Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-949/2024 28.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə BOKT "xxxx" MMC arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli, L-BK-0050069-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh 8693.19 manat əsas borcu, 3598.98 manat faiz borcu, 119.67 manat cərimə borcu, 666.48 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 13078.32 manat məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 manat alınaraq BOKT "xxxx" MMC-yə verilməsi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsini əsaslandıraraq göstərmişdir ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında 09 dekabr 2019-cu il tarixli, L-BK- 0050069-F saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinin 1.1 və 6.1-ci bəndlərinə əsasən maşın alışı məqsədilə Cavabdeh 15 ay müddətinə aylıq 3 faiz, illik 36 faiz olmaqla 9150 manat kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni 09 dekabr 2019-cu il tarixdən hal-hazıradək cavabdeh əsas məbləğ üzrə 456.81 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz məbləği üzrə 402.60 manat, 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 40.59 manat olmaqla, cəmi 900 manat ödəniş etmişdir. Bundan əlavə həmin kredit müqaviləsinin 6.7-ci bəndinə əsasən müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Kredit müqaviləsinin həmin bəndinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Hazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 666.48 manat təşkil edir. Sonda iddiaçı təşkilat qeyd edilənlərin nəzərə alınaraq cavabdehlə BOKT "xxxx" MMC arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli, L-BK- 0050069-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh 8693.19 manat əsas borcu, 3598.98 manat faiz borcu, 119.67 manat cərimə borcu, 666.48 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 13078.32 manat məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 manat alınaraq BOKT "xxxx" MMC-yə verilməsi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli, L-BK-0050069-F saylı kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilat tərəfindən Cavabdeh 15 ay müddətinə aylıq 3 faiz, illik 36 faiz olmaqla 9150 manat kredit verilmişdir. İşdə olan 09 dekabr 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, BOKT "xxxx" MMC 09 dekabr 2019-cu il tarixli, L-BK-0050069-F saylı kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş 9150 manat vəsaitini Cavabdeh oglunun hesabına köçürmüşdür. İşdə olan Bank Olmayan Kredit Təşkilatı İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 26 dekabr 2023-cü il tarixə BOKT "xxxx" MMC-yə 8693.19 manat əsas borc, 3598.98 faiz borcu, 119.67 manat cərimə borcu və 666.48 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 13078.32 manat məbləğində borcu yaranmışdır. İşdə olan iddiaçı təşkilat tərəfindən cavabdehə ünvanlanmış saylı bildirişdən görünür ki, iddiaçı təşkilat cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan 28 fevral 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iddianın verilməsi ilə əlaqədar iddiaçı təşkilat tərəfindən 130 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında 09 dekabr 2019-cu il tarixli, L-BK-0050069-F saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinin 1.1 və 6.1-ci bəndlərinə əsasən maşın alışı məqsədilə Cavabdeh 15 ay müddətinə aylıq 3 faiz, illik 36 faiz olmaqla 9150 manat kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni 09 dekabr 2019cu il tarixdən hal-hazıradək cavabdeh əsas məbləğ üzrə 456.81 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz məbləği üzrə 402.60 manat, 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 40.59 manat olmaqla, cəmi 900 manat ödəniş etmişdir. Bundan əlavə həmin kredit müqaviləsinin 6.7-ci bəndinə əsasən müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Kredit müqaviləsinin həmin bəndinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Hazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 666.48 manat təşkil edir. Dəfələrlə müraciətlər edilməsinə baxmayaraq cavabdeh iddiaçı təşkilata olan borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünü idarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçı təşkilata borcu yaranmışdır. Məhkəmə, iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə, həmçinin iddianın müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzinin ödənilməsi tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, 09 dekabr 2019-cu il tarixli, L-BK-0050069-F saylı kredit müqaviləsinin 6.7-ci bəndinə əsasən kreditora dəymiş zərər müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuş aylıq faiz dərəcəsi miqdarında ödənilməmiş əsas məbləğə 6 ay müddətinə hesablanması və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının borclu tərəfindən gecikdirilməsi nəticəsində kreditor tərəfindən məhkəməyə müraciət edilərsə, kreditora dəymiş zərər hesablanaraq iddia məbləğinə əlavə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh 8693.19 manat əsas borc, 3598.98 manat faiz borcu, 119.67 manat cərimə borcu, 666.48 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 13078.32 manat alınıb iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 130 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 8693.19 (səkkiz min altı yüz doxsan üç manat on doqquz qəpik) manat əsas borc, 3598.98 (üç min beş yüz doxsan səkkiz manat doxsan səkkiz qəpik) manat faiz borcu, 119.67 (bir yüz on doqquz manat altımış yeddi qəpik) manat cərimə borcu, 666.48 (altı yüz altımış altı manat qırx səkkiz qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 13078.32 (on üç min yetmiş səkkiz manat otuz iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 (bir yüz otuz) manat alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-949/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-949/2024
28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver