Məhkəmə qərarları › İş №e-2(073)-3340/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3340/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3340/2024 20.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh xx.xx.2022-ci il tarixli KM/801/5201408/060622 saylı kredit müqaviləsinə əsasən 904.97 manat əsas borc, 209.27 manat faiz borcu, 82.45 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli KM/801/5201408/160323 saylı kredit müqaviləsinə əsasən 252.06 manat əsas borc, 18.55 manat faiz borcu, 13.54 manat cərimə borcu, ümumilikdə hər iki müqavilə üzrə cəmi 1480.84 (bir min dörd yüz səksən manat səksən dörd qəpik) manat borcun və 34.81 (otuz dörd manat səksən bir qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Bank olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli KM/801/5201408/060622 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə 22 faiz dərəcəsi ilə 2000 (iki min) manat və xx.xx.2023-cü il tarixli KM/801/5201408/160323 saylı kredit müqaviləsinə əsasən isə 12 ay müddətinə 21 faiz dərəcəsi olmaqla 1000 (bir min) manat kredit verilmişdir. Cavabdeh iddiaçı Təşkilata olan borcunu vaxtında ödəmədiyindən onun iddiaçı təşkilata hazırkı borcu yaranmışdır. Yaranmış borcun tələb edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. İddiaçı təşkilat qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli KM/801/5201408/060622 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı Təşkilat tərəfindən Cavabdeh 24 ay müddətinə 22 faiz dərəcəsi ilə 2000 manat kredit verilmişdir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli KM/801/5201408/160323 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı Təşkilat tərəfindən Cavabdeh 12 ay müddətinə 21 faiz dərəcəsi olmaqla 1000 manat kredit verilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 34.81 (otuz dörd manat səksən bir qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli KM/801/5201408/060622 saylı kredit müqaviləsinə əsasən 904.97 manat əsas borc, 209.27 manat faiz borcu, 82.45 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli KM/801/5201408/160323 saylı kredit müqaviləsinə əsasən 252.06 manat əsas borc, 18.55 manat faiz borcu, 13.54 manat cərimə borcu, ümumilikdə hər iki müqavilə üzrə cəmi 1480.84 (bir min dörd yüz səksən manat səksən dörd qəpik) manat borcun və 34.81 (otuz dörd manat səksən bir qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar