Məhkəmə qərarları › İş №e-2(073)-571/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-571/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-571/2025 02.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi Qasımov Elvin Yusif oğlunun katibliyi ilə İddiaçı «Accessbank QSC»-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı «Accessbank QSC» Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, əsas borca görə 6869 (altı min səkkiz yüz altmış doqquz) manat, faiz borcuna görə 682.02 (altı yüz səksən iki manat iki qəpik) manat, cəriməyə görə 141.49 (bir yüz qırx bir manat qırx doqquz qəpik) manat olmaqla, cəmi 7692.51 (yeddi min altı yüz doxsan iki manat əlli bir qəpik) manat borcun və dövlət rüsumuna görə 96.93 (doxsan altı manat doxsan üç qəpik) manatın «Accessbank QSC»-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir . İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddinın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırırlır ki, Cavabdeh «Accessbank QSC» ilə xx.xx.2023cü il tarixdə bağladığı 021A********** saylı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1,75% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamış, götürdüyü kredit bоrcundan 2131 manat ödəniş etmiş, оnun iddiaçıya 6869 manat kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci bəninə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 139 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 141.49 manat təşkil edir. Kredit müqaviləsinin 7.32ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Ona görə də Cavabdeh «Accessbank QSC»-nin xeyrinə əsas borca görə 6869 manat, faiz borcuna görə 682.02 manat, cəriməyə görə 141.49 manat olmaqla, cəmi 7692.51 manat dövlət rüsumuna görə 96.93 manatın tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respulikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Cavabdeh məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq, sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Belə ki, işdə olan borcverən «Accessbank QSC» ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh aylıq faiz dərəcəsi 1,75% оlmaqla, 48 ay müddətinə qaytarmaq şərti ilə 9000 manat məbləğində kredit götürmüşdür. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. İşdə olan «Accessbank QSC»-nin xx.xx.2024-cü il tarixli arayışından müəyyən olunur ki, borcalan Cavabdeh «Accessbank QSC»-yə xx.xx.2024-cü il tarixə əsas borca görə 6869 manat, faiz borcuna görə 682.02 manat, cəriməyə görə 141.49 manat olmaqla, cəmi 7692.51 manat borcu vardır. Cərimə üzrə hesablanmış gecikdirilən günlərin sayı 139 gün təşkil edir. İşdə olan «Accessbank QSC»-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı borc ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə cavabdehi xəbərdar etmişdir. İşdə olan ödəniş qəbzinin suətindən görünür ki, iddiaçı bank tərəfindən məhkəmədə iddia qaldırılması üçün 96.93 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı ilə bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya borcunun yaranması araşdırma zamanı öz təsdiqini tapdığından iddia ərizəsi təmin edilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, əsas borca görə 6869 (altı min səkkiz yüz altmış doqquz) manat, faiz borcuna görə 682.02 (altı yüz səksən iki manat iki qəpik) manat, cəriməyə görə 141.49 (bir yüz qırx bir manat qırx doqquz qəpik) manat olmaqla, cəmi 7692.51 (yeddi min altı yüz doxsan iki manat əlli bir qəpik) manat borc və dövlət rüsumuna görə 96.93 (doxsan altı manat doxsan üç qəpik) manat «Accessbank QSC»-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar