Məhkəmə qərarları › İş №e-2(073)-293/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-293/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-293/2024 16.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı «X3» ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Cəlilabad şəhərində 16 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «X3» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «X3» ASC-nin xeyrinə 4446,95 (dörd min dörd yüz qırx altı manat doxsan beş qəpik) manat əsas, 568,15 (beş yüz altmış səkkiz manat on beş qəpik) manat faiz, 26,46 (iyirmi altı manat qırx altı qəpik) manat cərimə olmaqla, cəmi 5041,56 (beş min qırx bir manat əlli altı qəpik) manat borcun, 0,40 (qırx qəpik) manat xidmət haqqının və 70,42 (yetmiş manat qırx iki qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X3» Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı «X3» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 987nklNSH/22 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə xx.xx.2027-ci il tarixədək illik 18 % ödəmək şərti ilə 4523 manat məbləğində kredit verilmiş, həmçinin ona bank hesabları açlmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə borcunu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam ödəməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə «X3»ASC-yə 4446,95 (dörd min dörd yüz qırx altı manat doxsan beş qəpik) manat əsas, 568,15 (beş yüz altmış səkkiz manat on beş qəpik) manat faiz, 26,46 (iyirmi altı manat qırx altı qəpik) manat cərimə olmaqla, cəmi 5041,56 (beş min qırx bir manat əlli altı qəpik) manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respulikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Cavabdeh məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan «X3» ASC ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2022-ci il tarixli, 987nklNSH/22 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2027-ci il tarixədək illik 18 % ödəmək şərti ilə 4523 (dörd min beş yüz iyirmi üç) manat məbləğində kredit verilmiş, cavabdeh isə həmin kredit xəttindən istifadə etməklə yaranmış borclarını geri qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 30 noyabr 2023-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, 987nklNSH/22 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 30 noyabr 2023-cü il tarixə «X3» ASC-yə 4446,95 (dörd min dörd yüz qırx altı manat doxsan beş qəpik) manat əsas, 568,15 (beş yüz altmış səkkiz manat on beş qəpik) manat faiz, 26,46 (iyirmi altı manat qırx altı qəpik) manat cərimə olmaqla, cəmi 5041,56 (beş min qırx bir manat əlli altı qəpik) manat borcu vardır. İşdə olan 30 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, «X3» ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 70,42 (yetmiş manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirilmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edilən hal üzrə dəyərləndirmə apararaq qeyd edir ki, cavabdeh tərəfindən iradə ifadəsi əsasında bağlanmış müqavilə üzrə bank qarşısında yaranmış öhdəliyi lazımınca icra etmədiyinə görə iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməsində haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 4446,95 (dörd min dörd yüz qırx altı manat doxsan beş qəpik) manat əsas, 568,15 (beş yüz altmış səkkiz manat on beş qəpik) manat faiz, 26,46 (iyirmi altı manat qırx altı qəpik) manat cərimə olmaqla, cəmi 5041,56 (beş min qırx bir manat əlli altı qəpik) manat borcun tutularaq iddiaçı «X3» ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 70,42 (yetmiş manat qırx iki qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4446,95 (dörd min dörd yüz qırx altı manat doxsan beş qəpik) manat əsas, 568,15 (beş yüz altmış səkkiz manat on beş qəpik) manat faiz, 26,46 (iyirmi altı manat qırx altı qəpik) manat cərimə olmaqla, cəmi 5041,56 (beş min qırx bir manat əlli altı qəpik) manat borc, 0,40 (qırx qəpik) manat xidmət haqqı və ödənilmiş 70,42 (yetmiş manat qırx iki qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı «X3» ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar