Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-733/2024 26.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6166.98 manat əsas borc, 4092.82 manat faiz borcu, 4471.58 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 909.02 manat faiz borcu, cəmi 15640.40 (on beş min altı yüz qırx manat qırx qəpik) manat borcun və 136.92 (bir yüz otuz altı manat doxsan iki qəpik) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 30 faiz olmaqla 7600 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış 121 saylı xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarsısındakı kredit öhdəliyinin qalığı 7112 85 ABŞ dolları müəyyən edilmiş və kreditin müddəti xx.xx.2019-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixil, 02 saylı Əlavə Sazişə əsasan borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 6726.07 ABŞ dolları konvertasiya edilməklə 7336.46 (yeddi min üç yüz otuz altı manat qırx altı qəpik) AZN təşkil etmiş və kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıolduğundan qismən təmin edilməməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə illik 30 faiz olmaqla 7600 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli, ********** saylı kredit müqaviləsinə 121 saylı xx.xx.2015-ci il tarixli Əlavə Sazişdən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, ********** saylı kredit müqaviləsi üzrə qalıq borcu olan 7112 85 (yeddi min bir yüz on iki dollar səksən beş sent) ABŞ dolları müəyyən edilmiiş və kreditin müddəti xx.xx.2019-ci il tarixinədək uzadılmışdır. İşdə olan xx.xx.2017-ci il tarixil, 02 saylı Əlavə Sazişdən görünür ki, Cavabdeh kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 6726.07 (altı min yeddi yüz iyirmi altı dollar yeddi sent) ABŞ dolları konvertasiya edilmiş və kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixinə olan borcu 6166.98 manat əsas borc, 4092.82 manat faiz borcu, 4471.58 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cu il tarixli Plenum qərarına əsasən hesablanmış 909.02 manat məbləğində hesablanmış faiz olmaqla, ümumilikdə 15640.40 (on beş min altı yüz qırx manat qırx qəpik) manat təşkil edir. İşdə olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı yaranmış borcun ödənilməsini cavabdehdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan problemli kreditlərin kompenasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışdan görünür ki, Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-yə borcu əsas borc qismində 6166.98 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq İddiaçı ASC-yə kredit borcunun yaranması, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə borcun azaldılmasına pul vəsaiti yönəldilməsi və nəticədə hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 6166.98 manat təşkil etməsi təsdiq olunur. Bundan başqa, cavabdeh kredit müqaviləsinin restruktruzasiyası istiqamətində müqavilə bağlanması üçün iddiaçıya təkliflər verməsini və təkliflərinin əsassız rəddinə dair sübutlarını, yeni müqavilə bağlanmasına dair onda iradəsinin formalaşmasını bildirən mülahizələrini, eləcə də, iddia tələbinə etirazlarını və həmçinin etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki işin qeyd olunan hallarını nəzərə alaraq, hesab edir ki, mülki işə iddia tələbi həcmində baxılmalı və qətnamə çıxarılmalıdır. Belə ki, MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, cavabdeh X1 xx.xx.2015-ci il tarixli 58-xx-xx-005331 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1867.81 manat məbləğində pul vəsaitini iddiaçı təşkilatın xeyrinə ödəməlidir. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6166.98 (altı min bir yüz altmış altı manat doxsan səkksz qəpik) manat əsas borc və 136.92 (bir yüz otuz altı manat doxsan iki qəpik) manat dövlət rüsumu alınıb iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə əsassız oldğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №e-2(073)-733/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-733/2024
26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver