Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № e-2(073)-3069/2024 20.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Cavabdeh İddiaçı QSC-nin xeyrinə 10708.6 manat məbləğində kredit borcu, 1791.23 manat məbləğində faiz borcu və 448.91 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12948 (on iki min doqquz yüz qırx səkkiz) manat 74 (yetmiş dörd) qəpik məbləğində borcun və tərəfimizdən ödənilmiş 128.85 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair mülki işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 10708.6 manat məbləğində kredit borcu, 1791.23 manat məbləğində faiz borcu və 448.91 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12948 (on iki min doqquz yüz qırx səkkiz) manat 74 (yetmiş dörd) qəpik məbləğində borcun və tərəfimizdən ödənilmiş 128.85 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu geri qaytarılmadır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 128,85 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı QSC-yə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Cavabdeh İddiaçı QSC-nin xeyrinə 10708.6 manat məbləğində kredit borcu, 1791.23 manat məbləğində faiz borcu və 448.91 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12948 (on iki min doqquz yüz qırx səkkiz) manat 74 (yetmiş dörd) qəpik məbləğində borcun və tərəfimizdən ödənilmiş 128.85 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 128,85 (bir yüz iyirmi səkkiz manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı QSC-yə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-3069/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(073)-3069/2024
20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver