Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3360/2024 27.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 4746 manat məbləğində vurulmuş zərər və 68 manat dövlət rüsumunun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 4746 manat borcun və 68 manat dövlət rüsumunun tutularaq iddiaçı «Xalq Sığorta” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" ilə X1 arasında xx.xx.2023-cü il tarixli CSH200502315 nömrəli siğorta müqaviləsi bağlanmışdır. «Xalq Sığorta” ASC tərəfindən ** PM *** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtonəqliyyat vasitəsi sığortalanmışdır. xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonu, Üçtəpə kənd ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “LADA VAZ 210630” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat ** PM *** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtonəqliyyat ilə toqquşmuş və nəticədə «Xalq Sığorta” ASC-də CSH200502315 nömrəli siğorta şəhadətnaməsi əsasında avtonəqliyyat vasitələrinin tam siğortası növü üzrə könüllü qaydada “avtokasko” risklərindən siğortlanmış ** PM *** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtonəqliyyata zərər vurulmasına səbəb olmuşdur. Hadisə zamanı “LADA VAZ 210630” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada siğortalandığından dəymiş zərərin 5000 (beş min) manat hisəsi qeyd edilən siğorta şirkəti tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 250 manat məbləğində azadolma çıxılmaqla 4746 manat məbləğində diğorta ödənişi həyata keçirilmişdir. İddiaçı «Xalq Sığorta” ASC avtonəqliyyat vasitələrinə dəymiş zərərə görə ödənilməli olan 4746 manat məbləğində pulun Cəmiyyətin hesabına ödanilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində Cəlilabad rayonu, Üçtəpə kənd ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı İnzibati Xətalarla bağlı Tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İşdə olan Siğorta Aktından görünür ki, avtonəqliyyat hadisəni törədilməsi nəticəsində ** PM *** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtonəqliyyat vasitəsinə 9746 (doqquz min yeddi yüz qırx altı) manat zərər dəymişdir. İşdə olan Siğorta Aktından görünür ki, avtonəqliyyat hadisəni törədilməsi nəticəsində ** PM *** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtonəqliyyat vasitəsinə ZBT 158879 saylı akt üzrə 5000 (beş min) manat ödəniş edilmişdir. İşdə olan Qiymətləndirmə Aktından görünür ki, avtonəqliyyat hadisəni törədilməsi nəticəsində ** PM *** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtonəqliyyat vasitəsinə 9746 (doqquz min yeddi yüz qırx altı) manat məblğində qiymətlədirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan **********75 nömrəli Hökümət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 68 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 68 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4746 (dörd min yeddi yüz qırx altı) manat borcun və 68 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-3360/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3360/2024
27.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver