Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № e-2(073)-3303/2025 30.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Mehrəliyeva Ləman Həmzağa qızı, İddiaçı X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən iddia ərizəsi elektron qaydada tərtib edilərək “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə göndərilmişdir. Lakin iş elektron sistem vasitəsi ilə təhvil alındıqdan sonra məlum olmuşdur ki, iddiaçı təşkilatın cavabdehlərə qarşı borc tələbi barədə iddiası məhkəməyə iddia icraatı qaydasında verilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə göndərilərkən icraatın növü iddia icraatı qaydasında deyil, sadələşdirilmiş icraat qaydasında seçilmiş və elektron qaydada imzalanaraq məhkəməyə göndərilmişdir ki, bu da işin iddia icraatı qaydasında deyil, sadələşdirilmiş icraat qaydasında elektron qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə işə baxılması mümkün olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçı təşkilata geri qaytarılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150.0.1,152.2.4, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı MMC Təşkilatına izah edilsin ki, ərizənin qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Cəlilabad Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №e-2(073)-3303/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(073)-3303/2025
30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver