Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-964/2025 08.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli Lokal kartla kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən 30 dekabr 2023-cü il tarixli sms müraciəti əsasında ayrılmış SRNPU- 04682/1 saylı kredit üzrə əsas borcuna görə 6798,49 manat, faiz borcuna görə 432,11 manat, cəmi 7230,6 (yeddi min iki yüz otuz manat altmış qəpik) manat məbləğində pulun və 93 (doxsan üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Şəmkir filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Lokal kartla kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən 30 dekabr 2023-cü il tarixli sms müraciəti əsasında ayrılmış SRNPU-04682/1 saylı kreditə əsasən illik 18,5 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 8500 (səkkiz min beş yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, SRNPU-04682 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdaredilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Lokal kartla kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən 30 dekabr 2023-cü il tarixli sms müraciəti əsasında ayrılmış SRNPU-04682/1 saylı kreditə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 30-dan gec olmayaraq hər ay 309,44 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023cü il tarixli Lokal kartla kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən 30 dekabr 2023-cü il tarixli sms müraciəti əsasında ayrılmış SRNPU-04682/1 saylı kredit üzrə borcunun məbləği əsas borcuna görə 6798,49 manat, faiz borcuna görə 432,11 manat, cəmi məbləği 7230,6 manat təşkil edir. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bank tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.1 və 445.2.1-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Cavabdeh nümayəndəsi X1 iddianı etiraf edərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı bank tərəfindən illik 18,5 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 8500 (səkkiz min beş yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. Əvvəllər cavabdeh ödənişləri etsə də sonradan işdən çıxdığı üçün maddi vəziyyəti pisləşmiş və bu səbədən ödənişləri gecikmişdir. Cavabdeh qardaşıdır, hazırda Gürcüstandadır, orada işləyir. Cavabdeh artıq orada iş tapıb, qısa müddətdə borcunu ödəyəcək, sadəcə borca hesablanan faizlərin dayandırılmasını istəyir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Lokal kartla kredit limitinin ayrılmasına dair razılaşma”dan görünür ki, Bank cavabdehə illik 29 faiz olmaqla 60 ay müddətinə qaytarılmaq şərtilə 30000 manat məbləğində kredit limiti ayrılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli sərəncam-orderdən görünür ki, iddiaçı Bank tərəfindən Cavabdeh 8500 manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan arayışdan görünür ki, Cavabdeh 30 dekabr 2023-cü il tarixli sms müraciəti əsasında ayrılmış SRNPU-04682/1 saylı kredit üzrə borcunun məbləği əsas borcuna görə 6798,49 manat, faiz borcuna görə 432,11 manat, cəmi məbləği 7230,6 manat təşkil edir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 93 (doxsan üç) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən cavabdehin 30 dekabr 2023-cü il tarixli sms müraciəti əsasında ona illik 18,5 % faiz dərəcəsi olmaqla və 36 ay müddətinə qaytarılmaq şərtilə 8500 (səkkiz min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçı banka hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməmişdir. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi iddianı etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri kredit müqaviləsindən yaranmış öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6798,49 manat əsas borc, 432,11 manat faiz borcu, cəmi 7230,6 (yeddi min iki yüz otuz manat altmış qəpik) manat məbləğində borc və 93 (doxsan üç) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-964/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-964/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver