Məhkəmə qərarları › İş №e-2(073)-2498/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2498/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2498/2023 30.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında 30 oktyabr 2023-cü il tarixdə Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia qaldıraraq Cavabdeh 86.95 (səksən altı manat doxsan beş qəpik) manat əsas, 22.26 (iyirmi iki manat iyirmi altı qəpik) manat faiz, 2.59 (iki manat əlli doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 111.80 (bir yüz on bir manat səksən qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul vəsaitinin iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci məddəsinə müvafiq olaraq ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1297sXRDb/21 saylı Kredit Müqaviləsinin 1.1-bəndinə əsasən “Bank borcalan” SMS bildirişdə qeyd olunan müddətdə, illik faiz dərəcəsində 10.000 (on min) manatadək kredit limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir.Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Banka” qaytarmağı öhdəsinə götürür. Kredit xəttindən istifadəyə görə minimum 1 % (min 1 Azn) maksimum 6 % (min 1 Azn) komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı “Borcalan” tərəfindən əlavə olaraq ödənilir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin Banka xx.xx.2023-cü il tarixinə 86.95 manat əsas, 22.26 manat faiz, 2.59 manat cərimə, cəmi 111.80 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iddia ərizəsinin və işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1297sXRDb/21 saylı Kredit Müqaviləsindən görünür ki, "xxxx" KB ASC Cavabdeh SMS bildirişdə qeyd olunan müddətdə, illik faiz dərəcəsində 10000 (on min) manatadək kredit limiti ayırmış, ona bank hesabı açmış və ödəniş kartı təqdim etmişdir. İş materiallarında olan "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 29 sentyabr 2023-cü il tarixə "xxxx" KB Açıq Səhmdar Cəmiyyətə 86.95 (səksən altı manat doxsan beş qəpik) manat əsas, 22.26 (iyirmi iki manat iyirmi altı qəpik) manat faiz, 2.59 (iki manat əlli doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 111.80 (bir yüz on bir manat səksən qəpik) manat borcu vardır. Mülki işin materiallarına əlavə edilmiş mədaxil qəbzindən göürünür ki, iddiaçı Unibank” KB Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu köçürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-i maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə iddiaçı tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı təşkilata olan borc cavabdehdən alınaraq iddiaçı bank olmayan kredit təşkilatına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim edtiyi sənədlər arasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 86.95 (səksən altı manat doxsan beş qəpik) manat əsas, 22.26 (iyirmi iki manat iyirmi altı qəpik) manat faiz, 2.59 (iki manat əlli doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 111.80 (bir yüz on bir manat səksən qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul vəsaiti iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellayasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədr: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar