Məhkəmə qərarları › İş №e-2(073)-363/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-363/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-363/2025 11.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cavabdeh2 Mənmmədli oğlunun iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Məmmədli oğluna, Cavabdeh3 və Cavabdeh1 qarşı İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Xaçmaz filialı ilə Cavabdeh2 arasında bağlanmış 27 fevral 2023-cü il tarixli, 2023/00134-01EX saylı istehlak kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 4120,13 manat əsas borcu, 473,40 manat faiz borcu, 666 manat dəbbə pulu olmaqla, cəmi 5259,53 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 73 manat cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti cavabdehlər Cavabdeh2 Məmmədli oğluna, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə 4120,13 manat məbləğində qalıq, 473,40 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 666 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 5259,53 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 73 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia tələbini əsaslandıraraq ərizəsində göstərmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 fevral 2023-cü il tarixli, 2023/00134-01EX saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişi Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı bankla digər cavabdehlər Cavabdeh3 ilə 27 fevral 2023-cü il tarixli, 2023/00134-01EXZ-01 saylı və Cavabdeh1 ilə 27 fevral 2023-cü il tarixli, 2023/00134-01EXZ-02 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlə razılaşdırılmış ödəniş cədvəli tərtib edilmiş və cavabdeh tanış olduqdan sonra həmin cədvəli imzalamışdır. Ödəniş cədvəlinə əsasən Cavabdeh2 27 mart 2023-cü il tarixdən 27 fevral 2026-cı il tarixə qədər hər ay ödənişləri ödəniş qrafikində nəzərdə tutulmuş qaydada ödəməklə, cəmi 9170 vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin əməl etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Nəticədə Cavabdeh2 07 mart 2023-cü il tarixə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə 4120,13 manat əsas borcu, 473,40 manat faiz borcu, 666 manat dəbbə pulu olmaqla, cəmi 5259,53 manat borcu təşkil edir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdehlərdən müştərək qaydada İddiaçı BOKT ASCnin xeyrinə 4120,13 manat məbləğində qalıq, 473,40 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 666 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 5259,53 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 73 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Məmmədli oğlu iddianı etiraf edərək verdiyi izahatında bildirdi ki, o, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-dən 36 ay müddətinə, illik 30% ödəmək şərti ilə 6000 manat məbləğində kredit götürmüşdür. Sonradan maddi imkanı olmadına görə kredit borcunu ödəyə bilməmiş və nəticədə iddiaçı təşkilata ümumilikdə 5259,53 manat borcu yaranmışdır. Gələcəkdə borcunu hissə-hissə ödəyəcəkdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edərək, iddianın təmin edilməsinə etiraz etmədi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq mülki iş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Cavabdeh2 Məmmədli oğlunun izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 27 fevral 2023-cü il tarixli, 2023/00134-01EX saylı istehlak kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilatın Xaçmaz filialı tərəfindən Cavabdeh2 illik 30 faiz dərəcəsi ilə, 36 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 25 oktyabr 2021-ci il tarixli, İK-3096/21 saylı istehlak kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 27 mart 2023-cü il tarixdən 27 fevral 2026-cı il tarixə qədər hər ay ödənişləri ödəniş qrafikində nəzərdə tutulmuş qaydada faizləri ilə birlikdə ödəməklə, cəmi 9170 manat vəsaiti iddiaçı təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında bağlanmış 27 fevral 2023-cü il tarixli, 2023/00134-01EXZ-01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 27 fevral 2023-cü il tarixli, 2023/00134-01EX saylı istehlak kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2023-cü il tarixli, 2023/00134-01EXZ-02 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 27 fevral 2023-cü il tarixli, 2023/00134-01EX saylı istehlak kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan 28 fevral 2023-cü il tarixli 267İNTL230590507 saylı ödəniş tapşırığından görünür ki, 27 fevral 2023-cü il tarixli, 2023/00134-01EX saylı istehlak kredit müqaviləsində verilməsi nəzərdə tutulmuş 6000 manat məbləğində kredit İddiaçı BOKT ASC tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC vasitəsi ilə 28 fevral 2023-cü il tarixdə Cavabdeh2 Azərbaycan Beynəlxalq Bankı ASC-nin Xaçmaz şəhər filialındakı hesabına köçürülmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli borc haqqında arayışdan görünür ki, Cavabdeh2 27 fevral 2023-cü il tarixli, 2023/00134-01EX saylı istehlak kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixə iddiaçı təşkilata 4120,13 manat əsas, 473,40 manat faiz, 666 manat dəbbə pulu olmaqla, cəmi 5259,53 manat məbləğində borcu vardır. İşdə olan iddiaçı təşkilat tərəfindən cavabdehlərə göndərilmiş bildirşdən görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdehlər heç bir ödəniş etməmişlər. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 27 fevral 2023-cü il tarixli, 2023/00134- 01EX saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 36 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı bankla cavabdehlər Cavabdeh3 arasında bağlanmış 27 fevral 2023-cü il tarixli, 2023/00134-01EXZ-01 saylı və Cavabdeh1 arasında bağlanmış 27 fevral 2023-cü il tarixli, 2023/00134-01EXZ-02 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlə razılaşdırılmış ödəniş cədvəli tərtib edilmiş və cavabdeh tanış olduqdan sonra həmin cədvəli imzalamışdır. Ödəniş cədvəlinə əsasən Cavabdeh2 27 mart 2023-cü il tarixdən 27 fevral 2026-cı il tarixə qədər hər ay ödənişləri ödəniş qrafikində nəzərdə tutulmuş qaydada ödəməklə, cəmi 9170 manat vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin əməl etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Nəticədə Cavabdeh2 07 mart 2023-cü il tarixə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASCyə 4120,13 manat əsas borcu, 473,40 manat faiz borcu, 666 manat dəbbə pulu olmaqla, cəmi 5259,53 manat borcu təşkil edir. Dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsindən imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış kredit müqaviləsi ləğv edilməli, yaranmış əsas kredit borcu və ona hesablanmış faiz cavabdehlərdən tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiacının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı banka hazırkı borc yaranmışdır. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı Bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankın də əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə cavabdehlərdən tələb olunan 666 manat dəbbə pulunun azaldılaraq 60 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də borclunun mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istintad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materillarına əlavə edilmiş Cavabdeh2 ərizəsindən görünür ki, o, iddiaçı təşkilatın ona qarşı iddiasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 27 fevral 2023-cü il tarixli, 2023/00134-01EX saylı istehlak kredit müqaviləsi üzrə 4120,13 manat əsas borc, 473,40 manat faiz borcu, 60 manat dəbbə pulu olmaqla, cəmi 4653,53 manat alınaraq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı bank hazırkı ərizənin verilməsi ilə əlaqədar 73 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 73 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 4120,13 (dörd min bir yüz iyirmi manaton üç qəpik) manat əsas borc, 473,40 (dörd yüz yetmiş üç manat qırx qəpik) faiz borcu, 60 (altmış) manat dəbbə pulu olmaqla, cəmi 4653,53 (dörd min altı yüz əlli üç manat əlli üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 73 (yetmiş üç) manat alınaraq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar