Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-454/2025 18.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyana görə pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCyə vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 14000 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat, ödənilmiş dövlət rüsumun əvəzi olaraq 75 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli dəyişikliklə şəxsin vəzifəsi dəyişdirilərək mal qəbul edən vəzifəsinə keçirilmiş və onunla eyni tarixli “X1” haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli, 196-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh işlədiyi İddiaçı MMC-nin Şərifzadə 1 filialında mal qəbul etmə vəzifəsini həyata keçirərkən 15000 manat məbləğində şirkətə ziyan vurmuşdur. Cavabdeh tərəfindən şirkətə ziyan vurulması ilə bağlı Yasamal Rayon Prokurorluğuna müraciət olunmuş və cavabdeh tərəfindən borc etiraf edilmişdir. Cavabdeh tərəfindən şirkətə vurulmuş ziyana görə yaranmış 15000 manat məbləğində borcun 1000 manat hissəsi ödənilmiş, qalan 14000 manat hissəsi isə hazıra qədər ödənilməmişdir. Həmçinin cavabdehə xx.xx.2024-cü il tarixdə mediasiya təklifi göndərilmişdir. Cavabdeh borcun ödənilməsi üçün dəfələrlə vaxt verilməsini istəmiş, borcun ödənilməsi barədə vədlər vermişdir. Lakin cavabdeh tərəfindən təklifə heç bir real münasibət bildirilmədiyi üçün 1 saylı Mediasiya Təşkilatına müraciət olunmuşdur. xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuşdur. Bununla da Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X1 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə 14000 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Buna görə də iddiaçı Cəmiyyət hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı MMC ilə Cavabdeh oglu arasında bağlanmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən İddiaçı MMC-nin Satış Departamentinin satış şöbəsinə fəhlə təyin edilmişdir. İşdə olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən İddiaçı MMC-nin Satış Departamentinə mal qəbul edici vəzifəsinə təyin edilmişdir. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli X1 haqqında müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC-nin Satış Departamentinin satış şöbəsində administrator vəzifəsinə təyin edildiyi gündən əmək münasibətləri prosesində “əmək müqaviləsi” üzrə öhdəlikləri yerinə yetirərkən ona etibar edilmiş maddi və mənəvi sərvətləri qoruyub saxlamağı öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı MMC-nin direktoru R.A.İbrahimovun və Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 074 saylı icazə ilə fəaliyyət göstərən, sərbəst auditor Ş.M.Bəşirovun iştirakları ilə tərtib edilmiş, Cavabdeh oglunun xx.xx.2023-cü il tarixdə öhdəsindəki mal qalığının auditinin aparılmasına dair 17 may 2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh oglunun müxtəlif tədarükçilərdən öhdəsinə qəbul etdiyi 15149,10 manat dəyərində malların çatışmamazlığı müəyyən edilmiş və həmin məbləğin 1000 manat hissəsi xx.xx.2023-cü il tarixli, ********** saylı kassa mədaxil orderi ilə cəmiyyətin kassasına ödənilmişdir. İşdə olan Cavabdeh oglunun Yasamal rayon Prokurorluğuna verdiyi izahatından görünür ki, Cavabdeh oglu İddiaçı MMC-yə 15000 manat borcu yarandığını etiraf etmişdir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh oglu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, xxxxxxx000102 saylı əmək müqaviləsinə 16 may 2024-cü il tarixli, 196-K saylı əmrlə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli dəyişikliklə şəxsin vəzifəsi dəyişdirilərək mal qəbul edən vəzifəsinə keçirilmiş və onunla eyni tarixli “X1” haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli, 196-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh işlədiyi İddiaçı MMC-nin Şərifzadə 1 filialında mal qəbul etmə vəzifəsini həyata keçirərkən 15000 manat məbləğində şirkətə ziyan vurmuşdur. Cavabdeh tərəfindən şirkətə ziyan vurulması ilə bağlı Yasamal Rayon Prokurorluğuna müraciət olunmuş və cavabdeh tərəfindən borc etiraf edilmişdir. Cavabdeh tərəfindən şirkətə vurulmuş ziyana görə yaranmış 15000 manat məbləğində borcun 1000 manat hissəsi ödənilmiş, qalan 14000 manat hissəsi isə hazıra qədər ödənilməmişdir. Həmçinin cavabdehə xx.xx.2024-cü il tarixdə mediasiya təklifi göndərilmişdir. Cavabdeh borcun ödənilməsi üçün dəfələrlə vaxt verilməsini istəmiş, borcun ödənilməsi barədə vədlər vermişdir. Lakin cavabdeh tərəfindən təklifə heç bir real münasibət bildirilmədiyi üçün 1 saylı Mediasiya Təşkilatına müraciət olunmuşdur. xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuşdur. Bununla da Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X1 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Beləliklə, Cavabdeh halhazırda İddiaçı MMC-yə 14000 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehlə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda X1 daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh zurulmuş ziyana görə 14000 manat alınıb İddiaçınə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 75 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 manat və dövlət rüsumunun əvəzi qismində 75 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh zurulmuş ziyana görə 14000 (on dörd min) manat və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 (altmış) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 75 (yetmiş beş) manat pul vəsaiti alınıb İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-454/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-454/2025
18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver