Məhkəmə qərarları › İş №e-2(073)-90/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(073)-90/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № e-2(073)-90/2024 14.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Cavabdeh İP838 saylı kredit müqaviləsinə əsasən 148,206.07 manat əsas borc, 33,752.82 manat faiz borcu, 11,643.68 manat cərimə borcu olmaqla, cəmi 193,602.57 (bir yüz doxsan üç min altı yüz iki manat əlli yeddi qəpik) manat məbləğində borcun “PAŞA Bank" ASC-nin xeyrinə tutulmasına, tutmanın Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsində xüsusi mülkiyyətdə olan 0.052 ha torpaq sahəsi və onun üzərində yerləşən 257.4 kv.m ümumi sahədən ibarət 102F saylı fərdi yaşayış evinə yönəldilməsinə, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsində xüsusi mülkiyyətdə olan 0.052 ha torpaq sahəsi və onun üzərində yerləşən 257.4 kv.m ümumi sahədən ibarət 102F saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 191.000 (bir yüz doxsan bir min) manat müəyyən edilməklə açıq hərracda satılmasına, satışdan əldə olunmuş vəsaitin cavabdehin iddiaçı “PAŞA Bank’ ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsinə, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsinə, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq “PAŞA Bank" ASC-nin hesabına ödənilməsinə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun, 30 (otuz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 484 (dörd yüz səksən dörd) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair mülki işə Cəlilabad rayon məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İP838 saylı kredit müqaviləsinə əsasən 148,206.07 manat əsas borc, 33,752.82 manat faiz borcu, 11,643.68 manat cərimə borcu olmaqla, cəmi 193,602.57 (bir yüz doxsan üç min altı yüz iki manat əlli yeddi qəpik) manat məbləğində borcun “PAŞA Bank" ASC-nin xeyrinə tutulmasına, tutmanın Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsində xüsusi mülkiyyətdə olan 0.052 ha torpaq sahəsi və onun üzərində yerləşən 257.4 kv.m ümumi sahədən ibarət 102F saylı fərdi yaşayış evinə yönəldilməsinə, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsində xüsusi mülkiyyətdə olan 0.052 ha torpaq sahəsi və onun üzərində yerləşən 257.4 kv.m ümumi sahədən ibarət 102F saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 191.000 (bir yüz doxsan bir min) manat müəyyən edilməklə açıq hərracda satılmasına, satışdan əldə olunmuş vəsaitin cavabdehin iddiaçı “PAŞA Bank’ ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsinə, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsinə, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq “PAŞA Bank" ASC-nin hesabına ödənilməsinə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun, 30 (otuz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 484 (dörd yüz səksən dörd) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki iş üzrə iddia iddia ərizəsinə əlavə edilmiş sənədlərin və ödənilmiş 490 (dörd yüz doxsan) manat dövlət rüsumun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər və ödənilmiş 490 (dörd yüz doxsan) manat dövlət rüsumu geri qaytarılmadır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, **********93 transaksiya nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı bank hazırkı iddianın verilməsi ilə əlaqədar "xxxx" ASC vasitəsi ilə 484 (dörd yüz səksən dörd) manat dövlət rüsumu ödəmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, **********94 transaksiya nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı bank hazırkı iddia ərizəsinə əlavənin verilməsi ilə əlaqədar "xxxx" ASC vasitəsi ilə 6 (altı) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə isə bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2022-ci il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1.2 və 2.1.3-cü bəndlərinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqca və ya ərizə baxılmamış saxlanıldıqda, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikcə ödənilmiş dövlət rüsumu onu tutan orqanın müraciəti əsasında dövlət büdcəsindən geri qaytarılır. Dövlət rüsumunun qaytarılması məhkəmələrin məktubu və ya icra və probasiya şöbələrin tələbin könüllü icrası haqqında bildirişi, icraata başlamaq haqqında qərarı ilə təqdim olunan məhkəmə qərarları və ya Ədliyyə Nazirliyinin müraciəti üzrə vergi orqanları tərəfindən tərtb olunan rəylər əsasında həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunu tutan orqanın qeydiyyatda olduğu müvafiq vergi orqanından və həmin məbləğlərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılması maliyyə orqanı tərəfindən təmin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-cü maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Həmin Məcəllənin 267-ci maddəsinə əsasən Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçı bank tərəfindən ümumilikdə məhkəməyə ödənilmiş 490 (dörd yüz doxsan) manat məbləğində dövlət rüsumu tam şəkildə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Cavabdeh İP838 saylı kredit müqaviləsinə əsasən 148,206.07 manat əsas borc, 33,752.82 manat faiz borcu, 11,643.68 manat cərimə borcu olmaqla, cəmi 193,602.57 (bir yüz doxsan üç min altı yüz iki manat əlli yeddi qəpik) manat məbləğində borcun “PAŞA Bank" ASC-nin xeyrinə tutulmasına, tutmanın Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsində xüsusi mülkiyyətdə olan 0.052 ha torpaq sahəsi və onun üzərində yerləşən 257.4 kv.m ümumi sahədən ibarət 102F saylı fərdi yaşayış evinə yönəldilməsinə, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsində xüsusi mülkiyyətdə olan 0.052 ha torpaq sahəsi və onun üzərində yerləşən 257.4 kv.m ümumi sahədən ibarət 102F saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 191.000 (bir yüz doxsan bir min) manat müəyyən edilməklə açıq hərracda satılmasına, satışdan əldə olunmuş vəsaitin cavabdehin iddiaçı “PAŞA Bank’ ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsinə, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsinə, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq “PAŞA Bank" ASC-nin hesabına ödənilməsinə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun, 30 (otuz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 484 (dörd yüz səksən dörd) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair mülki iş, iş üzrə iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanılsın və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC vasitəsi ilə xx.xx.2023-cü il tarixli, **********93 transaksiya nömrəli qəbzlə ödənilmiş 484 (dörd yüz səksən dörd) manat və xx.xx.2023-cü il tarixli, **********94 transaksiya nömrəli qəbzlə ödənilmiş 6 (altı) manat, ümumilikdə ödənilmiş 490 (dörd yüz doxsan) manat məbləğində dövlət rüsumu geri qaytarılmaqla, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********, SWİFT: PAHAAZ22, Kod:505141, M/H: AZ82NABZ********************) hesabına ödənilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar