Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-551/2024 22.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmıəə iclasının katibi X1, İddiaçı MMC-in nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-in Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 15896.34 manat, mediasıya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 88 manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-in nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, cavabdeh satıcıkassir vəzifəsinə işə qəbul olunmuşdur. Daha sonra xx.xx.2021-ci il tarixdə administrator vəzifəsinə keçmiş və «X2» haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 “b” maddəsinə əsasən Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, cavabdehin İddiaçı də çalışdığı xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixlərində aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə müvafiq olaraq 2490.68 manat və 14221.58 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Yoxlamadan keçən dövrdə olan ziyanın müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmiş və yekun ziyan məbləği 15896.34 manat təşkil etmişdir. Borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, indiyədək heç bir ödəniş həyata keçirilməmişdir. Buna görə də iddiaçı cəmiyyət hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnaə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı MMC ilə aralarında əmək müqaviləsi bağlanmış, satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, daha sonra isə administrator vəzifəsinə keçmiş və iddiaçı cəmiyyətlə aralarında «X2» haqqında müqavilə imzalanmışdır. 2023-cü ilin yanvar ayında damarlarında olan problemlərlə əlaqədar cərrahiyyə əməliyyatı olunacağı barədə müdriyyətə məlumat vermiş və təhvil-təhsil aparılmasını tələb etmişdir. Daha sonra o əməliyyat olunması ilə əlaqədar 31 yanvar 2023-cü il tarixdən iki ay müddətində işdə olmamış və o (cavabdeh) işdə olmadığı dövrdə mağazada yoxlama aparılmışdır. Halbuki, mağazada yoxlama aparılan zaman onun (cavabdehin) iştirakı təmin edilməli və onunla təhvil-təslim aparılmalı idi. Buna baxmayaraq, iddiaçı cəmiyyət onun iştirakını təmin etmədən mağazada yoxlama aparmış və əsassız olaraq onun hesabına ziyan hesablamışdır. xx.xx.2023-cü il tarixdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 “b” maddəsinə əsasən iddiaçı cəmiyyətlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə administrator vəzifəsinə təyin edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli X2 haqqında müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC-yə administrator vəzifəsinə keçmiş və onunla iddiaçı cəmiyyət arasında «X2» haqqında müqavilə imzalanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli inventarizasiya siyahısından görünür ki, Cavabdeh İddiaçı MMC-yə əksikgəlməyə görə 2490.68 manat borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli imtina aktından görünür ki, Cavabdeh İddiaçı MMCyə aid sənədləri imzalamaqdan və əskikgəlmənin (-2490.68 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli inventarizasiya siyahısından görünür ki, Cavabdeh İddiaçı MMC-yə əksikgəlməyə görə 14221.57 manat borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli imtina aktından görünür ki, Cavabdeh İddiaçı MMCyə aid sənədləri imzalamaqdan və əskikgəlmənin (-14221.57 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 “b” maddəsinə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan iddiaçı cəmiyyət tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı cəmiyyət tərəfindən Cavabdeh yaranmış 15896.34 manat borcun ödənilməsi tələb edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 15896.34 (on beş min səkkiz yüz doxsan altı manat otuz dörd qəpik) manat borcu vardır. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı cəmiyyət tərəfindən hazırkı iddianın verilməsi ilə əlaqədar 88 (səksən səkkiz) manat dövlət rüsumu ödənilmişdir. İşdə olan mediasiya təşkilatı tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı cəmiyyət tərəfindən 60 (altmış) manat mediasiya xərci ödənilmidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, daha sonra xx.xx.2021-ci il tarixdə administrator vəzifəsinə keçmiş və iddiaçı cəmiyyətlə aralarında «X2» haqqında müqavilə imzalanmışdır. Cavabdehin İddiaçı də çalışdığı xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixlərində aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə müvafiq olaraq 2490.68 manat və 14221.58 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Yoxlamadan keçən dövrdə olan ziyanın müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmiş və yekun ziyan məbləği 15896.34 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 “b” maddəsinə əsasən Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir. Tələb edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməmişdir. Buna görə də iddiaçı cəmiyyət hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 15896.34 (on beş min səkkiz yüz doxsan altı manat otuz dörd qəpik) manat borc, 60 (altmış) manat mediasiya xərci və 88 (səksən səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №e-2(073)-551/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-551/2024
22.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver