Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-277/2025 10.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə 5648.45 manat əsas borc, 653.21 manat faiz borcu, 163.68 manat cərimə, cəmi 6465.34 (altı min dörd yüz altmış beş manat otuz dörd qəpik) manat borcun və 84.70 (səksən dörd manat yetmiş qəpik) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxıb iddianın təmin edilməsinə dair qətnamə çıxarlmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onda əsaslandırılmışdır ki, iddiaçı Bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 020A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı QSC tərəfindən 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 8600 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə kredit müqaviləsi üzrə 5648.45 manat əsas borc, 653.21 manat faiz borcu, 163.68 manat cərimə, cəmi 6465.34 (altı min dörd yüz altmış beş manat otuz dörd qəpik) manat borcu yaranmışdır. Götürülmüş borcdan cavabdeh cəmi 2951.55 manat ödəniş etmişdir. İddiaçı Bank tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh yaranmış borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı Bank hazırkı idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 501-ci maddələrinə istinad edərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında iddianı etiraf etdiyini, əvvəllər daha yüksək əmək haqqı aldığını, sonradan əmək haqqısının azalmasına görə ödənişləri edə bilmədiyini bildirmişdir və məhkəmədən ona köməklik göstərilməsini, cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan kredit sifarişi ərizəsi, hesabdan çıxarış, xx.xx.2022-ci il tarixli, 020A********** saylı kredit müqaviləsi və həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlindən görünür ki, iddiaçı Bank tərəfindən Cavabdeh göstərilən tarixdə 36 ay müddətinə aylıq 1.6667 faiz dərəcəsi ilə 8600 manat kredit verilmişdir, cavabdeh göstərilən müddətdə hər ay 322 manat kredit ödənişi etməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə iddiaçıya 5648.45 manat əsas borc, 653.21 manat faiz borcu, 163.68 manat cərimə, cəmi 6465.34 manat borcu vardır. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, iddiaçı Bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, hazrkı iddianın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 84.70 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 020A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı QCS tərəfindən 36 ay müddətinə qaytarılmaq şərtilə 8600 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə 5648.45 manat əsas borc, 653.21 manat faiz borcu, 163.68 manat cərimə, cəmi 6465.34 (altı min dörd yüz altmış beş manat otuz dörd qəpik) manat borcu yaranmışdır. Cavabdeh bunu əmək haqqının azalması və ödəniş qabiliyyətinin zəifləməsi ilə əlaqələndirmişdir. Borcun məcburi qaydada tutulması üçün iddiaçı Bank hazırkı idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri kredit müqaviləsində irəli gələn öhdəliyinin lazımi qaydada icra edilməməsi və müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı Bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditor bankın də əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə işin hallarını da nəzərə alaraq hesab edir ki, cərimə məbləğinin 20 manat müəyyən edilməsi ədalətlidir və hər iki tərəfin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 83.21 manat hissəsi cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106, 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5648.45 manat əsas borc, 653.21 manat faiz borcu, 20 manat cərimə, cəmi 6321.66 (altı min üç yüz iyirmi bir manat 66 qəpik) manat borc və 83.21 (səksən üç manat 21 qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-277/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-277/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver