Məhkəmə qərarları › İş №e-2(073)-2663/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2663/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2663/2023 20.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı BOKT "xxxx" QSC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1317.28 (bir min üç yüz on yeddi manat iyirmi səkkiz qəpik) manat əsas borcun, 30,10 (otuz manat on qəpik) manat cərimə borcu, həmçinin ərizəyə görə ödənilmiş 33.87 (otuz üç manat səksən yeddi qəpik) manat dövlət rüsumun əvəzi, ümumilikdə 1381.25 (bir min üç yüz səksən bir manat iyirmi beş qəpik) manat borc tutularaq iddiaçı BOKT "xxxx" QSC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, BOKT "xxxx" QSC Cavabdeh 24 ay müddətinə qaytarılmaq şərti ilə 2960.00 manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci şd efkşçdş, 563-EMB-0101-22 saylı kredit ğcyfmşdüsi ifxdftğgjvgk. Hal –hazırda kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdehnın Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nə xx.xx.2023-cü il tarixə əsas borcu 1317.28 (bir min üç yüz on yeddi manat iyirmi səkkiz qəpik) manat əsas borcun, 30,10 (otuz manat on qəpik) manat cərimə borcu, həmçinin ərizəyə görə ödənilmiş 33.87 (otuz üç manat səksən yeddi qəpik) manat dövlət rüsumun əvəzi, ümumilikdə 1381.25 (bir min üç yüz səksən bir manat iyirmi beş qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixli, 4995/22 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin iddiaçı təşkilata borcu yaranmışdır. Buna görə də iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, 563-EMB-0101-22 saylı kredit müqaviləsindən görünür ki, iddaçı təşkilat tərəfindən Cavabdeh 24 ay ğcvvüeştü 2960 ğftfe ğüidüxştvü lkuvşe mukşdğşjvşk. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci şd efkşçdş, 563-EMB-0101-22 saylı kredit ğcyfmşdüsi üzrə Cavabdeh iddiaçı təşkilata 1317.28 (bir min üç yüz on yeddi manat iyirmi səkkiz qəpik) manat əsas borcun, 30,10 (otuz manat on qəpik) manat cərimə borcu, cəmi 1381.25 (bir min üç yüz səksən bir manat iyirmi beş qəpik) manat borcu vardır. İşdə olan son xəbərdarlıqdan görünür ki, iddiaçı təşkilat tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 33 (otuz üç) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 33.87 (otuz üç manat səksən yeddi qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1317.28 (bir min üç yüz on yeddi manat iyirmi səkkiz qəpik) manat əsas borcu, 30,10 (otuz manat on qəpik) manat cərimə borcu, həmçinin ərizəyə görə ödənilmiş 33.87 (otuz üç manat səksən yeddi qəpik) manat dövlət rüsumun əvəzi, ümumilikdə 1381.25 (bir min üç yüz səksən bir manat iyirmi beş qəpik) manat borc iddiaçı BOKT "xxxx" QSC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədr: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar