Məhkəmə qərarları › İş №e-2(073)-3524/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3524/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3524/2025 26.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı “Aqrarkredit» BOKT QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada 665.29 manat əsas borcu, 511.17 manat faiz borcu olmaqla, cəmi 1176.46 manat borcun və 31.76 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Aqrarkredit» BOKT QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada 665.29 manat əsas borcu, 511.17 manat faiz borcu olmaqla, cəmi 1176.46 manat borcun və 31.76 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə iddianın tələbinə dair əsaslandırılmış etirazının təqdim edilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəmə göndərməmişdir. İddia ərizəsindən görünür ki, “Aqrarkredit» BOKT QSC-nin Cavabdeh1 arasında 23 sentyabr 2015-ci il tarixli, 16/15-LF saylı kredit müqaviləsi imzalanmışdır. Həmin sazişə uyğun olaraq tərəflər arasında razılaşma imzalanmış və cavabdehə illik 27 faiz olmaqla, 24 ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh kassadan məxaric etdiyi məbləği və məbləğin çıxarılmasına görə nəzərdə tutulmuş komisyon haqlarını banka ödəməkdən yayınmış, beləliklə də 665.29 manat əsas borcu, 511.17 manat faiz borcu olmaqla, cəmi 1176.46 manat borcun və 31.76 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2015-ci il tarixli, 16/15-LF saylı kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilat tərəfindən Cavabdeh1 illik 27 faiz olmaqla 24 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı təşkilatla Cavabdeh2 arasında bağlanmış 23 sentyabr 2015-ci il tarixli, 16/15-LF/43948 saylı zaminlik müqaviləsindən görünür ki, zamin 23 sentyabr 2015-ci il tarixli, 16/15-LF saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı təşkilat hazırkı iddianın verilməsi ilə əlaqədar 31.76 manat dövlət rüsumu ödəmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, maliyyə arayışından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının iddiaçı təşkilata 665.29 manat əsas borcu, 511.17 manat faiz borcu olmaqla, cəmi 1176.46 manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31.76 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 665.29 manat əsas borcu, 511.17 manat faiz borcu olmaqla, cəmi 1176.46 manat borcun və 31.76 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “Aqrarkredit» BOKT QSC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar