Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-880/2025 02.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6213.56 manat əsas kredit borcunun, 425.92 manat faiz borcunun, 43.6 manat cərimə, cəmi 6683.08 (altı min altı yüz səksən üş manat səkkiz qəpik) manat borcun və 86.83 (səksən altı manat səksən üç qəpik) manat dövlət rüsumunun alınıb “X1 Azərbaycan” QSC–yə ödənilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 301072 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh illik 15 faiz olmaqla, 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və müqavilənin şərtlərini pozaraq bank olan kredit borcunu ödəməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu səbəbdən də iddiaçı Bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı Bankla Cavabdeh arasında bağlanmış 301072 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı Bank tərəfindən Cavabdeh illik 15 faiz olmaqla, 36 ay müddətinə qaytarılmaq şərtilə 7000 manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı təşkilat tərəfindən cavabdehə ünvanlanmış pretenziyadan çıxarışdan görünür ki, iddiaçı Bank cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə gönədrilməsi üçün 86.83 manat rüsum ödənilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC-yə olan borcu 6213.56 manat əsas kredit borcu, 425.92 manat faiz borcu, 43.6 manat cərimə borcu, cəmi 6683.08 (altı min altı yüz səksən üş manat səkkiz qəpik) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, “X1 Azərbaycan” QSC ilə cavabdeh arasında bağlanılmış kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh illik 15 faiz olmaqla, 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və müqavilənin şərtlərini pozaraq banka olan kredit borcunu ödəməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu səbəbdən də iddiaçı Bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri kredit müqaviləsindən yaranmış öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6213.56 manat əsas kredit borc, 425.92 manat faiz borcu, 43.6 manat cərimə, cəmi 6683.08 (altı min altı yüz səksən üç manat səkkiz qəpik) manat borc və 86.83 (səksən altı manat səksən üç qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-880/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-880/2025
02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver