Məhkəmə qərarları › İş №e-2(073)-3370/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3370/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3370/2025 01.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı MM QBKT-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MM QBKT Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh **********1971 saylı kredit müqaviləsi üzrə 617.42 manat əsas borc, 19.07 manat faiz borcu, cəmi 636.49 (altı yüz otuz altı manat qırx doqquz qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı «FİNCA Azeribaijan» MM QBKT-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MM QBKT tərəfindən Cavabdeh Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanının 6-cı maddəsinə uyğun olaraq xx.xx.2019-cu il tarixli **********1971 saylı Güzəştli kredit (restruktruzasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən Kredit Alanın vaxtı keçmiş əsas borcuna görə imzalanan kredit müqaviləsinə əsasən illik 1 % olmaqla 60 ay müddətinə 617.42 (altı yüz on yeddi manat qırx iki qəpik) manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçı cəmiyyətə hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh yaranmış borcu ödəməkdən yayınmışdır. İddiaçı təşkilat qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli **********1971 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı təşkilat tərəfindən 617.42 (altı yüz on yeddi manat qırx iki qəpik) manat məbləği illik 1 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli **********1971 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı təşkilata 617.42 (altı yüz on yeddi manat qırx iki qəpik) manat əsas borc, 19.07 (on manat əlli altı qəpik) manat faiz borcu, cəmi 636.49 (altı yüz otuz altı manat qırx doqquz qəpik) manat borcu vardır. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı təşkilata olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı təşkilata hazırkı borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 617.42 manat əsas borc, 19.07 manat faiz borcu, cəmi 636.49 (altı yüz otuz altı manat qırx doqquz qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MM QBKT-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar