Məhkəmə qərarları › İş №e-2(074)-1106/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1106/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1106/2025 07.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2020-ci il tarixli, 05 saylı Restrukturizasiya müqaviləsi üzrə 489,22 manat əsas borc, 0,43 manat faiz borcu olmaqla, cəmi 489,65 manat borcun, xx.xx.2020-ci il tarixli, 06 saylı Restrukturizasiya müqaviləsi üzrə 1118,76 manat əsas borc, 1,05 manat faiz borcu olmaqla, cəmi 1119,81 manat borcun ümumilikdə, 1609,46 manat borc məbləğin və ödənilmiş 36,09 manat dövlət rüsumunun tutularaq, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının İH-nin xx.xx.2020-ci il tarixli 86 saylı qərarının icrasının təmin edilməsi məqsədilə, İddiaçı QSC-nin Şamaxı filialı ilə Şamaxı rayonu, Quşçu kənd sakini Cavabdeh2 arasında xx.xx.2020 05 saylı Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 2683,34 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində İddiaçı QSC-yə ödənilməsini və onunla bağlanmış xx.xx.2020-ci il tarixli 06 saylı Restrukturizasiya müqaviləsinə əsasən illik 1 % hesablanmaqla, 5019,66 manat kredit borcunun müqavilə imzalandığı tarixdən 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh2 ilə bağlanmış Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə fizki şəxslər Cavabdeh1 və Cavabdeh3 arasında 27 avqust 2020-ci il tarixli 05, 05-1, 06 və 06-1 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh2qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu Cavabdeh2 və zaminlər Cavabdeh1 və Cavabdeh3 ilə bağlanmış müqavilələrdən irəli gələn bütün öhdəlikləri tam şəkildə yerinə yetirməyi öz öhdəliklərinə götürmüşlər. Borcun ödənilməsi tələbi ilə Cavabdeh2və onun zaminlərinə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Borcun ödənilməsi tələbi ilə Cavabdeh2 və onun zaminlərinə dəfələrlə müraciət olunmasına, məsələnin Borcun ödənilməsi tələbi ilə Cavabdeh2 və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmə hazırki mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 27 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlərə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-in 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı İH-nin (bundan sonra – İddiaçı QSC) xx.xx.2020-ci il tarixli 86 saylı Qərarının icrasının təmin edilməsi məqsədilə İddiaçı QSC ilə Şamaxı rayon sakini Cavabdeh2 arasında 27 avqust 2020-ci il tarixli 05 nömrəli Restrukturizasiya Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 2683,34 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində İddiaçı QSC-yə ödənilməsini və onunla bağlanmış xx.xx.2020-ci il tarixli 06 saylı Restrukturizasiya müqaviləsinə əsasən illik 1 % hesablanmaqla, 5019,66 manat kredit borcunun müqavilə imzalandığı tarixdən 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh2 bağlanmış Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə fiziki şəxslər Cavabdeh1 və Cavabdeh3 arasında 27 avqust 2020-ci il tarixli 05, 05-1, 06 və 06-1 saylı zaminlik müqavilələri bağlanmışdır. İş materiallarından görünür ki, Cavabdeh2 “Aqrarkredit“ QSC-yə xx.xx.2020-ci il tarixli, 05 saylı Restrukturizasiya müqaviləsi üzrə 489,22 manat əsas borc, 0,43 manat faiz borcu olmaqla, cəmi 489,65 manat borcun, xx.xx.2020-ci il tarixli, 06 saylı Restrukturizasiya müqaviləsi üzrə 1118,76 manat əsas borc, 1,05 manat faiz borcu olmaqla, cəmi 1119,81 manat borcun, ümumilikdə 1609,46 manat borcu yaranmışır. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 banka olan borclarını qısa müddətdə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə məlumat verilsə də, onlar tərəfindən icra olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı İH-nin (bundan sonra – İddiaçı QSC) xx.xx.2020-ci il tarixli 86 saylı Qərarının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra – İddiaçı QSC) ilə Şamaxı rayon sakini Cavabdeh2arasında 27 avqust 2020-ci il tarixli 05 nömrəli Restrukturizasiya Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 2683,34 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində İddiaçı QSC-yə ödənilməsini və onunla bağlanmış xx.xx.2020-ci il tarixli 06 saylı Restrukturizasiya müqaviləsinə əsasən illik 1 % hesablanmaqla, 5019,66 manat kredit borcunun müqavilə imzalandığı tarixdən 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh2 bağlanmış Restrukturizasiya üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə fizki şəxslər Cavabdeh1 və Cavabdeh3 arasında 27 avqust 2020-ci il tarixli 05, 05-1, 06 və 06-1 saylı zaminlik müqavilələri bağlanmışdır. Kredit öhdəliklərinə əməl olunmadığından cavabdehlərin Aqrarkredit QSC-yə xx.xx.2020-ci il tarixli, 05 saylı Restrukturizasiya müqaviləsi üzrə 489,22 manat əsas borc, 0,43 manat faiz borcu olmaqla, cəmi 489,65 manat borcun, xx.xx.2020-ci il tarixli, 06 saylı Restrukturizasiya müqaviləsi üzrə 1118,76 manat əsas borc, 1,05 manat faiz borcu olmaqla, cəmi 1119,81 manat borcun ümumilikdə, 1609,46 manat yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyin icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qaydada nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və ya borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamış və hazırda cavabdehlərin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditə görə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2020-ci il tarixli, 05 saylı Restrukturizasiya müqaviləsi üzrə 489,22 manat əsas borc, 0,43 manat faiz borcu olmaqla, cəmi 489,65 manat borcun, xx.xx.2020-ci il tarixli, 06 saylı Restrukturizasiya müqaviləsi üzrə 1118,76 manat əsas borc, 1,05 manat faiz borcu olmaqla, cəmi 1119,81 manat borcun ümumilikdə, 1609,46 manat pul və ödənilmiş 36,09 manat dövlət rüsumu tutularaq, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2020ci il tarixli, 05 saylı Restrukturizasiya müqaviləsi üzrə 489,22 manat əsas borc, 0,43 manat faiz borcu olmaqla, cəmi 489,65 manat borcun, xx.xx.2020-ci il tarixli, 06 saylı Restrukturizasiya müqaviləsi üzrə 1118,76 manat əsas borc, 1,05 manat faiz borcu olmaqla, cəmi 1119,81 manat borcun ümumilikdə, 1609,46 manat pul və ödənilmiş 36,09 manat dövlət rüsumu tutularaq, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar