Məhkəmə qərarları › İş №e-2(073)-3193/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3193/2024

28.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3193/2024 28.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi barədə iddia verərək, Cavabdeh Cəmiyyətə vurulmuş maddi ziyana görə 1678.09 (bir min altı yüz yetmiş səkkiz manat doqquz qəpik) manat maddi ziyanın və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manatın tutularaq İddiaçı MMC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh ilə arasında bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə qəbul edilmişdir. Cavabdeh xx.xx.2022-ci ildə isə administrator vəzifəsinə keçirilmişdir. Cavabdeh “X1” haqqında müqavilə imzalamışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh 482 saylı əmrlə tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2018-ci il tarixində İddiaçı MMC-nin Oba Xətai 1 saylı mağazasında çalışdığı zaman xx.xx.2022-ci il tarixlində aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə 1678.09 manat zərər vurması müəyyən edilmişdir. Yaranmış borcun tələb edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınmışdır. İddiaçı Cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqavilədən görünür ki, Cavabdeh həmin Cəmiyyətin satıcı-kassir vəzifəsinə qəbul olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, 097 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC-nin Satış Departamentinin satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh İddiaçı MMC-də administrator vəzifəsinə keçirilmişdir. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli X1 haqqında müqavilədən görünür ki, Cavabdeh ona etibar olunan sərvətlərin qorunub saxlanması üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli 482 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Əmək Məcəlləsinin 68.2 “b” maddəsinə əsasən xitam verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli imtina aktından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə məsul olduğu İddiaçı MMC-nin Oba Xətai 1 saylı mağazasında aparılmış inventarizasiya nəticəsində 1678.09 manat çatışmazlığın olması barədə izahat verməkdən imtina etmişdir. İşdə olan arayışdan görünür ki, Cavabdeh iddiaçı Cəmiyyətə olan borcu 1678.09 (bir min altı yüz yetmiş səkkiz manat doqquz qəpik) manat təşkil edir. İşdə olan xəbərdarlıqdan görünür ki, iddiaçı Cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş mediasiya arayışından görünür ki, iddiaçı tərəfindən hazırkı mübahisə üzrə cəmi 60 (altmış) manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1678.09 (bir min altı yüz yetmiş səkkiz manat doqquz qəpik) manat maddi ziyan və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat tutularaq İddiaçı MMCnə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar