Məhkəmə qərarları › İş №e-2(073)-596/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-596/2025

24.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-596/2025 24.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş 8643 manat maddi ziyanın əvəzində qalıq 4769 manat pulun, hüquqi yardım üçün vəkilə ödənilən 500 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 73 manat, cəmi 5269 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, **-CK-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” minik markalı avtomobil iddiaçının mülkiyyətində olmaqla idarə edilməsi məqsədilə müvafiq etibarnamə əsasında X4 istifadəsinə verilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh idarə etdiyi **-KE- *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” minik avtomobilini Binəqədi-Novxanı yolunda (Duz gölünün kənarı) idarə edərkən yol hərəkət qaydalarını pozaraq İlkin Əhmədlinin idarə etdiyi **-CK-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” minik markalı avtomobilinə vuraraq ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Bu barədə müvafiq araşdırma aparılmışdır. Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus avtomobilə 8643 manat məbləğində maddi ziyan vurmuşdur. Dəymiş maddi ziyan ilə bağlı "xxxx" ASC tərəfindən iddiaçıya 3874 manat məbləğində pul ödənilsə də qalıq 4769 manat vəsait ödənilmədiyindən avtomobili tam təmir etdirə bilmir. Cavabdehdən dəfələrlə həmin pulu tələb etməsinə baxmayaraq dəymiş ziyanı ödəməkdən yayınır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2024cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-CK-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı minik avtomobili İddiaçı mülkiyyətindədir. İşdə olan Abşeron RPİ-nin xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Qərarından görünür ki, həmin qərarla xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər TTY xəstəxanasından Abşeron rayonu Binəqədi-Novxanı yolunda baş vermiş yol nəqliyyat hadisəsi zamanı xx.xx.1959-cu il təvəllüdlü X6 və X1 xəsarət almaları barədə məlumat əsasında araşdırma aparılaraq Cavabdeh əməlində Azərbaycan Respublikası CM- nin 263.1-ci maddəsində nəzərdə tutulun cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Abşeron RPİ-nin DYPŞ vasitəsi ilə Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü ildə saat 13:30 radələrində sürücü Cavabdeh etibarnamə əsasında idarə etdiyi "Chevrolet Cruise” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu Novxanı qəsəbəsi Novxanı-Binəqədi yolu ilə üzü Binəqədi istiqamətində hərəkətdə olan zaman düzgün ara məsafəsi seçmədiyinə görə qarşısında hərəkətdə olub qırıq xəttin üzərində sola dönməyə hazırlaşan sürücü X2 etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Kia Rio” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəyərək toqquşmuş, zərbənin təsirindən “Kia Rio” markalı avtomobil əks istiqamətli hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkətdə olan sürücü X6 idarə etdiyi “VAZ-2106” markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü X7 və onun idarə etdiyi avtomobilin sərnişini X3 yüngül bədənin xəsarətinin yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan zəncirvari yol nəqliyyat hadisəsi törətmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan görünür ki, iddiaçıya məxsus “Kia Rio” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilə 7820 manat maddi zərər vurulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli müstəqil sığorta eksperti X5 tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı mülkiyyətində olan “Kia Rio” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilə 8643 manat maddi zərər vurulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, sığortaçı tərəfindən İddiaçı 3874 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım üçün Vəkil hesabına 500 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh yol hərəkəti qaydalarını pozaraq istifadə etdiyi avtomobili ilə iddiaçıya məxsus avtomobillə toqquşma nəticəsində həmin avtomobilə maddi zərər vurmuşdur. Baş vermiş hadisədə cavabdehin təqsirli olması işin mübahisələndirilməyən halıdır. Zərərin bir hissəsi cavabdehin mülki hüquqi məsuliyyətinin sığortaçısı tərəfindən iddiaçıya ödənilsə də, iddia tələbində göstərilən məbləğ cavabdeh tərəfindən hələ də ödənilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən delikt törədilmiş, nəticədə iddiaçının əmlakına ziyan dəymişdir və cavabdeh deliktdən yaranmış öhdəlik olmaqla həmin ziyanı ödəmək öhdəliyi daşıyır. Dəymiş zərərin məbləği ilə bağlı isə məhkəmə hesab edir ki, sığortaçı təşkilatların daha az maddi zərər müəyyən edilməsində praktik olaraq maraqlı olmalarını və buna görə də bəzən qeyri-obyektiv qiymətləndirmə apardıqlarını nəzərə alaraq, iş materiallarında yer alan müstəqil sığorta ekspertinin rəyi daha ağlabatandır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4769 manat maddi ziyan, hüquqi yardım üçün vəkilə ödənilən 500 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 73 manat, cəmi 5269 (beş min iki yüz altmış doqquz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar