Məhkəmə qərarları › İş №e-2(073)-802/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-802/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-802/2025 27.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə İddiaçı ‹‹X1›› Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ‹‹X1›› Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia qaldıraraq cavabdehdən 1275.14 (bir min iki yüz yetmiş beş manat on dörd qəpik) manat əsas, 261.08 (iki yüz altmış bir manat səkkiz qəpik) manat faiz, 125.05 (bir yüz iyirmi beş manat beş qəpik) manat cərimə olmaqla, cəmi 1661.72 (bir min altı yüz altmış bir manat yetmiş iki qəpik) manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 36.62 (otuz altı manat altmış iki) manat pulun və 0.40 (qırx qəpik) manat xidmət haqqının iddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə müvafiq olaraq ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı ‹‹X1›› ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 272Sxchz/18 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bank cavabdehə 60 ay müddətinə 10000 manatadək kredit limit ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onuz faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş kartında olan kredit xəttindən istifadəyə görə minimum 1 % maksimum 5% nağdsız əməliyyatlar üzrə 0 % komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əalvə olaraq ödənilir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit məqsədli təyinatı istehlaktır. Borclunun albalı plus kartına 60 aylıq, illik 30% olmaqla 1700 manatlıq kredit xəttinin açılması barədə göndərilmiş sms mətnindən çıxarış işə əlavə edilmişdir. Kredit müqaviləsinin 8.3 bəndinə əsasən ödəniş ödənilmədikdə faizlərin gecikdirildiyi hər gün üçün əsas borc məbləğinin qalığına illik 40% miqdarında cərimə tətbiq edilir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ‹‹X1›› ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 272Sxchz/18 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh 60 ay müddətinə 10000 manatadək kredit limiti ayrılmış, ona bank hesabı açılmış və ödəniş kartı təqdim edilmişdir. Bank tərəfindən borclunun albalı plus kartına 60 aylıq, illik 30% olmaqla 1700 manatlıq kredit xətti açılmışdır. Kredit müqaviləsinin 8.3 bəndinə əsasən ödəniş ödənilmədikdə faizlərin gecikdirildiyi hər gün üçün əsas borc məbləğinin qalığına illik 40% miqdarında cərimə tətbiq edilir. İş materiallarında olan "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətə 1275.14 (bir min iki yüz yetmiş beş manat on dörd qəpik) manat əsas, 261.08 (iki yüz altmış bir manat səkkiz qəpik) manat faiz, 125.05 (bir yüz iyirmi beş manat beş qəpik) manat cərimə olmaqla, cəmi 1661.72 (bir min altı yüz altmış bir manat yetmiş iki qəpik) manat borcu vardır. Mülki işin materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı Unibank” KB Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 36.62 (otuz altı manat altmış iki qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə iddiaçı tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı təşkilata olan borc cavabdehdən alınaraq iddiaçı bank olmayan kredit təşkilatına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 36.62 (otuz altı manat altmış iki qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1275.14 (bir min iki yüz yetmiş beş manat on dörd qəpik) manat əsas, 261.08 (iki yüz altmış bir manat səkkiz qəpik) manat faiz, 125.05 (bir yüz iyirmi beş manat beş qəpik) manat cərimə olmaqla, cəmi 1661.72 (bir min altı yüz altmış bir manat yetmiş iki qəpik) manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 36.62 (otuz altı manat altmış iki qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədr: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar