Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-513/2025 06.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cavabdeh X4 vərəsəsi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X4 vərəsəsi Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X4 vərəsəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd krediti üzrə 2999.22 manat əsas borc və 1.63 manat cərimə borcu olmaqla, cəmi 3000.85 manat borcun, kart limiti üzrə isə 499.89 manat əsas borc və 9.68 manat faiz borcu olmaqla, cəmi 509.57 manat borcun, ödənilmiş 55.11 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddianı əsaslandıraraq ərizəsində göstərmişdir ki, "xxxx" ASC-nin Əcəmi filialı ilə X6 arasında bağlanmış BPM**********21 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən X5 illik 24 faizlə 36 ay müddətinə 500 manat məbləğində kart krediti verilmişdir. Daha sonra "xxxx" ASC-nin Əcəmi filialı ilə X6 arasında bağlanmış BPM**********61 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X5 illik 20 faizlə 36 ay müddətinə 3200 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 332674 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 721 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X4 vərəsəsi kimi tanınmışdır və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Əcəmi filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X4 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd krediti üzrə 2999.22 manat əsas borc və 1.63 manat cərimə borcu olmaqla, cəmi 3000.85 manat borcu, kart limiti üzrə isə Əcəmi filialı tərəfindən təqdimedilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü ilədək 499.89 manat əsas borc və 9.68 manat faiz borcu olmaqla, cəmi 509.57 manat borcu qalmışdır. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 55.11 AZN dövlət rüsumu və 0.4 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2- 22/2-38894/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 vərəsəsi Cavabdeh iddianı etiraf edərək verdiyi izahatında bildirdi ki, həqiqətən də iddiaçı "xxxx" ASC ilə mərhum atası X6 arasında bağlanmış kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən mərhum atası Firudin Rzayevə kredit verilmişdir. X2 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Hazırda borcu ödəməyə imkanı yoxdur, lakin borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Bu səbəbdən də iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə, cavabdehin vərəsəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə X6 arasında bağlanmış 24 avqust 2020-ci il tarixli, BPM**********21 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Cəlilabad filialı tərəfindən cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə X6 arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli, BPM**********61 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Cəlilabad filialı tərəfindən cavabdehə 36 ay müddətinə illik 20 faiz olmaqla 3200 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə X6 arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli, BPM**********61 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, X6 10 dekabr 2022-ci il tarixdən 10 noyabr 2025-ci il tarixə qədər hər ay 118,93 sonuncu ayı isə 118,47 manat ödəməklə cəmi 4281,02 manat məbləğində vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 10 noyabr 2022-ci il tarixli məxaric orderindən görünür ki, X6 BPM**********61 saylı kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulan 2858,51 manat məbləğində vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətindən almışdır. İşdə olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh X4 vərəsəsi Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan 12 dekabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırkı iddianın verilməsi ilə əlaqədar 55.51 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. İşdə olan 19 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, X4 24 avqust 2020-ci il tarixli, BPM**********21 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 19 noyabr 2024-cü il tarixə 499.89 manat əsas, 9.68 manat faiz borcu yaranmışdır. İşdə olan 19 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, X4 10 noyabr 2022-ci il tarixli, BPM**********61 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 19 noyabr 2024-cü il tarixə 2999,22 manat əsas, 1.63 manat cərimə borcu yaranmışdır. İşdə olan AZ-İİ 332674 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 11 fevral 2023-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 fevral 2023-cü il tarixdə 139 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin “Elektron notariat” X1 çıxarışından görünür ki, mərhum X3 qalmış mirasa 14 mart 2023-cü il tarixdə, 2V-167 saylı reyestrlə Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" ASC-nin Əcəmi filialı ilə X6 arasında bağlanmış BPM**********21 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən X5 illik 24 faizlə 36 ay müddətinə 500 manat məbləğində kart krediti verilmişdir. Daha sonra "xxxx" ASC-nin Əcəmi filialı ilə X6 arasında bağlanmış BPM**********61 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X5 illik 20 faizlə 36 ay müddətinə 3200 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 332674 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 721 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X4 vərəsəsi kimi tanınmışdır və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Əcəmi filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X4 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd krediti üzrə 2999.22 manat əsas borc və 1.63 manat cərimə borcu olmaqla, cəmi 3000.85 manat borcu, kart limiti üzrə isə Əcəmi filialı tərəfindən təqdimedilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü ilədək 499.89 manat əsas borc və 9.68 manat faiz borcu olmaqla, cəmi 509.57 manat borcu qalmışdır. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 55.11 AZN dövlət rüsumu və 0.4 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2- 22/2-38894/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh X4 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçı Banka borcu yaranmışdır. Məhkəmə, həmçinin iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən cəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun odənilməsi tələbi uzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə hazırki iş üzrə iddiaçı bankın X4 vərəsəsi Cavabdeh qarşı tələbini haqlı sayır və hesab edir ki, Cavabdeh mərhum X4 vərəsəsi olduğundan borcu ondan tutularaq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1288-ci maddəsinə əsasən miras şəriklərinin razılaşması üzrə bütün borc tələblərinin tam ödənilməsinin vərəsələrdən birinin öhdəsinə qoyulmasına, bunun əvəzində ona mirasdan müvafiq surətdə artırılmış pay verilməsinə yol verilir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materillarına əlavə edilmiş cavabdeh X4 vərəsəsi Cavabdeh ərizəsindən görünür ki, o, iddiaçı Bankın ona qarşı iddiasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, cavabdeh X4 vərəsəsi Cavabdeh X4 vərəsəsi Cavabdeh nağd krediti üzrə 2999,22 manat əsas və 1,63 manat cərimə borcu olmaqla cəmi 3000,85 manat kredit borcu, kart limiti üzrə 499,89 manat əsas borc və 9,68 manat faiz borcu olmaqla cəmi 509,57 manat kredit borcu alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55.11 manat və ödənilmiş xidmət haqqının əvəzi qismində 0,40 manat cavabdehdən alınaraq iddiaçı banka verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh X4 vərəsəsi Cavabdeh nağd krediti üzrə 2999,22 (iki min doqquz yüz doxsan doqquz manat iyirmi iki qəpik) manat əsas və 1,63 (bir manat altmış üç qəpik) manat cərimə borcu olmaqla cəmi 3000,85 (üç min səksən beş qəpik) manat kredit borcu, kart limiti üzrə 499,89 (dörd yüz doxsan doqquz manat səksən doqquz qəpik) manat əsas borc və 9,68 (doqquz manat altmış səkkiz qəpik) manat faiz borcu olmaqla cəmi 509,57 (beş yüz doqquz manat əlli yeddi qəpik) manat kredit borcu, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55,11 (əlli beş manat on bir qəpik) manat və ödənilmiş xidmət haqqının əvəzi qismində 0,40 (qırx qəpik) manat alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-513/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-513/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver