Məhkəmə qərarları › İş №e-2(073)-2969/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2969/2023

30.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2969/2023 30.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı əsas borcun və 47.02 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı 2570.30 manat əsas borcun, 91.90 manat faiz borcu olmaqla, cəmi 2662.20 manat borcun və 47.02 manat dövlət rüsumunun onun (iddiaçının) xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdehu arasında xx.xx.2019-cu il tarixdə, 225-CEM-0341-19 saylı, xx.xx.2019-cu il tarixdə, 161-EMB-0601-19 saylı və xx.xx.2020-ci il tarixdə, 182-EMB-0061-19 saylı müqavilələr imzalanmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə, 225-CEM-0341-19 saylı müqaviləyə uyğun olaraq cavabdehə 12 ay müddətinə ümumi qiyməti 975 manat dəyərində, xx.xx.2019-cu il tarixdə, 161-EMB- 0601-19 saylı müqaviləyə uyğun olaraq cavabdehə 24 ay müddətinə ümumi qiyməti 1472 manat dəyərində və xx.xx.2020-ci il tarixdə, 182-EMB-0061-19 saylı müqaviləyə uyğun olaraq cavabdehə 12 ay müddətinə ümumi qiyməti 1320 manat dəyərində olan məişət avadanlığı satmışdır. Lakin, cavabdehə müqavilə üzrə 2570.30 manat borcunu ödəməkdən yayınmışdır. Ona görə də cavabdehdən həmən məbləğin, habelə 47.02 manat ödənilmiş dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan BOKT "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə, 225- CEM-0341-19 saylı müqavilədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 12 ay müddətinə, qiyməti 975 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 81 manat ödəməklə, cəmi 975 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan BOKT "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə, 161- EMB-0601-19 saylı müqavilədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 24 ay müddətinə, qiyməti 1274 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 24 manat ödəməklə, cəmi 1472 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan BOKT "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə, 182-EMB- 0061-19 saylı müqavilədən görünür ki, iddiaçı həmin müqaviləyə uyğun olaraq 12 ay müddətinə, qiyməti 1320 manat dəyərində olan məişət avadanlığı cavabdehə satmışdır. Cavabdeh həmən müqaviləyə əsasən hər ay 110 manat ödəməklə, cəmi 1320 manat pulu iddiaçıya ödəmək üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan BOKT "xxxx" MMC tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdehu müqavilə üzrə ödəniş etməmiş, ümumilikdə 2570.30 manat borcu qalmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 47.02 manat dövlət rüsumu ödəmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 4506, 4505 və 4507 saylı xəbərdarlıqlardan görünür ki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 47.02 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 47.02 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2570.47.02 manat əsas borcun, 91.90 manat faiz borcun olmaqla, cəmi 2662.20 manat əsas borcun və 47.02 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq idddiaçı BOKT "xxxx" MMC–yə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar