Məhkəmə qərarları › İş №e-2(074)-1053/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-1053/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-1053/2025 02.12.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh X1 qarşı borc tələbinə dair mülki iş üzrə iddia ərizəsinin qaytarılması barədə iddiaçı tərəfindən verilmiş vəsatəti nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli SULMB-08563 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1970,6 manat, faiz borcuna görə 208,03 manat, cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmi məbləği 2178,63 manat məbləğində pulun və 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması və tələblərin xx.xx.2024-cü il tarixli SULMB-08563 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə cavabdeh – Cavabdeh arasında xx.xx.2024-cü il tarixli SULMB-08563 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş 1 ədəd,çəkisi – 2,3 qr,əyarı -500 olan üzük, 1 ədəd çəkisi – 2,6 qr,əyarı -585 olan sırğa, 1 ədəd çəkisi – 5,3 qr,əyarı -583 olan üzük, 3 ədəd,çəkisi – 42,4 qr,əyarı -585 olan sep (1-i kulonla), 1 ədəd, çəkisi – 1,9 qr,əyarı -750 olan sep olmaqla cəmi: 54,5 qr. qızıl-zinət əşyakarına yönəldilməsi və həmin qızıl-zinət əşyasını açıq hərracdan sataraq əldə edilmiş vəsaitin, xx.xx.2024-cü il tarixli SULMB-08563 saylı kredit müqaviləsi üzrə 2178,63 manat məbləğində borcun və ödənilmiş 42 manat məbləğində dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırda İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasına dair ərizə verdiyindən, həmçinin cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, ərizə təmin edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmaqla, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə işi baxılmamış saxlamaqda haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət rüsumu olaraq xx.xx.2025-ci il tarixdə ödənilmiş 42,0 manat məbləğində vəsait (qəbz nömrə **********) İddiaçı ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar