Məhkəmə qərarları › İş №e-2(073)-2442/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2442/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2442/2024 01.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8365,4 manat əsas borc, 1739,52 manat faiz borcu, 57,84 manat cərimə olmaqla, cəmi 10162,76 (on min yüz altmış iki manat yetmiş altı qəpik) manat borcun, 0,40 (qırx qəpik) xidmət haqqının və 120,49 (bir yüz iyirmi manat qırx doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı “X1” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində xx.xx.2023-cü il tarixdə ərizəni imzalamaqla 01U/21 saylı xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertanın şərtləri ilə tanış və razı olduğunu təsdiq etmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə əsas olaraq sms vasitəsilə razılaşdırılmış xx.xx.2028-ci il tarixədək illik 28 faiz olmaqla istehlak məqsədləri üçün 8500 nağd kredit məbləği iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində cavabdehin ödəniş kartına köçürülmüşdür. Ümumi Ofertanın 29.9-cu bəndinə əsasən müştəri kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin cərimə tətbiq edilə bilər. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən də iddiaçı Bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Bank tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.1 və 445.2.1-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək, verdiyi izahatında göstərdi ki, iddiaçı "xxxx" KB ASC tərəfindən xx.xx.2028-ci il tarixədək illik 28 faiz olmaqla istehlak məqsədləri üçün 8500 nağd kredit onun ödəniş kartına köçürülmüşdür. Maddi imkanı olmadığından onun kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsi mümkün olmamışdır. Qeyd edilənlərin məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə cavabdehi dinləyərək, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 06 mart 2023-cü il tarixli tarixli ərizə-anketdən görünür ki, Cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertanın şərtləri ilə tanış və razı olduğunu təsdiq etmişdir. İşdə olan 21 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12611nkNFTb/23 saylı kredit müqaviləsi üzrə iddiaçı Banka 8365,4 manat əsas borc, 1739,52 manat faiz borcu, 57,84 manat cərimə olmaqla, cəmi 10162,76 (on min yüz altmış iki manat yetmiş altı qəpik) manat borcu vardır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı Bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı Bank hazırkı iddianın verilməsi ilə əlaqədar 120,49 (bir yüz iyirmi manat qırx doqquz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8365,4 manat əsas borc, 1739,52 manat faiz borcu, 57,84 manat cərimə olmaqla, cəmi 10162,76 (on min yüz altmış iki manat yetmiş altı qəpik) manat borcun, 0,40 (qırx qəpik) xidmət haqqının və 120,49 (bir yüz iyirmi manat qırx doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “X1” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar