Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1179/2023 19.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət əməli nəticəsində dəymiş ziyanın əvəzi olaraq 6250 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 83 manat pulun Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlar massivində yerləşən, ona məxsus fərdi bağ evinin həyətinə hasarı aşmaq yolu ilə qanunsuz daxil olub, həyətdəki yaşayış evinin pəncərəsinin dəmir barmaqlığını sındırmaq yolu ilə içəri qanunsuz daxil olaraq, mətbəxdə divardan asılmış vəziyyətdə, dəyəri 500 manat olan 01 ədəd “Samsung” markalı televizoru, mətbəx şkafından ümumi dəyəri 50 manat olan adi qaşıq və bıçaq dəstlərini, qonaq otağındakı saxlanc yeri hesab edilən şkafdan 4000 manat pulu, bir ədədinin dəyəri 50 manat olmaqla, 5 ədəd qutuda 6 ədəd olmaqla, cəmi 30 ədəd olan, ümumilikdə 1500 manat dəyərində gümüşdən ibarət qaşıq dəstini, dəyəri 100 manat olan 01 ədəd çay dəstini və dəyəri 100 manat olan 01 ədəd suvenir xəncəri gizli olaraq talayıb, ona ümumilikdə 6250 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bu fakt üzrə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli xx.xx.2022-ci il tarixli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli cinayət işinin birləşdirilməsi və icraata qəbul olunması haqqında qərar qəbul edilmişdir. Binəqədi RPİ-də istintaq olunun ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ibtidai istintaqı ********* nömrə altında davam etdirilmişdir. İbtidai istintaq başa çatdıqdan sonra, ittiham aktı tərtib edilərək, Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin 1(001)-264/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda, iş üzrə zərərçəkmiş şəxs İddiaçı cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilmişdir. Ona görə hesab edir ki, maddi ziyan vurduğuna görə, Azərbaycan Respublikası CM-nin 177.2.2 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş tutulan cinayət əməlini törətmiş Cavabdeh ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada maddi ziyanı ödəməlidir. İddiaçı məhkəməyə ünvanladığı müraciətində, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini göstərərək, bu halın nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh iddia ərizəsinə hər hansı bir münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-264/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh özgənin əmlakını gizli olaraq talama məqsədilə, xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlar massivində yerləşən İddiaçı məxsus fərdi bağ evinin həyətinə hasarı aşmaq yolu ilə, qanunsuz daxil olub, həyətdəki yaşayış evinin pəncərəsinin dəmir barmaqlığını sındırmaq yolu ilə içəri qanunsuz daxil olaraq, mətbəxdə divardan asılmış vəziyyətdə, dəyəri 500 manat olan 1 ədəd “Samsung” markalı televizoru, mətbəx şkafından ümumi dəyəri 50 manat olan adi qaşıq və bıçaq dəstlərini, qonaq otağındakı saxlanc yeri hesab edilən şkafdan 4000 manat pulu, bir ədədinin dəyəri 50 manat olmaqla, 5 ədəd qutuda 6 ədəd olmaqla, cəmi 30 ədəd olan ümumilikdə 1500 manat dəyərində gümüşdən ibarət qaşıq dəstini, dəyəri 100 manat olan 1 ədəd çay dəstini və dəyəri 100 manat olan 1 ədəd suvenir xəncəri gizli olaraq talayıb, zərərçəkmiş şəxsə 6250 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, oğurluq etməkdə təqsirli bilinib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda, həmin hökmdə iş üzrə zərərçəkmiş şəxs İddiaçı cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Cavabdeh İddiaçı yaşadığı ünvana qanunsuz daxil olaraq, tamah niyyəti ilə 6250 manat məbləğində əmlakını talamaqla, iddiaçıya ziyan vurmuşdur. Cavabdeh törətdiyi cinayət əməlinə görə məhkəmə hökmü ilə məhkum edilmiş və hazırda iddiaçı mülki mühakimə icraatı qaydasında cavabdehdən cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etməklə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, dəymiş ziyanın əvəzi olaraq 6250 manat və ödənilmiş 83 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Dəymiş ziyanın əvəzi olaraq 6250 (altı min iki yüz əlli) manat və ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-1179/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1179/2023
19.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver