Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3238/2025 27.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızı, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 1.446,76 (bir min dörd yüz qırx altı manat, 76 qəpik) manatbundan 1.239,86 ( bir min iki yüz otuz doqquz manat, 86 qəpik) manat əsas, 28,14 (iyirmi səkkiz manat, 14 qəpik) manat faiz, 1.11 (bir manat, 11 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 177,65 (yüz yetmiş yeddi manat, 65 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 34,47 (otuz dörd manat, 47 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə, illik 32% dərəcəsi ilə 4.000 (dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə bank arasında ZM-400007040 nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, R-021 saylı Əlavə Sazişlərə əsasən borc alanın kreditor qarşısındakı borc öhdəliyi 4.000 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 34 ay uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişlərə əsasən borc alanın kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 4.176,13 (dörd min yüz yetmiş altı dollar, 13 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borc alan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 32% ödənilməli idi. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında LM101900447 nömrəli, xx.xx.2019-cu il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1.241,51 manat məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 24 ay müddətinə, aylıq 35.02 manat ödəmək şərtilə bağlanılmışdır. LM101900447 nömrəli, xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh3 və Cavabdeh2 ilə Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borc alanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 1.446,76 (bir min dörd yüz qırx altı manat, 76 qəpik) manat təşkil edir. Bundan 1.239,86 ( bir min iki yüz otuz doqquz manat, 86 qəpik) manat əsas, 28,14 (iyirmi səkkiz manat, 14 qəpik) manat faiz, 1.11 (bir manat, 11qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 177,65 (yüz yetmiş yeddi manat, 65 qəpik) manat faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: - LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 fevral 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə Şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə, illik 32% dərəcəsi ilə 4.000 (dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir; - 11 fevral 2015-ci il tarixli, 400007040/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür; - xx.xx.2015-ci il tarixli, R-021 saylı Əlavə Sazişlərə əsasən, Kredit və Zaminlik müqavilələri üzrə borcalanın Kreditor qarşısındakı borc öhdəliyi 4.000 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 34 ay uzadılmışdır; - xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişlərə əsasən Kredit və Zaminlik müqavilələri üzrə borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmiş, Restrukturizasiya edilmiş kreditin məbləği 4.176,13 (dörd min yüz yetmiş altı dollar, 13 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır; - LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101900447 nömrəli Restrukturizasiya müqaviləsindən görünür ki, müqavilə üzrə tərəflər arasında bağlanmış ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1.241,51 manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 24 ay müddətinə, aylıq 35.02 manat ödəmək şərtilə bağlanılmışdır. - Bank tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 12-5/2-B-23- 15387/2025 saylı məktubun – arayışın surətindən görünür ki, müqavilə üzrə əsas borc 1239,86 manat, müqavilənin müddəti 24 Oktyabr 2019-cu il - 24 Oktyabr 2022-ci il, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 28,14 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1,11 manat, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5% (beş faiz), həmin faizin hesablanması düsturu (əsas borc/100*5)/360, həmin düsturla hesablanan günlük faiz məbləği və gecikdirilmiş gün sayısı 0,17 manat, 1045 gün, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 177,65 manat, Müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 1446,76 manat təşkil edir; - LM101900447 nömrəli, xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh3 və Cavabdeh2 ilə Zaminlik bağlanmışdır; - LPO İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 (borcalan) və Cavabdeh3, Cavabdeh2 (zaminlər) göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərin LPO İddiaçı ASC-yə cəmi 1446,76 manat borcunun olması və həmin borcun 3 (üç) gün müddətində ödənilməsi barədə xəbərdar edilmişlər; - Mədaxil qəbzindən görünür ki, iddiaçı LPO İddiaçı ASC məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə 34,47 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, 11 fevral 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən iddiaçı LPO İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 32% dərəcəsi ilə 4.000 (dörd min) ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 həmin krediti vaxtlı-vaxtında banka qaytarmağı öhdəsinə götürmüş, eyni zamanda həmin kredit müqaviləsinin təminatı kimi iddiaçı LPO İddiaçı ASC ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında 11 fevral 2015-ci il tarixli, 400007040/ZM saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh2 borclunun kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsinə dair Bank qarşısında borcalan ilə eyni həcmdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. Daha sonra LPO İddiaçı ASC ilə Cavabdeh1 xx.xx.2019cu il tarixli, LM101900447 nömrəli Restrukturizasiya müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1.241,51 manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 24 ay müddətinə, aylıq 35.02 manat ödəmək şərtilə bağlanılmışdır. Həmin Restrukturizasiya müqaviləsinin təminatı kimi LPO İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh2 arasında LM101900447 nömrəli, xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilələr üzrə üzərlərinə düşən öhdəliklərini tam icra etməmiş və nəticədə onların iddiaçı LPO İddiaçı ASC-yə ödənilməmiş borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məkəmə hesab edir ki, yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından iddia Cavabdeh1 münasibətdə tam şəkildə əsaslıdır. Məhkəmə iddianın kredit müqaviləsi üzrə yaranmış borcun zaminlər Cavabdeh3 və Cavabdeh2 tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Zaminlər Cavabdeh3 və Cavabdeh2 öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, xx.xx.2019-cu il tarixli, LM101900447 saylı resturkturizasiya müqaviləsi üzrə əsas öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixdə çatmış, lakin kreditor olaraq iddiaçı xx.xx.2023-cü il tarixə qədər icra edilməmiş öhdəlik üzrə Cavabdeh3 və Cavabdeh2 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilməlidir. Belə ki, qeyd olunan normanın tələbinə görə zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Odur ki, MM-nin 477.0.4-cü maddəsinə görə məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi xitam olduğu üçün iddia xx.xx.2019-cu il tarixli resktrutrukturizasiya müqaviləsi üzrə ödənilməmiş borc məbləğinin zaminlərcavabdehlər Cavabdeh3 və Cavabdeh2 tutulması hissəsində əsassızdır və həmin hissədə iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, LM101900447 nömrəli restrukturizasiya müqaviləsinə əsasən 1.239,86 manat əsas, 28,14 manat faiz, 1.11 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 177,65 manat faiz borcu olmaqla, cəmi 1.446,76 (bir min dörd yüz qırx altı manat, 76 qəpik) manat məbləğində borc və ödənilmiş 34,47 (otuz dörd manat, 47 qəpik) manat məbləğində dövlət rüsumu alınaraq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2019-cu il tarixli, LM101900447 nömrəli restrukturizasiya müqaviləsi əsasən 1.239,86 manat əsas, 28,14 manat faiz, 1.11 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 177,65 manat faiz borcu olmaqla, cəmi 1.446,76 (bir min dörd yüz qırx altı manat, 76 qəpik) manat məbləğində borc və ödənilmiş 34,47 (otuz dörd manat, 47 qəpik) manat məbləğində dövlət rüsumu alınaraq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №e-2(073)-3238/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3238/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver