Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2495/2025 09.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Məhkəmə iclas katibi Həşimzadə Şahanə İlham qızının katibliyi, Cavabdeh3 və Cavabdeh6 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-vərəsələr Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 llqar qızı, Cavabdeh7 Ílqar oğlu, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 oğhından müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 10.708,6 manat məbləğində kredit borcu, 3.272,59 manat məbləğində faiz borcu və 450.41 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 14.431,60 qəpik məbləğində borcun və ödənilmiş 133.3 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 İddiaçı QSC ilə xx.xx.2023-cti il tarixdə bağladığı 027A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş "Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri", Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X3 aylıq faiz dərəcəsi 1.75% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11500 (on bir min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüylü kredit borcundan 791.4 manat ödəniş etmiş və onun iddiaçıya 10.708.6 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. İ.Əliyev kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 605 gün üçün hesablanmış faiz borcu 3272.59 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti va kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 605 gün üçtin kredit müqaviləsi üzrə hesablanmış cərimə 450.41 manat təşkil edir. Bundan əlavə cavabdeh Əliyev liqar Qəfər oğlunun vəfat etdiyi "xxxx" QSC-yə məlum olduğundan notariat ofislərinə müvafiq sorğular verilmiş və Cəlilabad rayon 1 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 392 saylı cavab məktubu ilə xx.xx.2024-cü il tarixdə 2V-300 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi məlum olmuşdur. Nəticədə Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh7, X4, Cavabdeh4 və Cavabdeh6 vərəsələri hesab edilir. Yuxarıda qeyd olunan maddələrə əsasən cavabdeh-vərəsələr Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh7, X4, Cavabdeh4 və Cavabdeh6 borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. İddiaçı QSC məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və Cavabdeh6 iddia ərizəsinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 027A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, “borc verən” İddiaçı QSC “borc alan” X3 48 ay müddətinə illik 21% faiz ödəmək şərtilə 11.500 manat məbləğində pul borc verir, “borc alan” isə krediti faizləri ilə birlikdə “borc verənə” qaytarmağı öhdəsinə götürür; İddiaçı QSC-nin hesabdan çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixində X1 hesabına 11.500 manat pul köçürülmüşdür; xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, X1 027A********** saylı müqavilə üzrə əsas borcu 10.708,6 manat, faiz borcu 3.272,59 manat, cərimə borcu 450,41 manat olmaqla, cəmi borcu 14.431,60 manat təşkil edir; İddiaçı QSC tərəfindən Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, o, borcunun olması, borcun ödənilməsi və əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixində vəfat etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayonu 1 Saylı Notariat Ofisinin 392 nömrəli xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X1 miras əmlakına dair 1 saylı notariat ofisində mərhumun vərəsələri: Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 yazılı ərizə ilə müraciət etmişdir- xx.xx.2024-cü il tarixdə 2V/300 reyestr sayda vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir; Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş X1 vərəsəsi bunlardır: ünvan 1i ünvanında qeydiyyatda olan arvadı Cavabdeh3, Cəlilabad rayonu, ünvan 2 qeydiyyatda olan qızı Cavabdeh5, Cəlilabad rayonu, ünvan 2 qeydiyyatda olan qızı Cavabdeh1, Cəlilabad rayonu, ünvan 2 qeydiyyatda olan oğlu Cavabdeh7, Cəlilabad rayonu, ünvan 2 qeydiyyatda olan oğlu Cavabdeh2, Cəlilabad rayonu, ünvan 2 qeydiyyatda olan oğlu Cavabdeh4 və onların hər biri miras əmlakdan 1/7 irs almalıdır (mərhumun atası Cavabdeh6 1/7 hissə payı müəyyən edilmiş, lakin açıq saxlanılmışdır). Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-17-7/2-18583/2024 nömrəli arayışına əsasən mərhum X3 məxsus olan orta əmək haqqının 3 misli 1034 manat 88 qəpik və istifadə edilməmiş məzuniyyət günlərinin pul əvəzi 157 manat 15 qəpik olmaqla, ümumilikdə 1192 manat 3 qəpik pul vəsaitindən ibarətdir; Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 vərəsələri: ünvan 1i ünvanında qeydiyyatda olan Cavabdeh3, Cəlilabad rayonu, ünvan 2 qeydiyyatda olan Cavabdeh5, Cəlilabad rayonu, ünvan 2 qeydiyyatda olan Cavabdeh1, Cəlilabad rayonu, ünvan 2 qeydiyyatda olan Cavabdeh7, Cəlilabad rayonu, ünvan 2 qeydiyyatda olan Cavabdeh2, Cəlilabad rayonu, ünvan 2 qeydiyyatda olan Cavabdeh4 və Cəlilabad rayonu, ünvan 2 qeydiyyatda olan Cavabdeh6 və onların hər biri miras əmlakdan 1/7 irs almalıdır; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə X3 verilmiş **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cəlilabad rayonu ünvan 2 yerləşən ümumi sahəsi 1.6063 ha olan torpaq sahəsindən mərhum X1 payından ibarətdir; Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı 133 manat dövlət rüsumu və 0,3 manat bank xidmət haqqı ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, miras qoyan ilə iddiaçı arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinə əsasən İddiaçı QSC X3 11.500 manat məbləğində kredit verməyi, “borcalan” isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə “borcalan” olan X5 xx.xx.2023cü il tarixində vəfat etmişdir və iş üzrə cavabdehlər onun vərəsələridir (miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almışlar). Hazırda iddiaçı borcluların öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək mərhum X1 vərəsələri Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 10.708,6 manat məbləğində kredit borcu, 3.272,59 manat məbləğində faiz borcu və 450.41 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 14.431,60 qəpik məbləğində pulun məhkəmə qaydasında tutulmasını xahiş edir. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinin bağlanması və İddiaçı QSC tərəfindən miras qoyana 48 ay müddətinə, illik 21 faiz olmaqla 11.500 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, həmçinin hesabdan çıxarış ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, mərhum borcalan və onun vərəsələri olan cavabdehlər isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən iddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas, faiz borcu və cərimə borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Vərəsələrin məsuliyyəti məsələsinə gəlincə qeyd edilməlidir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə uyğun olaraq, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia cərimə borcuna görə 450,41 manat pulun tutulması hissəsində qismən təmin edilməli, cərimənin miqdarının azaldılaraq 50 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. O da qeyd edilməlidir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (maddə 1307). Cavabdehlər miras qoyandan hər hansı bir əmlak qalmadığını, bildirsə də, miras qoyanın borclarının miras əmlakdan çox olduğunu təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda cavabdehlərin həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin digər cavabdehlərə münasibətdə qeyd edir ki, cavabdeh qismində göstərilmiş Cavabdeh5 xx.xx.2015-ci il təvəllüdlü, Cavabdeh4 xx.xx.2012-ci il təvəllüdlü və Cavabdeh7 xx.xx.2019-cu il təvəllüdlüdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49-cu maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Hazırki işdən görünür ki, qeyd edilən şəxslər 18 yaşına çatmadığından hazırki iş üzrə cavabdeh qismində iddiaya cavab verməli şəxs deyildir. Beləliklə, mərhum X5 tərəfindən öhdəlik icra edilmədiyindən iddiaçının miras qoyanın vərəsələrindən öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, borclu müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən X2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 vərəsələri olduğu miras qoyanın risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün miras həddində cavabdehdir və miras qoyanın öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borca görə 10.708,6 manat, faiz borcuna görə 3.272,59 manat, cərimə borcuna görə 50 manat olmaqla, cəmi 14.031,19 manat pulu iddiaçıya ödəməlidirlər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 əsas borca görə 10.708,6 manat, faiz borcuna görə 3.272,59 manat, cərimə borcuna görə 50 manat olmaqla, cəmi 14.031,19 manat pul, ödənilmiş dövlət rüsumuna və bank xidmət haqqına görə 133.3 manat pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 əsas borca görə 10.708,6 (on min yeddi yüz səkkiz manat, faiz borcuna görə 3.272,59 manat, cərimə borcuna görə 50 manat olmaqla, cəmi 14.031,19 manat pul, ödənilmiş dövlət rüsumuna və bank xidmət haqqına görə 133.3 manat pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №e-2(073)-2495/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2495/2025
09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver