Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3079/2025 27.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 3355.28 manat məbləğində vurulmuş zərər və 53.55 manat dövlət rüsumunun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 3355.28 manat borcun və 53.55 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" ilə X2 arasında xx.xx.2024-cü il tarixli, MC********** nömrəli siğorta müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən ** YU *** dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” markalı avtonəqliyyat vasitəsi sığortalanmışdır. xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz E 270” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat ** YU *** dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” markalı avtonəqliyyat ilə manevr edərkən toqquşmuş və nəliyyat vasitəsinə zərər yetirmişdir. Sözügedan yol-naqliyyat hadisəsi nəticəsinda ** YU ***6 dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” markalı avtomobilə dəymiş zərərə göra Cəmiyyət tərəfindan 6023.20 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu rayon polis İdarəsinin DYPŞ-dən "xxxx" ASC-nin inzibati xəta haqqında qərar daxil olmuş, həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Bakı şəhəri Sabunçu RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyət yaranmışdır. Hadiə baş verdiyi zaman idarə olunan “Mercedes Benz E 270” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası” növü üzrə "xxxx" ASC ilə siğorta olmuşdur. “Mercedes Benz E 270” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Avtonəqliyyat vasitə sahiblərinin mülki məsuliyətinin icbari siğorta” növü üzrə siğortalanmış "xxxx" ASC tərəfindən 2667.92 manat məbləində pul vəsaiti Cəmiyyətin hesabına köçürülmüşdür. Sonda iddiaçı qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh 3355.28 manat məbləğində sığorta ödənişinin və 53.55 manat dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “İcbari siğortalar haqqında” AR qanunun 56-cı maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsliyyətinə icbari siğorta məbləği 5000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən siğorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermi siğortaçının istifadə etmək hüququ mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxs qarşı zərərin əvəzini ödəmək tələbi (iddia) ilə bağlı hüququ əmlak siğortası üzrə siğorta ödənişini vermiş siğortaçıya subroqasiya qaydasında onun verdiyi siğorta ödənişi məbləğində keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən siğortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (vəya) müvafiq siğorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini siğortalamış siğortaçıya həmiçinin dəyən zərərə görə siğortalıvə ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan Sabunçu rayon DYPŞ tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:35 radələrində Bakı şəhəri, Sabunçu qəsəbəsində yol nəqliyyat hadisəsi baş vermişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, İXP ******* saylı İnzibati Xəta haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan Debit haqqında bildirişdən ödəniş məlumatlarından görünür ki, X1 hesabına 6820 (altı min səkkiz yüz əlli yeddi) manat məbləğində pul köçürülmüşdür. İşdə olan Hesablama Aktından görünür ki, avtonəqliyyat hadisəni törədilməsi nəticəsində ** YU ***6 dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” markalı avtonəqliyyat vasitəsinə 6023.20 (altı min iyirmi üç manat iyirmi qəpik) manat məblğində qiymətlədirilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, AS-25/1557 saylı geriyə tələb subroqasiya məktubundan görünür ki, iddiaçı tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 53.55 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 53.55 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3355.28 (üç min üç yüz əlli beş manat iyirmi səkkiz qəpik) manat borcun və 53.55 (əlli üç manat əlli beş qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-3079/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3079/2025
27.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver