Məhkəmə qərarları › İş №e-2(073)-269/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-269/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-269/2025 07.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı X1 Bank Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 Bank Kredit Təşkilatı Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1033 (bir min otuz üç) manat əsas borc, 223 (iki yüz iyirmi üç) manat faiz borcu, 104.70 (bir yüz dörd manat yetmiş qəpik) manat cərimə, cəmi 1360.70 (bir min üç yüz altmış manat yetmiş qəpik) manat borcun və 33.61 (otuz üç manat altmış bir qəpik) manat dövlət rüsumunun alınıb İddiaçı X1 Bank Kredit Təşkilatına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaya yazılı etirazını təqdim etmişdir, Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı X1 Bank Kredit Təşkilatının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, **********0312 saylı kredit müqaviləsi bağlanmış və cavabdehə 24 ay müddətinə illik 30 faiz olmaqla 1500 (bir min beş yüz) manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə cavabdehlə iddiaçı təşkilat arasında razılaşdırılmış ödəniş cədvəli tərtib olunmuş və cavabdeh xx.xx.2023-cü ildən xx.xx.2025ci ilə qədər hər ay 84 manat, sonuncu ay isə 80 manat ödəməklə aldığı krediti və ona hesablanmış faizləri iddiaçı təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçı təşkilata 1033 (bir min otuz üç) manat əsas borcu, 223 (iki yüz iyirmi üç) manat faiz borcu, 104.70 (bir yüz dörd manat yetmiş qəpik) manat cərimə, cəmi 1360.70 (bir min üç yüz altmış manat yetmiş qəpik) manat faiz borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh iddiaçı təşkilata olan borcunu ödəməkdən imtina etmişdir. İddiaçı təşkilat tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı etiraf edərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı X1 Bank Kredit Təşkilatı ilə onun arasında xx.xx.2023-cü il tarixli, **********0312 saylı kredit müqaviləsi bağlanmış və ona 24 ay müddətinə illik 30 faiz olmaqla 1500 (bir minbeş yüz) manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə onunla iddiaçı təşkilat arasında razılaşdırılmış ödəniş cədvəli tərtib olunmuş və o, xx.xx.2023-cü ildən xx.xx.2025-ci ilədək hər ay 84 manat, sonuncu ayda isə 80 manat ödəməklə aldığı krediti və ona hesablanmış faizləri iddiaçı təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. Maddi imkanı zəif olduğundan ödənişlərini vaxtı-vaxtında edə bilməmişdir. Belə ki, krediti götürərkən məqsədi çiyələk sahəsinin genişləndirilməsi, çiyələk əkilməsi olmuşdur, sonradan istəyi baş tutmadığından gəlir əldə etməmiş və ödəmə qabiliyyətini itirmişdir. Məhkəmə cavabdehin qeyd olunan izahatını dinləyib, onun təqdim etdiyi yazılı etirazı və iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0312 saylı kredit müqaviləsi, həmin gün tarixli “Kredit kartının mədaxil (qəbul) aktı” və ödəniş qəbzinin surətlərindən görünür ki, iddiaçı təşkilat tərəfindən Cavabdeh 24 ay müddətinə qaytarılmaq və illik 30 faiz dərəcəsi şərtləri ilə 1500 (bir min beş yüz) manat kredit verilmişdir. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabddeh xx.xx.2023-cü ildən xx.xx.2025-ci ilə qədər hər ay 84 manat, sonuncu ay isə 80 manat ödəməklə aldığı krediti və ona hesablanmış faizləri iddiaçı təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, **********0312 saylı kredit müqaviləsi üzrə iddiaçı təşkilata 1033 (bir min otuz üç) manat əsas borc, 223 (iki yüz iyirmi üç) manat faiz borcu, 104.70 (bir yüz dörd manat yetmiş qəpik) manat cərimə, cəmi 1360.70 (bir min üç yüz altmış manat yetmiş qəpik) manat borcu vardır. İşdə olan ödəniş qəbzindən görünür ki, hazırki iddianın verilməsi ilə əlaqədar iddiaçı təşkilat tərəfindən 33.61 (otuz üç manat altmış bir qəpik) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, **********0312 saylı kredit müqaviləsi bağlanmış və cavabdehə 24 ay müddətinə illik 30 faiz olmaqla 1500 (bir min beş yüz) manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə cavabdehlə iddiaçı təşkilat arasında razılaşdırılmış ödəniş cədvəli tərtib olunmuş və cavabdeh xx.xx.2023-cü ildən xx.xx.2025-ci ilə qədər hər ay 84 manat, sonuncu ay isə 80 manat ödəməklə aldığı krediti və ona hesablanmış faizləri iddiaçı təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçı təşkilata 1033 (bir min otuz üç) manat əsas borcu, 223 (iki yüz iyirmi üç) manat faiz borcu, 104.70 (bir yüz dörd manat yetmiş qəpik) manat cərimə, cəmi 1360.70 (bir min üç yüz altmış manat yetmiş qəpik) manat faiz borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh iddiaçı təşkilata olan borcunu ödəməkdən imtina etmişdir, buna səbəb cavabdehin maddi imkanının zəifləməsi olmuşdur. Buna görə də iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından tərəflər arasında müqavilədən irəli öhdəlik münasibətləri yaranmışdır, iddiaçı öhdəliyini icra edərək pul vəsaitinə mülkiyyət hüququnu cavabdehə ötürsə də cavabdeh həmin vəsaiti razılaşdırılmış şərtlərlə qaytarmaq öhdəliyini icra etməmişdir, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 33.61 (otuz üç manat altmış bir qəpik) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1033 (bir min otuz üç) manat əsas borc, 223 (iki yüz iyirmi üç) manat faiz borcu, 104.70 (bir yüz dörd manat yetmiş qəpik) manat cərimə, cəmi 1360.70 (bir min üç yüz altmış manat yetmiş qəpik) manat borc və 33.61 (otuz üç manat altmış bir qəpik) manat dövlət rüsumu alınıb İddiaçı X1 Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar