Məhkəmə qərarları › İş №e-2(073)-55/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-55/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-55/2024 09.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi X1 oğlunun iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış 12 avqust 2021-ci il tarixli, 765/8 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, əsas borc məbləği 14915,38 (on dörd min doqquz yüz on beş manat otuz səkkiz qəpik) manat, kredit üzrə hesablanmış faiz məbləği 218,76 (iki yüz on səkkiz manat yetmiş altı qəpik) manat, kredit üzrə gecikmiş borc məbləği 9081,11 (doqquz min səksən bir manat on bir qəpik) manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 4236,04 (dörd min iki yüz otuz altı manat dörd qəpik) manat olmaqla, cəmi 28451,29 (iyirmi səkkiz min dörd yüz əlli bir manat iyirmi doqquz qəpik) manat məbləğdə kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 176 (bir yüz yetmiş altı) manat məbləğdə dövlət rüsumunun Cavabdeh2 tutularaq birdəfəlik şəkildə iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin təminatı kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********16-10301, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, 1A, 3-cü döngə ünvanında yerləşən ümumi sahəsi 229.1 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.031 ha torpaq sahəsinə, həmçinin yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********49, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 Ceyhun oğluna məxsus olan Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, 2-ci döngə 5 ünvanında yerləşən 0.0586 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin daşınmaz əmlakların - Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, 1A, 3-cü döngə ünvanında yerləşən ümumi sahəsi 229.1 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.031 ha torpaq sahəsinin ilkin satış qiyməti 54000 (əlli dörd min) manat, Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, 2-ci döngə 5 ünvanında yerləşən 0.0586 ha torpaq sahəsinin isə ilkin satış qiyməti 10000 (on min) manat məbləğdə müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə yaranmış bütün borcun həmin satışlardan əldə edilən pul vəsaiti hesabına ödənilməsi tələbinə dair mülki işə Cəlilabad rayon məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış 12 avqust 2021-ci il tarixli, 765/8 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, əsas borc məbləği 14.915,38 (on dörd min doqquz yüz on beş manat otuz səkkiz qəpik) manat, kredit üzrə hesablanmış faiz məbləği 218,76 (iki yüz on səkkiz manat yetmiş altı qəpik) manat, kredit üzrə gecikmiş borc məbləği 9.081,11 (doqquz min səksən bir manat on bir qəpik) manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 4.236,04 (dörd min iki yüz otuz altı manat dörd qəpik) manat olmaqla, cəmi 28.451,29 (iyirmi səkkiz min dörd yüz əlli bir manat iyirmi doqquz qəpik) manat məbləğdə kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 176 (bir yüz yetmiş altı) manat məbləğdə dövlət rüsumunun Cavabdeh2 tutularaq birdəfəlik şəkildə iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin təminatı kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********16-10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, 1A, 3-cü döngə ünvanında yerləşən ümumi sahəsi 229.1 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.031 ha torpaq sahəsinə, həmçinin yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********49, qeydiyyat nömrəsi ********** ilə 17 08.2021-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 Ceyhun oğluna məxsus olan Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, 2-ci döngə 5 ünvanında yerləşən 0.0586 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin daşınmaz əmlakların - Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, 1A, 3-cü döngə ünvanında yerləşən ümumi sahəsi 229.1 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.031 ha torpaq sahəsinin ilkin satış qiyməti 54.000 (əlli dörd min) manat, Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, 2-ci döngə 5 ünvanında yerləşən 0.0586 ha torpaq sahəsinin isə ilkin satış qiyməti 10.000 (on min) manat məbləğdə müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə yaranmış bütün borcun həmin satışlardan əldə edilən pul vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh2 arasında 12 avqust 2021-ci il tarixli, 765/8 saylı kredit müqaviləsi bağlanmış və bağlanmış müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə, illik 24 % olmaqla, 28000 manat məbləğdə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində, iddiaçı “PSG Finans" BOKT MMC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında sonrakı ipoteka müqavilələri bağlanmışdır. Belə ki, iddiaçı “PSG Finans" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 12 avqust 2021-ci il tarixli, 765/8- 1 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, İA, 3-cü döngə ünvanında yerləşən ümumi sahəsi 229.1 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.031 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********16- 10301 reyestr nömrəli çıxarışla, xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır. Bundan başqa İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 12 avqust 2021-ci il tarixli, 765/8 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan Cəlilabad şəhəri, Cəlilabad- Uzuntəpə yolu, 2-ci döngə 5 ünvanında yerləşən 0.0586 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********49 reyestr nömrəli çıxarışla, xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 artıq 1 ildən çoxdur ki, kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmir, iddiaçı tərəfindən ona dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, o, hazıradək kredit ödənişini vaxtında həyata keçirməmişdir. İddiaçı "xxxx" BOKT MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 25 saylı maliyyə arayışına əsasən, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 765/8 saylı kredit müqaviləsi üzrə kredit borcu - əsas borc məbləği 14.915,38 manat, kredit üzrə gecikmiş borc məbləği 9.081,11 manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 4.236,04 manat, kredit üzrə hesablanmış faiz məbləği 218,76 manat olmaqla, cəmi 28.451,29 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə öhdəliyin icra edilməsinə dair bildiriş məktubları göndərilmiş, lakin buna baxmayaraq cavabdehlər hal-hazıradək üzərlərinə götürdükləri öhdəlikləri icra etməmişlər. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Buna görə də iddiaçı Təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkənədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 12 avqust 2021-ci il tarixli, 765/8 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 24 faiz ödənilmək şərti ilə 28000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçı Təşkilata xx.xx.2021-ci il tarixli, 765/8 saylı kredit müqaviləsi üzrə kredit borcu - əsas borc məbləği üzrə 14.915,38 manat, kredit üzrə gecikmiş borc məbləğ üzrə 9.081,11 manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği üzrə 4.236,04 manat, kredit üzrə hesablanmış faiz məbləği üzrə 218,76 manat olmaqla cəmi 28.451,29 manat borcu yaranmışdır. İşdə olan İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 12 avqust 2021-ci il tarixli, 765/8-1 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, müqavilənin 2.3-cü maddəsində, ipoteka predmeti olan Cavabdeh2 məxsus Cəlilabad şəhəri, Cəlilabad- Uzuntəpə yolu, İA, 3-cü döngə ünvanında yerləşən ümumi sahəsi 229.1 kv.m olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.031 ha torpaq sahəsinin dəyəri 54.000 (əlli dörd min) manat məbləğində qiymətləndirilmişdir. İşdə olan İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 12 avqust 2021-ci il tarixli, 765/8 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, müqavilənin 2.3-cü maddəsində, ipoteka predmeti olan Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Cəlilabad- Uzuntəpə yolu, 2-ci döngə 5 ünvanında yerləşən 0.0586 ha torpaq sahəsinin dəyəri 10000 (on min) manat məbləğində qiymətləndirilmişdir. İşdə olan “X5” MMC tərəfindən verilmiş 07 may 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, 3-cü döngə ünvanında 0.031 ha torpaq sahəsində yerləşən 1A saylı fərdi yaşayış evinin 07 may 2024-cü il tarixə olan bazar dəyəri 80000 manat, likvid dəyəri 68000 manat, Cavabdeh1 mülkiyyətində olan Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, 2-ci döngədə yerləşən 0.586 ha olan 5 saylı torpaq sahəsinin 07 may 2024-cü il tarixə olan bazar dəyəri 15000 manat, likvid dəyəri 12750 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan iddiaçı Təşkilat tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıqlardan görünür ki, iddiaçı cavabdehrdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzində görünür ki, iddiaçı bank hazırkı iddianın verilməsi ilə əlaqədar 176 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh2 arasında 12 avqust 2021-ci il tarixli, 765/8 saylı kredit müqaviləsi bağlanmış və bağlanmış müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə, illik 24 % olmaqla, 28000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində, iddiaçı “PSG Finans" BOKT MMC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında sonrakı ipoteka müqavilələri bağlanmışdır. Belə ki, iddiaçı “PSG Finans" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 12 avqust 2021-ci il tarixli, 765/8-1 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, İA, 3-cü döngə ünvanında yerləşən ümumi sahəsi 229.1 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.031 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********16-10301 reyestr nömrəli çıxarışla, xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır. Bundan başqa İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 12 avqust 2021-ci il tarixli, 765/8 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan Cəlilabad şəhəri, Cəlilabad- Uzuntəpə yolu, 2-ci döngə 5 ünvanında yerləşən 0.0586 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********49 reyestr nömrəli çıxarışla, xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 artıq 1 ildən çoxdur ki, kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmir, iddiaçı tərəfindən ona dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, o, hazıradək kredit ödənişini vaxtında həyata keçirməmişdir. İddiaçı "xxxx" BOKT MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 25 saylı maliyyə arayışına əsasən, cavabdeh - Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 765/8 saylı kredit müqaviləsi üzrə kredit borcu - əsas borc məbləği 14.915,38 manat, kredit üzrə gecikmiş borc məbləği 9.081,11 manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 4.236,04 manat, kredit üzrə hesablanmış faiz məbləği 218,76 manat olmaqla, cəmi 28.451,29 manat kredit borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh2 müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq iddiaçı təşkilata ödəməli olduğu ödənişləri etməmişdir. Buna görə də yaranmış kredit borcu ondan tutulmalıdır. İş materiallarından göründüyü kimi cavabdehlər kredit müqaviləsi üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı təşkilata hazırkı borc yaranmışdır. Məhkəmə, həmçinin iddianın kredit üzrə gecikmiş borc məbləği və kredit üzrə gecikdirilmiş faiz borc məbləği tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə, eyni zamanda iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi ica etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsaslardan biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Həmin Qanunun 9.3-cü maddəsinə əsasən sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 308.1-ci maddəsinə görə ümumi ipoteka elə bir ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmag hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Məhkəmə iclasında müəyyən edildyi kimi Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş və buna görə də ipoteka saxlayanın ipoteka predmetlərinə tutmanın yönəldilməsini və əşyanın satılmasını tələb etmək hüququ yaranmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan 12 avqust 2021-ci il tarixli, 765/8-1 nömrəli sonrakı ipoteka müqaviləsinin 2.3-cü maddəsində, ipoteka predmeti olan Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, İA, 3-cü döngə ünvanında yerləşən ümumi sahəsi 229.1 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.031 ha torpaq sahəsinin dəyəri 54.000 (əlli dörd min) manat məbləğində müəyyən edilmişdir. İşdə olan 12 avqust 2021-ci il tarixli, 765/8 nömrəli sonrakı ipoteka müqaviləsinin 2.3-cü maddəsində, ipoteka predmeti olan Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, 2-ci döngə 5 ünvanında yerləşən 0.0586 ha torpaq sahəsinin dəyəri 10000 (on min) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddianın ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 12 avqust 2021-ci il tarixli, 765/8 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh2 14915,38 manat əsas borc, 218,76 manat kredit üzrə hesablanmış faiz məbləği, 9081,11 manat kredit üzrə gecikmiş borc məbləği, 4236,04 manat kredit üzrə gecikdirilmiş faiz borc məbləği olmaqla, cəmi 28451,29 manat alınıb İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilməli, tələb ipoteka perdmeti olan Cavabdeh2 məxsus olan Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, 1A, 3-cü döngə ünvanında yerləşən ümumi sahəsi 229.1 kv.metr olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.031 ha torpaq sahəsinə və Cavabdeh1 Ceyhun oğluna məxsus olan Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, 2-ci döngə 5 ünvanında yerləşən 0.0586 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmaqla, ipoteka predmetlərinin satışından əldə olunan vəsait hesabına Cavabdeh2 İddiaçı BOKT MMC-nə olan borcu ödənilməli, ipoteka predmeti olan Cavabdeh2 məxsus Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, İA, 3-cü döngə ünvanında yerləşən ümumi sahəsi 229.1 kv.m olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.031 ha torpaq sahəsinin dəyəri 54.000 manat məbləğində, Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, 2-ci döngə 5 ünvanında yerləşən 0.0586 ha torpaq sahəsinin dəyəri isə 10000 manat məbləğində qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 176 manat dövlət rüsumu da Cavabdeh2 tutularaq iddiaçı Banka ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 12 avqust 2021-ci il tarixli, 765/8 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2 14915,38 (on dörd min doqquz yüz on beş manat otuz səkkiz qəpik) manat əsas borc, 218,76 (iki yüz on səkkiz manat yetmiş altı qəpik) manat kredit üzrə hesablanmış faiz məbləği, 9081,11 (doqquz min səksən bir manat on bir qəpik) manat kredit üzrə gecikmiş borc məbləği, 4236,04 (dörd min iki yüz otuz altı manat dörd qəpik) manat kredit üzrə gecikdirilmiş faiz borc məbləği olmaqla, cəmi 28451,29 (iyirmi səkkiz min dörd yüz əlli bir manat iyirmi doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 176 (bir yüz yetmiş altı) manat alınıb İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilsin. Tələb ipoteka perdmeti olan Cavabdeh2 məxsus olan Cəlilabad şəhəri, Cəlilabad- Uzuntəpə yolu, 1A, 3-cü döngə ünvanında yerləşən ümumi sahəsi 229.1 kv.metr olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.031 ha torpaq sahəsinə və Cavabdeh1 Ceyhun oğluna məxsus olan Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, 2-ci döngə 5 ünvanında yerləşən 0.0586 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın, ipoteka predmetlərinin satışından əldə olunan vəsait hesabına Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə olan borcu ödənilsin. İpoteka predmeti olan Cavabdeh2 məxsus Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, İA, 3-cü döngə ünvanında yerləşən ümumi sahəsi 229.1 kv.m olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.031 ha torpaq sahəsinin dəyəri 54.000 (əlli dörd min) manat məbləğində, Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, 2-ci döngə 5 ünvanında yerləşən 0.0586 ha torpaq sahəsinin dəyəri 10000 (on min) manat məbləğində qiymətləndirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar