Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-87/2024 01.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2, Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbinə dair ilk iddiası, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2748.64 manat əsas borc, 669.26 manat faiz borcu, cəmi 3417.90 (üç min dörd yüz on yeddi manat doxsan qəpik) manat borcun və 54.17 (əlli dörd manat on yeddi qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbi barədə qarşılıqlı iddia verərək, İddiaçı QSC-nin ona qarşı 3417.00 manat kredit borcunun tutulması barədə iddia tələbinin rədd edilməsinə və kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxlmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs «X6» MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X5 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 02 oktyabr 2017-ci il tarixli, S-FK-İB-İO saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 3417,90 manat (əsas borc 2748,64 manat; faiz borcu 669,26 manat) məbləğində «Vakala» borcu olmuşdur. Təhvil verilən sənədlərdən müəyyən edilir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 201/14 saylı «Vakala» borc müqaviləsinə əsasən Cavabdeh «Kirby» firmasının istehsalı olan «Sentria» modelli **********3 seriya nömrəli avadanlığın (avtomatik yuyucunun) alınması üçün 24 ay müddətinə illik 20 faiz olmaqla 3065 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə ona qarşı "xxxx" ASC tərəfindən Cəlilabad Rayon Məhkəməsində iddia qaldırılmış və bu barədə Cəlilabad Rayon Məhkəməsi tərəfindən 31 mart 2016-cı il tarixli, 2(073)-4519/2016 saylı məhkəmə əmri çıxarılmışdır. Həmin məkhəkəmə əmrinə əsasən xx.xx.1968-ci ildə ünvan 1 ünvanında yaşayan Cavabdeh cəmi 3417.90 manat (əsas borc 2748.64 manat, faiz borcu 669.26 manat) məbləğin və ödənilmiş 20 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Cavabdeh tərəfindən məhkəmə qərarı icra olunmamışdır. İddiaçı təşkilata təhvil verilmiş sənədlərdə cavabdehin qeydiyyatda olduğu ünvan ünvan 2 Cavabdeh sonradan yaşayış ünvanını dəyişsə də, İddiaçı QSC-i bu barədə məlumatlandırmamışdır. Daha sonra İddiaçı QSC-yə məlum olmuşdur ki, Cavabdeh tərəfindən cavabdehlər İddiaçı QSCyə və «X6» MMC-yə qarşı «istehlakçının hüquqlarının müdafiəsi, kredit müqaviləsinin ləğv edilməsi» tələbi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsində iddia qaldırılmış və Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən həmin iddia ərizəsinin təmin edilməsinə dair xx.xx.2022-ci il tarixli 2(008)-4889/2022 saylı qiyabi qətnamə qəbul edilmişdir. İddiaçı QSC həmin qətnaməni aldıqdan sonra onun ləğv edilməsi və iddianın təmin edilməməsi barədə Sabunçu rayon Məhkəməsinə ərizə vermiş və həmin ərizə əsasında sözügedən qətnamə ləğv edilmişdir. Verilmiş iddia tələbi məhkəmə tərəfindən baxılmamış saxlanmışdır. Cavabdeh bundan sonra cavabdehlər İddiaçı QSC-yə və «X6» MMC-yə qarşı kredit borcunun silinməsi tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən Cavabdeh iddia ərizəsinə baxılaraq həmin iddianın rədd edilməsinə dair xx.xx.2022- ci il tarixli, 2(004)- 6092/2022 sayl qətnamə qəbul edilmişdir. Qeyd olunan qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Daha sonra Cavabdeh 2023-cü ildə Cəlilabad rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cəlilabad rayon Məhkəməsinin 31 mart 2016-cı il tarixli, 2(073)-1519/2016 saylı məhkəmə əmrinə etiraz vermiş və Cəlilabad rayon Məhkəməsinin sözügedən məhkəmə əmri ləğv edilmiş və məhkəmə iddia icraatına keçmişdir. İddia icraatına keçdikdən sonra tərəflərin məhkəməyə gəlməməsini əsas tutaraq həmin iş baxılmamış saxlanılmış və bu barədə qərardad qəbul edilmişdir. Borc ödənmədiyindən və cavabdehin borcu ödəmək niyyəti olmadığından İddiaçı QSC tərəfindən iddia ərizəsi ilə yenidən məhkəmyə müraciət edilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, «X6» MMC ilə aralarında bağlanmış 19 aprel 2014-cü il tarixli müqaviləyə əsasən “KİRBY” firmasının istehsalı olan «Sentria» modelli, ********** seriya nömrəli avtomatik yuyucu aparatı və ona əlavə olunan aksessuarları almışdır. Həmin əmlak ona 19 aprel 2014-cü il tarixli «Əmlakın təhvil-təslim aktı» ilə təhvil verilmişdir. Müqaviləyə əsasən əmlakın qiyməti 3900 manat, ilkin olaraq 156 manat, qalan 3744 manat məbləğin isə 24 ay müddətinə hər ay 156 manat olmaqla ödənilməsi müəyyən edilmiş və ödənişlərini "xxxx" ASC-yə etmişdir. Təxminən 1 ilə yaxın ödəniş etdikdən sonra yaranmış maddi problemlərlə əlaqədar ödənişlər edə bilməmişdir. Ona görə də «X6» MMC-dən aldığım «KİRBY» firmasının istehsalı olan «Sentria» modelli, ********** seriya nömrəli avtomatik yuyucu aparatı və ona əlavə olunan aksessuarları «X6» MMC-yə qaytarmışdır. Əmlakm qaytarılması ilə əlaqədar «X6» MMC ilə 25 mart 2015-ci il tarixdə «Əmakın təhvil-təslim aktı» və 25 mart 2015-ci il tarixil «Müqavilənin ləğv edilməsi haqqmda razılaşma» tərtib edilmişdir. Beləliklə, o ödəniş edə bilmədiyinə görə aldığı aparat razılıq əsasında satıcıya qaytarılmışdır. Lakin həmin aparata görə ödənilməli olan kredit onun adında qalmışdır. Halbuki, aldığı əmlak ondan götürülmüşdür. "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli 201/14 saylı «Vakala» borc müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş vəsait ona (cavabdehə) verilməmiş, birbaşa «X6» MMC-in hesabına ödənilmişdir. Həmin müqavilə üzrə yaranmış borc ondan deyil «X6» MMC-dən tələb edilməlidir. Qeyd edilənlərə görə hesab edir ki, «X6» MMC-dən aldığı avtomatik yuyucu aparatı və ona əlavə olunan aksessuarları rəsmi şəkildə həmin firmaya qaytardığına görə onun adına olan kredit müqaviləsi də ləğv olunmalıdır. O, ünvan 3 ünvanında qeydiyyatda olsa da ünvan 4nda yaşayır. Ona görə də məhkəmə bildirişini və iddiaçının iddia ərizəsini almamışdır. Məhkəmə barəsində təsadüfən öyrənmişdir. Bundan sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, hesab edir ki, iddiaçı təşkilat iddia müddətini ötürməklə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ilk iddanın əsassız olduğundan təmin edilməməsinə, qarşlıqlı iddianın isə təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan "xxxx" ASC İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 201/14 saylı «Vakala» borc müqaviləsindən görünür ki, Cavabdeh «Kirby» firmasının istehsalı olan «Sentria» modelli **********3 seriya nömrəli avadanlığın (avtomatik yuyucunun) alınması üçün 24 ay müddətinə illik 20 olmaqla 3065 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli, 201/14 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh xx.xx.2014-cü ildən xx.xx.2016-cı il tarixədək hər ay 156 manat ödəməklə, cəmi 3743.89 manat vəsaiti "xxxx" ASC İslam Bankçılığı Departamentinin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2014-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş vəsaiti "xxxx" ASC-nin Abşeron filialından almışdır. İşdə olan «X6» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin ləğv edilməsi haqqında razılaşmanın surətindən görünür ki, tərəflər xx.xx.2014-cü il tarixlli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə razılığa gəlmişlər. İşdə olan xx.xx.2015-ci il tarixli əmlakın təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh tərəfindən bir ədəd yuyucu taxma, bir ədəd Zippbraş taxması və bir ədəd turbo taxması «X6» MMC-yə təhvil verilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 31 mart 2016- cı il tarixli, 2(073)- 1519/2016 saylı əmrindən görünür ki, xx.xx.1968-ci ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh 2748.64 manat əsas borc, 669.26 manat faiz borcu, cəmi 3417.90 (üç min dörd yüz on yeddi manat doxsan qəpik) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-764/2023 saylı qərardadından görünür ki, ərizə təmin edilərək borclu Cavabdeh borcun alınmasına dair Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(073)-1519/2016 saylı məhkəmə əmrinin ləğv edilməsi və "xxxx" ASC-nin borclu Cavabdeh borcun tutulması tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-764/2023 saylı qərardadından görünür ki, İddiaçı QSC BOKT-ın cavbdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İşdə olan İddiaçı SKT cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görürünür ki, cavabdehdən yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 201/14 saylı «Vakala» borc müqaviləsinə əsasən Cavabdeh «Kirby» firmasının istehsalı olan «Sentria» modelli **********3 seriya nömrəli avadanlığın (avtomatik yuyucunun) alınması üçün 24 ay müddətinə illik 20 olmaqla 3065 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2014-cü ildən xx.xx.2016-cı il tarixədək hər ay 156 manat ödəməklə, cəmi 3743.89 manat vəsaiti "xxxx" ASC İslam Bankçılığı Departamentinin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş vəsaiti xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin Abşeron filialından almışdır. Bundan sonra Cavabdeh xx.xx.2014-cü il tarixli, 201/14 saylı «Vakala» müqavəlisinin şərtlərinə əməl edərək, «X6» MMC-dən «Kirby» firmasının istehsalı olan «Sentria» modelli **********3 seriya nömrəli avadanlıq (avtomatik yuyucunun) almış, lakin sonradan ödənişləri edə bilmədiyinə görə «X6» MMC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin ləğv edilməsi haqqında razılaşmaya əsasən bir ədəd yuyucu taxma, bir ədəd Zippbraş taxması və bir ədəd turbo taxmasını «X6» MMC-yə qaytarmışdır. Lakin Cavabdeh "xxxx" ASC İslam Bankçılığı Departamenti ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 201/14 saylı «Vakala» borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş, buna görə Cəlilabad Rayon Məhkəməsinin 31 mart 2016-cı il tarixli, 2(073)-1519/2016 saylı əmrinə əsasən Cavabdeh 2748.64 manat əsas borc, 669.26 manat faiz borcu, cəmi 3417.90 (üç min dörd yüz on yeddi manat doxsan qəpik) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 02 oktyabr 2017-ci il tarixli, S-FK-İB-İO saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-764/2023 saylı qərardadı ilə ərizə təmin edilərək borclu Cavabdeh borcun alınmasına dair Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(073)-1519/2016 saylı məhkəmə əmrinin ləğv edilməsi və "xxxx" ASC-nin borclu Cavabdeh borcun tutulması tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmış həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(073)-764/2023 saylı qərardadına əsasən İddiaçı QSC BOKT-ın cavbdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra da, cavabdeh borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş, idiaçı tərəfindən tələb edilməsinə baxmayaraq yaranmış borcun ödənilməsi təmin edilməmişdir. Buna görə də, iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddaçı) Cavabdeh «Vakala» borc müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş vəsaitin ona verilmədiyini, "xxxx" ASC tərəfindən «X4» MMC-nin hesabına ödənildiyini göstərsə də, həmin hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Belə ki, iş materillarında olan xx.xx.2014-cü il tarixli məxaric orderindən müəyyən edilir ki, Cavabdeh «Vakala» borc müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş vəsaiti həmin tarixdə "xxxx" ASC-nin Abşeron filialından almışdır. Göründüyü kimi Cavabdeh ilə "xxxx" ASC arasında müstəqil olaraq «Vakala» borc müqaviləsi bağlanmış və Cavabdeh həmin müqavilənin şərtlərinə uyğun olaraq aldığı borcu və ona hesablanmış faizləri "xxxx" ASC-in hesabına ödəməyi öhdəsinə götürmüş, lakin həmin öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh «X6» MMC-dən aldığı avadanlıqları sonradan həmin cəmiyyətə qaytarması isə onu "xxxx" ASC ilə aralarında bağlanmış «Vakala» borc müqaviləsi üzrə öhdəliklərdən azad etmir. Buna görə də, həmin müqavilənin ləğv edilməsi üçün də əsaslar yoxdur. Məhkəmə iddia müddətinin tətbiqinə dair cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh Mirğaca oğlunun ərizəsinə də qiymət verərək, hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Cəlilabad Rayon Məhkəməsinin 31 mart 2016-cı il tarixli, 2(073)-1519/2016 saylı əmri ilə Cavabdeh 2748.64 manat əsas borc, 669.26 manat faiz borcu, cəmi 3417.90 (üç min dörd yüz on yeddi manat doxsan qəpik) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. Borclu Cavabdeh əmrə etiraz edərək, əmrin ləğv edilməsini işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-764/2023 saylı qərardadı ilə ərizə təmin edilərək borclu Cavabdeh borcun alınmasına dair Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(073)-1519/2016 saylı məhkəmə əmrinin ləğv edilməsi və "xxxx" ASC-nin borclu Cavabdeh borcun tutulması tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşə baxılan zaman iddiaçı "xxxx" ASC İddiaçı QSC BOKT ilə əvəz edilmişdir. Sonradan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-764/2023 saylı qərardadı ilə İddiaçı QSC BOKT-ın cavbdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Lakin bundan sonra da, Cavabdeh öhdəliyini yerinə yetirməmiş və borcunu ödəməmişdir. Buna görə də, iddiaçı təşkilat yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı təşkilat tərəfindən iddia müddəti ötürülməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməsinə, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. Cavabdeh (qarşlıqlı iddiaçı) Cavabdeh 2748.64 manat əsas borc, 669.26 manat faiz borcu, cəmi 3417.90 (üç min dörd yüz on yeddi manat doxsan qəpik) manat borc və 54.17 (əlli dörd manat on yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı QSC-nin hesabına ödənilsin. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı QSC-yə qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №e-2(073)-87/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-87/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver