı olmadığı üçün iddia müddətinin tətbiqinə dair ərizəni 2 gün müddətinə yazmağı mümkün olmamışdır. İddia ərizəsində göstərilən xx.xx.2015-ci il tarixli, 456-RF saylı əlavə sazişdən və xx.xx.2017-ci il tarixli əlavə sazişdən nə onun, nə də ki, onun zaminlərinin heç bi xəbəri yoxdur və onlar tərəfindən imzalanmayıb. İş materialları diqqətli araşdırılmış olsa orda da açıq-aydın gürünəcək ki, xx.xx.2014-cü il tarixli kredit və zaminlik müqaviləsində, xx.xx.2015-ci il tarixli 456-RF saylı əlavə sazişdə və xx.xx.2017-ci il tarixli əlavə sazişdə imzalar tam fərqlidir. Buda onu bildirir ki, iddiaçı bank onun və zaminlərinin imzasını saxtalaşdırmışlar. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 iddianın qismən etiraf etməsi barədə məhkəməyə ərizə göndərərək iddianın əsas borc hissəsində təmin olunmasını xahiş etmişdir, Cavabdeh4 məhkəməyə ərizə göndərərək İddiaçı ASC ilə bağlanmış zaminlik müqavilələrinə iddia müddəti ötürüldüyünə görə xitam verilməsini xahiş etmiş, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə məhkəməyə göndərdikləri ərizələrində zaminlik müqviləsi üzrə iddia müddəti ötürüldüyünə görə iddianın onlara münasibətdə rədd edilməsini xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə cavabdeh Almaslı (Almasov) Kazım (Mirkazım) Mürsəl oğlu arasında bağlanmış 14 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh X2 24 ay müddətinə, illik 32 faiz ödənilmək şərti ilə 5700 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 14 iyul 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Almaslı (Almasov) Kazım (Mirkazım) Mürsəl oğlu 14 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş 2600 manat vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialından qəbul etmişdir. İşdə olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 14 iyul 2014-cü il tarixli, 190004060/ZM saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh3 və Cavabdeh4 14 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə Almaslı (Almasov) Kazım (Mirkazım) Mürsəl oğlunun öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İşdə olan 14 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, borclu 14 iyul 2014-cü il tarixdən 14 iyul 2016-cı il tarixə kimi ödəniş cədvəlində nəzərdə tutulmuş qaydada ödənişləri hər ay ödəməklə, aldığı krediti faizləri ilə birlikdə İddiaçı ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 14 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli, 456-RE saylı əlavə sazişlərdən görünür ki, 14 iyul 2014-cü tarixli, ********* saylı kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. İşdə olan 14 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 02 saylı əlavə sazişdən görünür ki, 14 iyul 2014-cü tarixli, ********* saylı kredit müqaviləsi üzrə restrukturizasiya edilmiş kredit qalığının ödənilməsi müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X1 iddiaçı banka 1109,98 ABŞ dolları əsas borcu, 769,81 ABŞ dolları faiz borcu, 2312,41 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 145,50 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 4337,70 ABŞ dolları kredit borcu vardır. İşdə olan iddiaçı bank tərəfindən cavabdehlərə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı bank cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı bank hazırki iddianın verilməsi ilə əlaqədar 93,75 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(073)- 229/2025 saylı qərardadı ilə, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 aprel 2025-ci il tarixli, 4/301 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 14 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin (kserosurəti mülki işin 23-26-cı vərəqlərində) 1-ci vərəqin sonundakı imza və “Borc alan” qrafasındakı imza, 14 iyul 2014-cü il tarixli ödəniş cədvəlində (kserosurəti mülki işin 27-ci vərəqində) “Borc alan” qrafasındakı imza, 14 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 25 may 2015-ci il tarixli, 456RF saylı əlavə sazişdə (kserosurəti mülki işin 30-cu vərəqində) “Borc alan” qrafasındakı imza, 14 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 25 may 2017-ci il tarixli, 02 saylı əlavə sazişdə (kserosurəti mülki işin 34-35-ci vərəqlərində) 1-ci vərəqinin sonundakı imza və “Borc alan” qrafasındakı imza - X4 tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə cavabdeh Almaslı (Almasov) Kazım (Mirkazım) Mürsəl oğlu arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə və əsas vəsaitin artırılması məqsədi ilə 24 ay müddətinə illik 32% dərəcəsi ilə 5700 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit borcalana “dövriyyə və əsas vəsaitin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Almaslı (Almasov) Kazım (Mirkazım) Mürsəl oğlu” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə Bank arasında ZM-190004060 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 456- RE saylı əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyinin kredit müddəti xx.xx.2017-ci ilə qədər uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyinin qalığı restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kredit qalığı 5302,05 (beş min üç yüz iki dollar beş sent) ABŞ dolları hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə cavabdeh Almaslı (Almasov) Kazım (Mirkazım) Mürsəl oğlunun kredit üzrə cəmi borcu 4337,70 (dörd min üç yüz otuz yeddi dollar yetmiş sent) ABŞ dolları təşkil edir. Bundan 1109,98 (bir min yüz doqquz dollar doxsan səkkiz sent) ABŞ dolları əsas, 769,81 (yeddi yüz altmış doqquz dollar səksən bir sent) ABŞ dolları faiz, 2312,41 (iki min üç yüz on iki dollar qərx bir sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 145,50 (yüz qırx beş dollar əlli sent) ABŞ dolları faiz borcu təşkil edir. Dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər yaranmış borcun ödənilməsini təmin etməmişlər. Buna görə də iddiaçı bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı bank ilə cavabdehlər arasında bağlanmış 14 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, cavabdehlər kreditor qarşısında birgə məsuliyyət daşımışlar. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər birinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı banka hazırkı borc yaranmışdır. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Azərbaycan Respublikası Konustitutsiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini MM-in 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, MM-in 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımıncı yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutulması hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə, həmçinin iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yolverilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankın da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. Odur ki, məhkəmə iddiaçı bank tərəfindən hesablanmış 2312,41 ABŞ dolları cərimənin azaldılaraq 300 ABŞ dolları müəyyən edilməsini həm kreditorun, həm də cavabdehlərin mənafelərinə uyğun hesab edir. Məhkəmə eyni zamanda iddianın Cavabdeh1 tələb olunan kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 145,50 ABŞ dolları faiz borcu tutulması hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 145,50 ABŞ dolları faiz borcunun kredit müqaviləsinin tələbləri əsasında yaranması ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı mülki iş materiallarında hər hansı bir sübut növü məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh1 1109,98 ABŞ dolları əsas borc, 769,81 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 2179,79 (iki min bir yüz yetmiş doqquz dollar yetmiş doqquz sent) ABŞ dollarının Azərbaycan manatının həmin günə olan məzənnəsi ilə alınıb iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasına görə Cavabdeh1 120 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 93,75 manat dövlət rüsumu da Cavabdeh1 alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1109,98 (bir min bir yüz doqquz dollar doxsan səkkiz sent) ABŞ dolları əsas borc, 769,81 (yeddi yüz altmış doqquz dollar səksən bir sent) ABŞ dolları faiz borcu, 300 (üç yüz dollar) ABŞ dolları cərimə olmaqla, ümumilikdə 2179,79 (iki min bir yüz yetmiş doqquz dollar yetmiş doqquz sent) ABŞ dollarının Azərbaycan manatının həmin günə olan məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 93,75 (doxsan üç manat yetmiş beş qəpik) manat alınıb iddiaçı Ləğv prosesində olan İddiaçı acıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasına görə Cavabdeh1 120 (bir yüz iyirmi) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-229/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-229/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver