Məhkəmə qərarları › İş №e-2(073)-805/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-805/2024

17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-805/2024 17.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2505 (iki min beş yüz beş) manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın həcminin azaldılmasına dair ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1200 (bir min iki yüz) manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə oğlu X2 etibarnamə ilə ona məxsus «Kia Sorento» markalı, **- EH-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli və Təbriz küçələrinin kəsişməsində hərəkətdə olarkən, etibarnamə ilə «NAZ Lifan 320» markalı, 15-BO-l 78 nömrəli avtomobillə toqquşmuş və avtomobilinə maddi ziyan dəymişdir. «NAZ Lifan 320» markalı, 15-BO-l78 dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 tərəfindən etibarnamə ilə idarə edilmişdir. X5 tərəfindən yerində aparılmış araşdırmadan müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi «NAZ Lifan 320» markalı, 15-BO-l 78 nömrəli avtomobili idarə edən Cavabdeh1 yol hərəkəti haqqında qaydaları pozması nəticəsində baş vermişdir. Cavabdeh1 barəsində AR İXM-nin 327.1 və 469.3-cü maddələrinə əsasən xx.xx.2024-cü il tarixli, İXP6006761 saylı protokol tərtib edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, cavabdeh avtomobili sığorta olmadan idarə etmişdir. Cavabdehin qanunazidd hərəkəti nəticəsində ona (iddiaçıya) məxus avtomobilə ciddi ziyan dəymişdir. O istehlakçıların təcrübədə qiymətləndirmə zamanı problem yaşadığını öncədən nəzərə alaraq, cavabdehlə gələcəkdə zərərin həcminin müəyyənləşdirilməsi istiqamətində mübahisənin yarana bilmə ehtimalına görə öz vəsaiti hesabına nəqliyyat vasitəsini rəsmi texniki xidmət və təmir müəssisəsinə aparmış və mütəxəssislərin iştirakı ilə müayinə aparılaraq ehtiyyat hissələri və onların dəyəri müəyyən edilmişdir. Texniki xidmət və təmir müəssisələrinin mütəxəssislərinin iştirakı rəsmi servis tərəfindən xx.xx.2024-cüil tarixli qüsur aktları tərtib edilmişdir. Mütəxəssislər tərəfindən tərtib edilmiş qüsur aktları əsasında ilkin texniki baxış zamanı müəyyən edilmişdir ki, ona (iddiaçıya) məxsus avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 2505 manat pul vəsaiti tələb olunur. Dəymiş zərərin məbləği 2505 manat təşkil edir. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehlər ona olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdehlərin maddi vəziyyətini nəzərə alaraq və cavabdehlərlə razılığa gələrək, cavabdehlərdən 1200 (bir min iki yüz) manat tələb edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh2 iddianın etirafına dair ərizə verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdehlər tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan xx.xx.1998-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə cavabdehlərdən 32 (otuz iki) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1200 (bir min iki yüz) manat pul alınaraq İddiaçı və 32 (otuz iki) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar