Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-1078/2025 21.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4846,08 manat əsas, 178,10 manat faiz olmaqla, cəmi 5024,18 manat pul vəsaitinin və ödənilmiş 70,24 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən olundu ki, işə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından göründüyü kimi, qanunvericilikdə mülki işlər üzrə iddianın qiymətinin yalnız beş min manatdan az olan iddialar üzrə işlərə sadələşdirilmiş qaydada baxılması nəzərdə tutulmuş və İddiaçı ASC hazırda sadələşdirilmiş icraat qaydasında cavabdehə qarşı cəmi 5024,18 manat borcun tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.2-ci maddəsinə əsasən, verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Belə olan halda, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması, iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina olunsun. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-1078/2025
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-1078/2025
21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver