Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-515/2024 18.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh X3 qızının vərəsəsi Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qızının vərəsəsi Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 qızının vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə 9025,61 manat əsas, 20,90 manat faiz borcu olmaqla cəmi 9046,51 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 110,47 manat və ödənilmiş xidmət haqqının əvəzi qismində 0,40 manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə X3 qızı arasında bağlanmış 22 avqust 2022-ci il tarixli, BPM**********00 saylı kredit müqaviləsinə əsasən X3 qızına 48 ay müddətinə illik 22 faiz olmaqla 10000 manat məbləğində kredit verilmiş və tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli tərtib olunmuşdur. X3 qızı 01 fevral 2023-cü il tarixdə vəfat etmiş və bundan sonra ödəniş qrafik üzrə aparılmamışdır. X2 İlqar qızınun vəfat etdiyi günədək iddiaçı Banka 9025,61 manat əsas, 20,90 manat faiz borcu olmaqla cəmi 9046,51 manat borcu yaranmışdır. Cəlilabad rayon 1 saylı Notariat Kontoru tərəfindən X3 qızından qalmış mirasa Cavabdeh 29 mart 2023-cü il tarixli, 2V-195 saylı Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Bununla əlaqədar cavabdehin mirasını qəbul etmiş vərəsəsi kimi Cavabdeh dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, onlara göndərilmiş pretenziya məktubları cavabsız qalmışdır. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X3 qızının vərəsəsi Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahatında bildirdi ki, həqiqətən də iddiaçı "xxxx" ASC-nin Cəlilabad filialı ilə mərhum qızı X3 qızı arasında bağlanmış 22 avqust 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsninə əsasən mərhum qızı Nazənin Ağayevaya 48 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Lakin mərhum qızı Nazənin Ağayeva 01 fevral 2023-cü il tarixdə vəfat etmiş və bundan sonra ödəniş aparılmamışdır. Hazırda mərhum qızı Nazənin Ağayevanın iddiaçı Banka cəmi 9046,51 manat borcu yaranmışdır. Cəlilabad rayon 1 saylı Notariat Kontoru tərəfindən mərhum qızı X3 qızından qalmış mirasa 29 mart 2023-cü il tarixli, 2V-195 saylı Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən o, sahib olmuşdur. Mərhum qızı Nazənin Ağayevadan ona 1374,62 manat pul vəsaiti miras qalmışdır. İddiaçı "xxxx" ASC mərhum qızı Nazənin Ağayeva ilə kredit müqaviləsi bağlayarkən, Nazənin Ağayevanı tibbi sığortalamamışlar, əgər sığortalasaydılar hazırki borc yaranmazdı və ya bu qədər borc olmazdı. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə X3 qızı arasında bağlanmış 22 avqust 2022-ci il tarixli, BPM**********00 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Cəlilabad filialı tərəfindən cavabdehə 48 ay müddətinə illik 22 faiz olmaqla 10000 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə X3 qızı arasında bağlanmış 22 avqust 2022-ci il tarixli, BPM**********00 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, X3 qızı 03 avqust 2019-cu ildən 03 yanvar 2024-cü ilə qədər hər ay 155,30 sonuncu ayı isə 151,98 manat ödəməklə cəmi 8382,88 manat məbləğində vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 23 avqust 2022-ci il tarixli məxaric orderindən görünür ki, X3 qızı kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulan 9057,44 manat məbləğində vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialından almışdır. İşdə olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh X3 qızının vərəsəsi Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırkı iddianın verilməsi ilə əlaqədar 110,47 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödəmişdir. İşdə olan 19 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 qızının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 19 yanvar 2023-cü il tarixə 9025,61 manat əsas, 20,90 manat faiz borcu yaranmışdır. İşdə olan AZ-İİ 332687 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 qızı 01 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Ölümünün səbəbinin ağciyər-ürək çatışmamazlığının digər formaları qeyd edilmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 690 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin “Elektron notariat” X1 çıxarışından görünür ki, mərhum X3 qızından qalmış mirasa 06 iyul 2021-ci il tarixdə, 2V- 195 saylı reyestrlə Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə X3 qızı arasında bağlanmış 22 avqust 2022-ci il tarixli, BPM**********00 saylı kredit müqaviləsinə əsasən X3 qızına 48 ay müddətinə illik 22 faiz olmaqla 10000 manat məbləğində kredit verilmiş və tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli tərtib olunmuşdur. X3 qızı 01 fevral 2023-cü il tarixdə vəfat etmiş və bundan sonra ödəniş qrafik üzrə aparılmamışdır. X2 İlqar qızınun vəfat etdiyi günədək iddiaçı Banka 9025,61 manat əsas, 20,90 manat faiz borcu olmaqla cəmi 9046,51 manat borcu yaranmışdır. Cəlilabad rayon 1 saylı Notariat Kontoru tərəfindən X3 qızından qalmış mirasa Cavabdeh 29 mart 2023-cü il tarixli, 2V-195 saylı Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Bununla əlaqədar cavabdehin mirasını qəbul etmiş vərəsəsi kimi Cavabdeh dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, ona göndərilmiş pretenziya məktubları cavabsız qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hazırki iş üzrə iddiaçı bankın X3 qızının vərəsəsi Cavabdeh qarşı tələbini haqlı sayır və hesab edir ki, Cavabdeh mərhum X3 qızının vərəsəsi olduğundan borcu ondan tutularaq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1288-ci maddəsinə əsasən miras şəriklərinin razılaşması üzrə bütün borc tələblərinin tam ödənilməsinin vərəsələrdən birinin öhdəsinə qoyulmasına, bunun əvəzində ona mirasdan müvafiq surətdə artırılmış pay verilməsinə yol verilir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-ci maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, cavabdeh X3 qızının vərəsəsi Cavabdeh 22 avqust 2022-ci il tarixli, BPM**********00 saylı kredit müqaviləsi üzrə 9025,61 manat əsas, 20,90 manat faiz borcu olmaqla cəmi 9046,51 manat kredit borcu alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 110,47 manat və ödənilmiş xidmət haqqının əvəzi qismində 0,40 manat cavabdehdən alınaraq iddiaçı banka verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 qızının vərəsəsi Cavabdeh 9025,61 (doqquz min iyirmi beş manat altmış bir qəpik) manat əsas, 20,90 (iyirmi manat doxsan qəpik) manat faiz borcu olmaqla cəmi 9046,51 (doqquz min qırx altı manat əlli bir qəpik) manat kredit borcu, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 110,47 (bir yüz on manat qırx yeddi qəpik) manat və ödənilmiş xidmət haqqının əvəzi qismində 0,40 (qırx qəpik) manat alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-515/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-515/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver