Məhkəmə qərarları › İş №e-2(073)-3045/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3045/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3045/2025 28.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 150 manat əsas kredit borcu, Kredit müqaviləsinin 2.5 bəndinə əsasən 30 manat komissiya borcu, Kredit müqaviləsinin 2.1.5 bəndinə əsasən 13,05 manat faiz borcu, Kredit müqaviləsinin 7.1 bəndinə əsasən 6,30 manat penya (dəbbə) borcu, Kredit müqaviləsinin 7.2 bəndinə əsasən 60 manat cərimə borcu, cəmi 259,35 (iki yüz əlli doqquz manat otuz beş qəpik) manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı «ASEL KREDİT” BOKT MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə iddianın tələbinə dair əsaslandırılmış etirazının təqdim edilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəmə göndərməmişdir. İddia ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixli 1220/022025-223459 saylı Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 30 gün müddətinə illik 108% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 150 (bir yüz əlli) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2025-ci il tarixə olan hesablamalara görə iddiaçıya 150 (bir yüz əlli) manat əsas kredit borcu, Kredit müqaviləsinin 2.5 bəndinə əsasən 30 (otuz) manat komissiya borcu, Kredit müqaviləsinin 2.1.5 bəndinə əsasən 13,05 (on üç manat beş qəpik) manat faiz borcu, Kredit müqaviləsinin 7.1 bəndinə əsasən 6,30 (altı manat otuz qəpik) manat penya(dəbbə) borcu, Kredit müqaviləsinin 7.2 bəndinə əsasən 60 (altmış) manat cərimə borcu, cəmi 259,35 (ikiyüz əlli doqquz manat otuz beş qəpik) manat borcu təşkil edir. İddiaçı borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də iddiaçı Təşkilat məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli 1220/022025-223459 saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən Cavabdeh 30 gün müddətinə illik 108% faizlə 150 (bir yüz əlli) manat məbləğində kredit verilmişdir. İşdə olan bildirişdən görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan arayışdan görünür ki, Cavabdeh iddiaçı təşkilata 150 manat əsas kredit borcu, 30 manat komissiya borcu, 13.05 manat faiz borcu, 6,30 manat penya (dəbbə) borcu, 60 manat cərimə borcu, cəmi 259,35 (ikiyüz əlli doqquz manat otuz beş qəpik) manat borcu vardır. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı təşkilata hazırkı borc yaranmışdır. İddiaçının əsas borcdan savayı digər borclarla bağlı tələbi isə tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müvafiq bəndləri əsasında irəli sürülmüşdür. Məhkəmə iddianın 60 manat cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hesablanmış cərimə məbləğinin əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğunu, habelə iddiaçının da əmlak mənafeyini nəzərə alaraq məhkəmə həmin cərimə məbləğinin azaldılaraq 15 manat müəyyən edilməsini tərəflərin mənafeyini uyğun hesab edir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsin əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 150 manat əsas kredit borcu, 30 manat komissiya borcu, 13.05 manat faiz borcu, 6,30 manat penya (dəbbə), 15 manat cərimə, cəmi 214.35 (iki yüz on dörd manat otuz beş qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı BOKT MMC-nə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar