Məhkəmə qərarları › İş №e-2(073)-879/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-879/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-879/2024 07.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Oktya oğlundan və Cavabdeh2 müştərək qaydada 1709.63 manat əsas borc, 1705.76 manat faiz borcu, 1213 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 321.60 manat faiz borcu, cəmi 4949.99 (dörd min doqquz yüz qırx doqquz manat doxsan doqquz qəpik) manat borcun və 69.50 (altmış doqquz manat əlli qəpik) manat dövlət rüsumunun alınıb Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyət ilə Tağızadə Azər Azad oğlu arasında 24 avqust 2017-ci İl tarixli 002040 nömrəli Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə 24 avqust xx.xx.2017-ci tarixli 5 saylı Əlavəyə əsasən (KM01T********) bank müştəriyə özəl kredit məqsədilə 31 ay müddətinə illik 29% ödəmək şərtilə 3000 (üç min) manat məbləğində kredit açmışdır. Müəyyən olunmuşdur ki, cavabdeh Tağızadə Azər Azad oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bank tərəfindən Cəlilabad rayonu 1 saylı Notariat ofisinə mərhum Tağızadə Azər Azad oğlunun vərəsələrinin müəyyən edilməsi üçün sorğu ilə müraciət edilmiş, cavab olaraq bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Tağızadə Azər Azad oğlunun xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayonu 1 saylı Notariat Ofisində V- 293/2022 nömrəli vərəsəlik işi açılmış və vərsələri Cavabdeh1, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə 2V-330 nömrəli reysterdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən Tağızadə Azər Azad oğlu müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixə Tağızadə Azər Azad oğlunun kredit üzrə cəmi 4949.99 manat, bundan 1709. 63 manat əsas borc, 1705.76 manat faiz borcu, 1213 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Konstitusıya Məhkəməsinin xx.xx.2014-cü il tarıxli Plenum qərarına əsasən hesablanmış 321.60 manat faiz borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə yaranmış borcu ödəməkdən imtina etmişlər. Buna görə də iddiaçı hazırkı idda ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən etiraf edərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyət ilə mərhum oğlu Tağızadə Azər Azad oğlu arasında 24 avqust 2017-ci İl tarixli 002040 nömrəli Bank Xidmətləri Müqaviləsi bağlanmış və mərhum X6yə 31 ay müddətinə illik 29% ödəmək şərtilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən o və Gülarə Tağızadə məlumatsız olmuşlar. X6 vəfat etdikdən və iddiaçı tərəfindən məlumat verildikdən sonra kredit müqaviləsindən məlumatları olmuşdur. Hazırda iddianı əsas borc hissəsi istisna olmaqla digər hissələrdə etiraf etmir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıolduğundan qismən təmin edilməməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyət ilə Tağızadə Azər Azad oğlu arasında bağlanmış 24 avqust 2017-ci il tarixli, 002040 saylı Bank Xidmətləri Müqaviləsindən və həmin müqaviləyə xx.xx.2017-ci tarixli, 5 saylı Əlavədən (KM01T********) görünür ki, Cavabdeh1 31 ay müddədnə illik 29% ödəmək şərti ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İşdə olan kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Tağızadə Azər Azad oğlu xx.xx.2017-ci ildən xx.xx.2020-ci il tarixədək aldığı krediti ona hesablanmış faizləri ilə birlikdə İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 24 avqust 2017-ci il tarixli KM012T08170046S01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2023-cü il tarixinə olan borcu 1709. 63 manat əsas borc, 1705.76 manat faiz borcu, 1213 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Konstitusıya Məhkəməsinin xx.xx.2014-cu il tarıxli Plenum qərarma əsasən hesablanmış 321.60 manat faiz borcu, cəmi 4949.99 manat məbləğində borcu vardır. İşdə olan Cəlilabad rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Cavabdeh1 qanun üzrə vərəsələri Cavabdeh1 və Cavabdeh2dır. İşdə olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı yaranmış borcun ödənilməsini cavabdehlərdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 69.50 (altmış doqquz manat əlli qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyət ilə Tağızadə Azər Azad oğlu arasında bağlanmış 24 avqust 2017-ci İl tarixli 002040 nömrəli Bank Xidmətləri Müqaviləsinə və həmin müqaviləyə 24 avqust xx.xx.2017ci tarixli 5 saylı Əlavəyə əsasən (KM01T********) bank tərəfindən Tağızadə Azər Azad oğluna 31 ay müddətinə illik 29% ödəmək şərtilə 3000 (üç min) manat məbləğində kreditverilmişdir. Tağızadə Azər Azad oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmiş, Cəlilabad rayonu 1 saylı Notariat Ofisində V-293/2022 nömrəli vərəsəlik işi açılmış və vərsələri Cavabdeh1, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə 2V-330 nömrəli reysterdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsinə əsasən Tağızadə Azər Azad oğlu müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliyi yerinə yetirməmişdir. Nəticədə kredit müqaviləsi üzrə hazırkı borc yaranmışdır. Tələb edilməsinə baxmayaraq, cavabdehlər yaranmış borcun ödənilməsini təmin etməmişdirlər. Buna görə də iddiaçı hazırkı idda ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə iddianın faiz borcu ilə bağlı hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, işdə olan 24 avqust 2017-ci il tarixli, 002040 saylı Bank Xidmətləri Müqaviləsi və həmin müqaviləyə xx.xx.2017-ci tarixli, 5 saylı Əlavə üzrə ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin başa çatdığı dövrə, yəni xx.xx.2020-ci il tarixinə faiz borcu 1297.25 manat təşkil edir. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsini araşdıraraq hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə 1213 manat cərimə borcunun cavabdehlərdən tutulması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, borclu əsas kredit borcunu ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Odur ki, məhkəmə kredit müqaviləsi üzrə cərimənin azaldılaraq 120 manat məbləğində müəyyən edilməsini həm iddiaçının, həm də cavabdehlərin mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsində qeyd edilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Konstitusiya Məhkəməsi Plenumunun 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia kredit müqaviləsinin müddəti bitikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ tələbinə dair hissədə də əsaslıdır. Beləlikl, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azəröaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1709.63 manat əsas borc, 1297.25 manat faiz borcu, 120 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cu il tarıxli Plenum qərarına əsasən hesablanmış 321.60 manat faiz borcu, cəmi 3448.48 (üç min dörd yüz qırx səkkiz manat qırx səkkiz qəpik) borc və 69.50 (altmış doqquz manat əlli qəpik) manat dövlət rüsumu alınıb Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə əsassız oldğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar