Məhkəmə qərarları › İş №e-2(073)-2589/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2589/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2589/2023 19.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı Ləğv Prosesində olan QSC "xxxx" KB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Ləğv Prosesində olan QSC "xxxx" KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2015-ci il tarixli, 1xx/xx/122413/15 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 8392,07 manat əsas borcun, 2216,49 manat faiz borcun, 2267,78 manat cərimə borcunun, 2175,03 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan 5 faiz məbləği, cəmi 15051,37 manat borcun və 135,16 manat dövlət rüsumunun tutularaq Ləğv Prosesində olan QSC "xxxx" KB-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv Prosesində olan QSC "xxxx" KB-nin nümayəndəsi X3 iddianı əsaslandıraraq bildirdi ki, cavabdeh X2 ilə bağlanmış 12 avqust 2015-ci il tarixli, 1xx/xx/122413/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 10000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüş, lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun kredit müqaviləsi üzrə Ləğv prosesində olan QSC "xxxx" KB-yə 8392,07 manat əsas məbləğ üzrə borcu, 2216,49 manat faiz üzrə borcu, 2267,78 manat cərimə, 2175,03 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği borcu olmaqla, cəmi 15051,37 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmiş və iddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən Cavabdeh 8392,07 manat əsas məbləğ üzrə borcun, 2216,49 manat faiz üzrə, 2267,78 manat cərimənin, 2175,03 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, cəmi 15051,37 manat borcun və 135,16 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan QSC "xxxx" KB-yə ödənilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdehnın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2015-ci il tarixli, 1xx/xx/122413/15 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı Bank cavabdehə 36 ay müddətinə illik 26 faiz olmaqla 10000 manat kredit verilmişdir. İşdə olan iddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 12 avqust 2015-ci il tarixli, 1xx/xx/122413/15 nömrəli kredit kredit müqaviləsi üzrə iddiaçı Banka 8392,07 manat əsas məbləğ üzrə borcu, 2216,49 manat faiz üzrə borcu, 2267,78 manat cərimə, 2175,03 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği borcu olmaqla, cəmi 15051,37 manat borcu hesablanmışdır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bank hazırkı ərizənin verilməsi ilə əlaqədar 135,16 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə bağlanmış 12 avqust 2015-ci il tarixli, 1xx/xx/122413/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 5000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüş, lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun xx.xx.2020-ci ilə tarixə kredit müqaviləsi üzrə Ləğv prosesində olan QSC "xxxx" KB-yə 8392,07 manat əsas məbləğ üzrə borcu, 2216,49 manat faiz üzrə borcu, 2267,78 manat cərimə, 2175,03 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği borcu olmaqla, cəmi 15051,37 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmiş və iddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh ödənişləri kredit müqaviləsində nəzərdə tutulmuş qaydada yerinə yetirməli olduğu halda, öhdəliyini lazımınca icra etməmiş və nəticədə onun iddiaçı Banka borcu yaranmışdır. Buna görə də kredit müqaviləsi üzrə yaranmış əsas borc və faiz borcu cavabdehdən tutularaq iddiaçı Banka ödənilməlidir. Məhkəmə həmçinin iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. Odur ki, məhkəmə 2267,78 manat cərimənin azaldılaraq 500 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də borclunun mənafeyinə uyğun hesab edir. Məhkəmə eyni zamanda iddianın Cavabdeh tələb olunan 2175,03 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin tutulması hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Belə ki, iddiaçı 2175,03 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin kredit müqaviləsinin tələbləri əsasında yaranması ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı mülki iş materiallarında hər hansı bir sübut növü məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, Cavabdeh 8392,07 manat əsas borc, 2216,49 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 11108,56 manat borc alınıb iddiaçı Ləğv Prosesində olan QSC "xxxx" KB Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 135,16 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçı Banka verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8392,07 (səkkiz min üç yüz doxsan iki manat yeddi qəpik) manat əsas borc, 2216,49 (səkkiz min üç yüz doxsan iki manat yeddi qəpik) manat faiz borcu, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 11108,56 (on bir min bir yüz səkkiz manat əlli altı qəpik) manat borc və 135,16 (bir yüz otuz beş manat on altı qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı Ləğv Prosesində olan QSC "xxxx" KB Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar